oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun Qarabaqqal i.ə.v.-də kənd. R-n mərkəzindən 6 km c.-ş.-də, Şirvan düzündədir. Kənd Göyçay çayından ayrılan Çayarxı adlı arxın sahilində salındığı üçün belə adlandırılmışdır. Oykonim “çayın kiçik qolunun sahilində salınmış kənd” mənasındadır. Əh. 1750 (2011); heyvandarlıq və bağçılıqla məşğuldur. Ümumi orta məktəb, tibb məntəqəsi, uşaq bağçası var.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 133;
http://ensiklopediya.gov.az/az/terms/11398/cild/17