QƏBƏLƏ MÜSKÜRLÜ KƏND MƏSCİDİ
Yeni məscid 1996 ildə İslam İrsinin Dirçəlişi Cəmiyyəti tərəfindən tikilib. Bu məscid köhnə məscidin ş. tərəfindədir.
">
Yeni məscid 1996 ildə İslam İrsinin Dirçəlişi Cəmiyyəti tərəfindən tikilib. Bu məscid köhnə məscidin ş. tərəfindədir.
Qəbələ Müskürlü kəndi r-n mərkəzindən 17 km c.-q.-də, Göyçay–Ucar şose yolu kənarında yerləşir. Tarixi baxımdan Müskürlü və Qəbələ Müskürlü k.-lərinin adları çox böyük maraq doğuran adlardandır. Belə ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasının şm.-ş. hissəsində maskutlar yaşayıblar. Hansı ki, eramızın I əsrindən burada onların knyazlıqları olub. Moisey Kalankatuyun “Alban tarixi” kitabında maskutların yerləşdiyi ərazi “Maskutların ölkəsi” adlandırılmışdır. Belə güman edilir ki, maskut, maskat etnonimi Müskür toponimində qorunub saxlanılmışdır. Bu ad haqqında ilk məlumat XIII əsrdə verilmişdir.
Məscidi Mustafa babanın oğlu İslam baba tikdirib. Məscidin inşasında çiy kərpicdən istifadə olunmuşdur. Məscidin dam örtüyü və döşəməsi 2 dəfə yenilənmişdir. 1979 ildə Mustafa babanın nəslindən olan Yusif müəllim bu binanın dam örtüyünü təzələtmişdir. Camaat arasında məscid kimi qəbul olunsa da, bu bina hücrə formasında kiçik ölçüdə tikilmişdir.
Türk zabiti Qədir Əfəndinin məzarı Bığır k.-i ərazisindədir. Azərb. ərazisində şəhid olmuş Osmanlı zabit və əsgərlərinin çoxunun məzarı gərgin döyüşlər burada getdiyindən məhz Göyçay r-nundadır. Bığır k.-inin girəcəyində Türk Qafqaz İslam Ordusuna mənsub zabit və əsgərlərin xatirəsinə abidə ucaldılmışdır. Bu abidə, türk məzarlıqları və o cümlədən Qədir Əfəndinin məzarı Osmanlıdan qardaş yardımına gəlmiş türk əsgərlərinin qəhrəmanlığını, şəhadətini yaddaşlarda əbədiləşdirən müqəddəs məkanlarımızdandır.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 110-111.
Bu pir r-nun Qarabağlar k. ərazisində yerləşir. Bu pirin necə yarandığı və kim tərəfindən meydana gəldiyi haqqında məlumat yoxdur. Xalq arasında yayılmış rəvayətlərə görə, bu pir sarılıq xəstəliyinə tutulanlar üçün şəfa verir. Sarılıq xəstəliyinə tutulan insanlar bu pirin torpağından xəstə əzalarına sürtər və sağalardılar. Adamlar bura fəsəli bişirib gətirər, ağaclara parçalar bağlayarlar.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, “İpəkyolu”, 2014, s. 113.
Seyid Məmməd baba ziyarətgahı Qarabaqqal k.-i ərazisində yerləşir. Bu ziyarətgah haqqında yalnız bəzi rəvayətlər vardır. Ağır övliya sayılan Seyid Məmməd babanın çox böyük kəramətləri olmuşdur. Seyid Məmməd baba bu əraziyə sonradan gəlmişdir. İndiki ziyarət yerində babanın evi olduğunu deyirlər. Baba hər namaz vaxtı evdən çıxar, qayıdanda başında qar olarmış.
