(1951, Göyçay ş.) – Əməkdar müəllim (1990), AJB-nin üzvü.
BDU-nun Tarix fakültəsini qiyabi (1975), sonra isə Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlama İnstitutunun İqtisadiyyat fakültəsini (1996) bitirib. 1971-73 illərdə Göyçay ş. 7 saylı orta məktəbində müəllim işləyib. 1973-78 illərdə Göyçay r-n Komsomol Komitəsinin məktəblər üzrə katibi, II katibi, 1978-96 illərdə Göyçay r-n 1 saylı orta məktəbində müəllim, 1998–2016 illərdə APKİA və YHİ-da metodist, Azərb. Müəllimlər İnstitutunda metodist, kabinet müdiri, “Təhsildə araşdırmalar və innovasiyalar” Mərkəzində metodist işləyib. 2016 ildən “Pedaqoji təhsilin problemləri” elmi tədqiqat laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışır. SSRİ Təhsil Nazirliyinin “Krupskaya medalı”na layiq görülüb, Ak. M.Mehdizadə mükafatı laureatı olub, eyni zamanda, “XXI əsrin tanınmış maarifçisi” beynəlxalq diplomunu alıb, “VEKTOR” Elmi Mərkəzi mükafat komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış maarifçiləri” beynəlxalq layihəsinin qalibi olub. Çoxsaylı əsərlərin və elmi məqalələrin müəllifidir. Hazırda ADPU Elmi Tədqiqat Mərkəzinin elmi işçisidir.
Məlumat A.Kəngərlidən alınıb.
Ətraflı oxu