Göyçayın zəngin tarixinin tədqiqinə başlamamışdan əvvəl bəzi məsələlərə aydınlıq gətirilməsinə ciddi ehtiyac var. Hər şeydən əvvəl aydınlaşdırılmalıdır ki, Göyçayın tarixi dedikdə biz hansı ərazinin tarixindən – bugünkü 55 kənd və 1 r-n mərkəzini əhatə edən ərazi, yoxsa bu ərazidən dəfələrlə böyük olan Göyçay qəz.-nın ərazisinin tarixindən bəhs etməliyik?
Göyçayın qəz. mərkəzi kimi ərazisi indiki rayon ərazisindən qat-qat çox ərazini əhatə edirdi. Ona görə də, fi krimizcə, dövrlər üzrə Göyçayın tarixinin izahı daha geniş ərazilərin tarixinin izahı ilə başlayıb, nəhayət, 1930 il 8 avqustda təşkil olunan indiki inzibati rayonun sərhədləri daxilindəki ərazilərin tarixinin izahı ilə yekunlaşmalıdır. Məsələn, əgər bu gün Göyçay r-nu ərazisində 55 kənd və 1 şəhər varsa, çar Rusiyasının Qafqazda apardığı inzibati islahatlar çərçivəsində 1867 ilin 9 dekabrında Bakı quberniyasının tərkibində Göyçay qəz. yaradıldı ki, bura indiki 7 r-nun – Göyçay, Ucar, Ağdaş, İsmayıllı, Ağsu, Kürdəmir, Zərdab rayonlarının əraziləri daxil idi. Qəza mərkəzi olan Göyçay yaşayış məntəqəsi isə 1916 ildən şəhər adlandırılıb və indiki 7 rayonun mərkəzi olubdur.
Göyçayın tarixi abidələri
Arxeoloji abidələr
1073.Küp qəbirləri nekropolu – e.ə. II əsr, I Ərəbcəbirli kəndi
1074.Qəbiristanlıq – I-II əsrlər, II Ərəbcəbirli kəndi
1075.Yaşayış yeri – ilk orta əsrlər, Yekəxana kəndi
1076.Qəbiristanlıq – ilk orta əsrlər, Qaraməryəm kəndinin yaxınlığında
1077.Küp qəbirləri nekropolu – e.ə. III əsr, Qaraməryəm kəndi
1078.Yaşayış yeri – ilk orta əsrlər, Şahsoltanlı kəndi
1079.Küp qəbirləri nekropolu – e.ə. I – I əsrlər, İnçə kəndi
Memarlıq abidələri
4268.Məscid – 1903-cü il, Göyçay şəhəri
4269.Yeraltı hamam – Göyçay şəhəri
4270.Hacı Cəlil məscidi – XIX əsr, Alpout kəndi
4271.Məscid – Qaraman kənd
Göyçay ş.-nin qədim tarixi abidələrindən biri Əbülfəzlil Abbas məscididir. Məscid Göyçay
ş.-nin mərkəzindədir. Həyətyanı sahəsi 500 kv.m, iç sahəsi 360 kv.m, hündürlüyü isə 7 m-dir. Məscidin layihəsini mülki mühəndis Zivər bəy Əhmədbəyov verib. Layihə Nəcəf ş.-dən gətirilib. Tikilmə tarixi 1902 ilə aiddir. Məscidin günbəzi dəyirmi formada olub, hündürlüyü 2 m-dir. Günbəzin üstü dəmir təbəqə ilə işlənib. Minbəri taxtadandır və doqquzpilləlidir. Mehrabı isə divarın içərisində olub hündürlüyü 2 m-dir. Məscidin iç divarları sement məhlulu ilə suvanıb və açıq-yaşılı rənglə işlənib. Divarlarda isə ərəb dilində Quran ayələri yazılıb. Dam dəmir təbəqə ilə örtülüb. Məscidin fasad tərəfdən divarları bişmiş kərpiclə işlənib. Divarlarda “Allah, Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn” sözləri yazılıb.
