KÜRD
oyk., sadə. Göyçay r-nunun Potu i.ə.v.-də kənd. Düzənlikdədir. Kəndi vaxtilə kürd ailələri saldığına görə belə adlandırılmışdır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 294.
">
oyk., sadə. Göyçay r-nunun Potu i.ə.v.-də kənd. Düzənlikdədir. Kəndi vaxtilə kürd ailələri saldığına görə belə adlandırılmışdır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 294.
(29.11.1965, Göyçay r-nu – 3.10.1991, Ağdam ş.) – Azərb. Resp.-nın Milli Qəhrəmanı (1992).
1972 ildə ailəsi ilə birgə Rusiyanın Krasnodar vilayətinə köçmüş, 5 ildən sonra Bakıya qayıtmışdır.
1981 ildə Bakı ş.-nin Nizami r-nundakı 229 saylı tam orta məktəbə daxil olmuşdur. 1982 ilə kimi “Azərittifaq”ın reklam istehsalat kombinatında çalışmışdır. 1983-85 illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1987 ildə Qırmızı Bayraqlı Dəniz Donanmasının 109 saylı miçmanlar və praporşiklər məktəbinə daxil olmuşdur. 1990 ildə DİN xüsusi təyinatlı polis bölməsinə qəbul olunmuş, bir çox döyüş bölgələrində iştirak etmiş və qəhrəmanlığı ilə fərqlənmişdir.
(6.2.1997, Göyçay r-nunun Yenikənd k. – 16.11.2020, Tərtər-Ağdərə istiqamətində) – Vətən müharibəsi şəhidi.
21 sentyabr 2020 il tarixdə hərbi təlimlərə cəlb ediib, 17 noyabr 2020 il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Doğma k.-də dəfn edilib.
Ölümündən sonra Azərb. Resp. Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020), “Suqovuşanın azad olunmasına görə” (24.6.2021) və “Cəsur döyüşçü” (24.6.2021) medalları ilə təltif edilib.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(6.10.2001, Göyçay ş. – 9.10.2020, Daşkəsən r-nu) – Vətən müharibəsi şəhidi.
9.10.2019 il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 10 oktyabr 2020 il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Göyçay Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020), “Kəlbəcərin azad olunmasına görə” (29.12.2020), “Cəsur döyüşçü” (18.12.2020) və “Qubadlının azad olunmasına görə” (29.12.2020) medalları ilə təltif edilib.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(17.11.1970, Göyçay ş.) – tərcüməçi, yazar, riyaziyyat e.d. (2005), İsveçin Umeo Universitetinin elmi işçisi, dos.
Göyçay ş.-də 3 saylı rus-beynəlmiləl orta məktəbini bitirdikdən sonra 1988 ildə Sankt-Peterburq Dövlət Universitetinə qəbul olmuş, 1993 ildən təhsilini aspiranturada davam etdirmiş və 1999 ilin 7 may tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda dissertasiyasını müdafiə edərək, fizika və riyaziyyat e.n. elmi dərəcəsini almışdır. 1993-97 illərdə həmin institutda kiçik elmi işçi, 1997–2000 illərdə isə böyük elmi işçi vəzifəsində işləmişdir. 1993–2000 illərdə “AMEA-nın Xəbərləri” jurnalının fizika-riyaziyyat və texnika elmləri seriyasının məsul katibi və rus/ingilis dillərinə tərcüməçisi, həmçinin “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalının məsul katibi və tərcüməçisi işləmişdir.
(10.2.1959, Bakı ş.-25.1.2024, Bakı ş.) – filologiya e.d., prof., ədəbiyyat tarixinin tədqiqatçısı, mətnşünas alim.
1981 ildə ADU-nun (indiki BDU) Filologiya fakültəsini bitirib. 1982 ildən Əlyazmalar İnstitutunda əmək fəaliyyətinə başlayıb. AMEA Əlyazmalar İnstitutunun direktor müavini (2014), Multidistiplinar əlyazmalar və çap kitabları şöbəsinin müdiri (2015), AYB-nin üzvü (1998), YUNESKO-nun Dünya yaddaşı proqramı üzrə Azərb. Milli Komitəsinin sədr müavinidir.