“ƏBƏDİYAŞAR ƏDİBLƏR” KOMPLEKSİ
Bu abidə kompleksi 2018 ildə Əli Kərim adına Göyçay ş. parkının ərazisində ilk dəfə olaraq Azərb.-ın əbədiyaşar şair və yazıçılarının xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilib.
Ümumi sahəsi 800 kv.m olan kompleksdə 18 ədibin – Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Nigar Rəfibəyli, Rəsul Rza, Hüseyn Cavid, Mikayıl Müşfiq, Mircəlal Paşayev, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Araz, Bəxtiyar Vahabzadə, İsgəndər Coşqun, İbrahim Göyçaylı, Əli Səmədlinin büstləri qoyulub, kitab abidəsi tikilib.
Mənbə: https://science.gov.az/az/news/open/9085
https://azertag.az