1996 ildə məscidin yan tərəfi ndə ikimərtəbəli daha bir bina tikilib. Məsciddə ibadət üçün bütün şərait mövcuddur. 1921 ildə məscidin bağlanılması barədə göstəriş verilib. Bundan sonra anbar kimi istifadə edilib. 1930 ildə məscid yenidən açılıb. 1944 ildə rəsmi olaraq məscidin fəaliyyətinə icazə verilib. Qeyd edək ki, bu məscidin yerində vaxtilə palçıqdan tikilən məscid var idi. Lakin həmin məscid 1896 ildə dağıdılıb. Bu məsciddə Axund Hacı, Qazi Hacı Xanməhəmməd, Molla Şirəli, Kərbəlayı Ağasəlim, Kərbəlayı Ağa Nuh, Mirfazilağa, Molla Bülbül, Axund Hacı Mirqəzənfər ağa kimi məşhur adamlar axundluq ediblər. Məscid yanğından sonra Teymur Əhmədov adına “AzNar QSC” tərəfi ndən 2009 ildə tam bərpa edilib.
Tarixi abidələrdən biri də Göyçay r-nunun Qaraman k.-də yerləşib. İç sahəsi 256 kv.m (16×16 m), həyətyanı sahəsi 2 000 kv.m-dir. Məscidin tikilmə tarixçəsi belədir: əslən Göyçayın Alpout k.-dən olan Hacı Rəhim Əfəndi 1889 ildə Türkiyəyə səfər edir. O buradakı möhtəşəm məscidləri, ibadət evlərini görüb öz doğma yurdunda məscid tikdirmək qərarına gəlir. 1891 ildə vətənə qayıdaraq kənd camaatının köməkliyi ilə Qaraman k.-də məscidin tikintisinə başlayır. Həmin il kənd camaatı və şəxsən onun iştirakı ilə məscidin təntənəli açılışı olur. Məscidin açılmasında onun əsas məqsədi müsəlmanlar üçün ibadət evi yaratmaq, habelə uşaqlara ilahiyyatdan və ümumiyyətlə, islam elmlərindən bilik vermək idi. Lakin çox təəssüf ki, Hacı Rəhim Əfəndinin tikdirdiyi və öz memarlıq üslubu ilə Göyçay qəz.-da yeganə olan bu məscid sovetlər dövründə bərbad hala salınıb. Belə ki, o, anbar kimi istifadə olunaraq uzun müddət baxımsız vəziyyətdə qalıb. Yalnız möhkəm memarlıq keyfi yyətinə görə məscid tamamilə uçub-dağılmayıb, bu günə gəlib çatıbdır. Hazırda məscid binası Hacı Rəhim Əfəndinin nəvəsi Elxan Süleymanovun şəxsi vəsaiti hesabına təmir olunub. Məscidin 16 m hündürlüyü olan minarəsi də var. Minarə bişmiş kərpicdən tikilib.
Göyçay ş.-nin tarixi abidələrindən biri də XIX əsrə aid edilən yeraltı hamamdır. Uzun illər insanlara xidmət göstərən bu nadir tikilinin bir sirri indiyədək açılmayıb. Hamamın çirkab suları hara və necə axıdılırmış? Aparılan araşdırmalara baxmayaraq, bu sual hələ də cavabsız qalır. “Yeraltı hamam” adı ona əsas hissəsi torpağın səthindən 2 m dərinlikdə yerləşdiyi üçün verilib. Kvadrat formasında olan tikilinin ovalşəkilli üç böyük salonu var. Onlardan ikisi qadınlar, biri isə kişilər üçün idi. Hamamdan eyni vaxtda 70 nəfər istifadə edə bilirdi. Hamamın özəlliklərindən biri də onun qış vaxtı qızdırılması ilə bağlıdır. Belə ki, araşdırmalar zamanı içəridə heç bir xüsusi qızdırıcı şəbəkə aşkarlanmayıb. Məlum olub ki, ocaqxanada qızdırılan isti su bişmiş kərpicdən tikilən döşəmənin altındakı borularla dövr edərək hər üç salonu qızdırıb. Göyçayın
imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə bu hamamı qızına cehiz olaraq tikdirib.
Göyçayın qədim dövr tarixi
Azərb.-ın ən qədim tarixi ərazilərindən olan Qafqaz Albaniyası və Şirvanşahlar dövlətlərinin çoğrafi və strateji cəhətdən ən əlverişli ərazilərindən biri də Göyçaydır. Tarixi abidələrin nisbətən az aşkar edilməsi heç də bu ərazidə abidələrin az olması anlamına gəlməməlidir. Fikrimizcə, bunu Göyçay ərazisində arxeoloji qazıntıların digər ərazilərə nisbətən çox az aparılmasında, elmi mərkəzlərin obyektiv və ya subyektiv səbəblərdən bu əraziyə az diqqət ayırmasında axtarmaq daha düzgün olar.
