(13.1.1951, Göyçay r-nunun Çərəkə k.) – iqtisadçı alim, iqtisad e.n.(1985), dos.(1993).
D.Bünyadzadə adına Azərb. Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) bitirib (1976). 1976 ildən BDU-nun Siyasi iqtisadi və ümumi iqtisadiyyat kafedrasında işləyir. 1985 ildə BDU-da “İqtisadi qanunların modifikasiyası” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edib. 1993 ildən BDU-nun Ümuni iqtisadiyyat kafedrasının dosentidir. 36 elmi əsəri dərc olunub.
Əsərləri: 1. Azərbaycanın sığorta bazarı və onun formalaşması. Azərbaycan iqtisadiyyatı yüksəliş yolunda. Məqalələr toplusu Bakı, Elm, 2003
2. Qloballaşdırma dünya inkişafının obyektiv amili kimi. Azərbaycan iqtisadiyyatı yüksəliş yolunda. Məqalələr toplusu. Bakı, Elm, 2004, s.216-221
3. Azərbaycanda aqrar bölmənin dövlət tənzimlənməsinin istiqamətləri. “Milli iqtisadiyyatın probləmləri” Məqalələr toplusu. Bakı, Elm, 2007, s.176-181
Mənbə: https://unec.edu.az