ÇAXIRLI KƏND MƏSCİDİ
Müasir Göyçay r-nunun ərazisində türk qəbilələrinin lap qədimdən məskən salması Çaxırlı k.-nin adından bəlli olur. Tədqiqatçılar Azərb. ərazisində olan eyni yer adlarını bolqar qəbiləsi Çakarla əlaqələndirirlər. Məlumdur ki, bolqarlar ən qədim türk tayfalarından biridir. Moisey Xorenskinin (V əsr) məlumatına əsasən, bolqarlar Qafqaza ilk dəfə e.ə. II əsrdə gəlmişlər. Qeyd edək ki, qədim Azərb. dastanı “Kitabi-Dədə Qorqud”da bolqar adları çəkilir.
Vaxtilə bu k.-də 3 məscid varmış. Əfsuslar olsun ki, r-nun ikinci böyük k.-i olan Çaxırlıda indi kiçik bir məscid vardır. Məscid 1998 ildə İslam İrsinin Dirçəlişi Cəmiyyəti tərəfindən tikilmişdir.