Baba başında qar olaraq qayıtdığı zaman arvadı babadan bunun hikmətini soruşmuş, baba isə hər dəfəsində bunu soruşma demişdir. Rəvayətlərə görə, bu hadisə zamanı yer yarılmış, evlə birlikdə yerə batmışlar. Digər rəvayətə görə, baba qeyb olmuşdur.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, “İpəkyolu“, 2014, s. 104-105.
Məscidi Hüseynov Abduləli tikdirib. Bu məscidin tikilmə tarixi tam dəqiq olmasa da, kənd sakini İsmayıl kişinin dediklərinə görə, A.Hüseynov XIX əsrin sonlarında yaşamışdır. Məsciddən təxminən 1928 ildən 1966 ilə qədər məktəb binası kimi istifadə edilib. 1966 ildə məktəb yeni binaya köçürüldükdən sonra həmin bina yararsız hala düşüb. Sovet hakimiyyəti illərində məsciddə olan şəriət kitabları və bir çox əlyazmalar götürülərək geri qaytarılmayıb. Bina 1989 ilə qədər bərbad vəziyyətdə qalmışdır. Məscid binası olduğu üçün heç kəs onun bir əşyasına belə toxunmamışdır. 1989-90 illərdə kənd camaatının təşəbbüsü ilə barı və məscidin özülünə toxunmamaq şərti ilə bina yenidən əsaslı şəkildə təmir olunmuşdur. Binanın bərpasında kənd sakini A.Əhmədov, İ.Əhmədov, A.Məhərrəmov, A.Salmanov, A.Mustafayev, A.Mirzəliyev və başqaları yaxından iştirak etmiş, maddi və mənəvi dəstəklərini əsirgəməmişlər.
Bu ziyarətgah Göyçay–Müsüslü magistralınm 8-9 km-də yolun sol tərəfində yerləşir. Şərafəddin baba Hacı Xəlil Əfəndinin övladı olmuşdur. Hacı Xəlil Əfəndi XIX əsrin əvvəllərində Göyçay r-nunda dünyaya gəlmişdir. İslam tarixi, ərəb və fars dillərində mükəmməl təhsil alan Hacı Xəlil Əfəndi cavan yaşlarında Ağdaş r-nunun Dəhnə k.-nə müəllim olaraq göndərilmiş və orada bir kasıb ailənin qızı ilə həyat qurmuşdur. Həmin qadından iki övladı – Şərafəddin baba, Sədrəddin baba olmuşdur.
Şıxlı k.-də hücrəyə bənzər kiçik məscid. 1992 ildə yerli kənd camaatı tərəfindən tikilib.
Göyçayın tarixi ilə bağlı bu günə kimi təqdim olunan yazılarda Göyçayda mövcud olan Surxay qalası ilə bağlı məlumatlar hələ də qeyri-dəqiqdir. Goyçay r-nunun Şəhadət və Mirzəhüseynli k. arasında, Böyük Qafqaz dağlarının c. ətəklərində yerləşən Surxay qalasını tarixi mənbələrə əsasən XVIII əsrə aid etmək olar. Lakin sosial şəbəkələr və KİV-də qala haqqında hələ də yanlış olaraq aşağıdakı fikirlər öz əksini tapmaqdadır:
Yalman k. məscidi 2001 ildə Ümumdünya İslam Gəncləri Ansambleyası tərəfindən inşa edilmişdir. Bina (12 m x 8 m) 96 kv.m-dir. Binanın 2 qiblə tərəfdə, şm. tərəfdə, 1 ş.-də, 1 q.-də olmaqla 6 pəncərəsi və zala daxil olmaq üçün şm. hissədə 1 qapısı vardır. Məscidin 10 m hündürlüyündə 1 şərəfəli minarəsi vardır. Minarə binanın q.-də yerləşir. Məscidin damı ağ dəmir örtüklə örtülmüşdür. Ümumiyyətlə, bu məscidin inşasında yerli inşaat materiallarından istifadə olunmuşdur.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, “İpəkyolu”, 2014, s. 72-73.