(1939, Göyçay r-nunun Bığır k.-1993) – tanınmış alım. 1939 ildə Göyçay r-nunun Bığır kəndində anadan olub. Orta məktəbi Ağdaş r-da bitirəndən sonra 1958 ildə Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə daxil olur və 1962 ildə institutu müvəffəqiyyətlə bitirib təyinatla Ağdaş r-nunun Qoşaqovaq kənd orta məktəbində kimya-biologiya müəllimi işləyir. 1964 ildən M.Cavadov Azərbaycan Respublikası EA Qeyri-üzvi və fiziki kimya institutunda kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışır. Azərbaycandakı təbii ehtiyatların fiziki-kimyəvi xüsusiyyətlərinin tədqiqi və onların texnikada, habelə istehsalatda tətbiqilə bağlı 45 elmi işin və 5 ixtiranın müəllifidir. 1978 ildə “Daşsalahlı dillərininfiziki-kimyəvi xüsusiyyətləri” adlı namizədlik dissertasiyasını AREA Qeyri-üzvi və fiziki kimya institutunda müvəffəqiyyətlə müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi alır.
1993 ildə vəfat edib.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda), s.22-23