R-n ərazisində arxeoloji tədqiqatların çox az aparılması bu problemə alimlərin də az diqqət verməsinə səbəb olub. Məsələn, “Azərbaycanın tarixi abidələri və toponimləri: biblioqrafi ya” kitabında 5 353 kitab və məqalənin adı qeyd olunub ki, bunlardan yalnız 5-i Göyçaydakı arxeoloji qazıntılara aiddir.
Göyçayda hələlik tarixi maddi-mədəni abidələrin az sayda aşkar olunmasına baxmayaraq, onlar haqqında alimlər tərəfindən kitab və məqalələrin yazılması, fikrimizcə, yüksək qiymətləndirilməlidir. Alimlərdən İ.Əliyev, A.Nuriyev, Q.Cəbiyev, F.Osmanov, F.Yusifov, Ə.Əliyev, A.Ələkbərov, B.Sultanova, N.Abelov, F.Qədirov və başqa tədqiqatçıların yazdığı məqalə və kitablar bu qədim ərazinin tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Tarix e.d., prof. Q.Cəbiyevin “Girdiman tarixi (IV-IX əsrlər)” kitabında Göyçay ərazisində tapılmış maddi mədəniyyət abidələri və onlar haqqında yazılmış elmi məqalələr barəsində verilən məlumatlar təqdirəlayiqdir.
F.Yusifov öz məqaləsində Ərəbcəbirli k.-də tapılan maddi mədəniyyət abidəsini Qobustanın “oxşarı” adlandırıb. “Girdiman tarixi (IV-IX əsrlər)” kitabında Ə.Əliyev, A.Ələkbərovun məqaləsinə istinadən qeyd olunur ki, XX əsrin 60-cı illərində Qaraməryəm-Müsüslü yolunun kənarında, Aşağı Qaraməryəm k.-də, Yuxarı Şirvan kanalının sol tərəfi ndə əmək və məişət əşyaları tapılıb. Həmin tapıntıları İnçə k. orta məktəbinin müəllimləri toplayıb AMEA Tarix İnstitutuna məlumat veriblər. Həmin məlumat əsasında 1962 ildə S.Qazıyev, R.Göyüşov kəndə gələrək çoxlu sayda material toplayıblar. Bundan bir il sonra F.Osmanov da bura gələrək Qaraməryəm çayının əmələ gətirdiyi yarğanlarda qədim dövrə aid küp və torpaq qəbirlər aşkara çıxarıb. Burada həmçinin divarlarının qalınlığı 2,5 sm olan saxsı küpə və bardaqların fraqmentləri tapılıb. 1976 ildə Aşağı Qaraməryəm k. yaxınlığında su anbarı üçün yer qazılarkən də analoji tapıntılar aşkara çıxdı. O zaman kəndə ezam olunan arxeoloqlar Ə.Əliyev, A.Ələkbərov orta əsrlərə aid çoxlu sayda maddi mədəniyyət nümunələri, şirli və şirsiz saxsı qablar aşkara çıxardılar. Tapılan küplərin birinin üzərində olan cızma üsulu ilə işlənən sxematik təsvir var. Mütəxəssislərin fikrincə, bu, insan təsviridir. Qaraməryəm tapıntıları xronoloji cəhətdən Ərəb xilafətinin işğalı dövrünə (VII-VIII əsrlərə) aid edilir. Kəndin adının da Məryəm adlı qara rəngli ərəb qadınının adından götürüldüyü ehtimal olunur.
10 aprel 1973 ildə Göyçayın r-n qəzetində F.Osmanovun “Nadir tapıntı” adlı məqaləsi dərc olunur. Həmin məqalədə Ərəbcəbirli k.-də quşçuluq ferması üçün bünövrə qazılarkən aşkara çıxarılan maddi mədəniyyət nümunələrindən bəhs olunur. Həmin tapıntılarla əlaqədar arxeoloq A.Nuriyev Göyçaya ezam olunur. Materiallarla tanışlıqdan sonra məlum olur ki, həmin tapıntıların aşkara çıxarıldığı yerdə vaxtilə nekropol (yunan dilindən tərcümədə “ölü şəhər” mənasını verən bu söz arxeolofi qazıntılar zamanı tapılan məzarlıqlara verilən addır) mövcud olub. Həmin nekropolda aşağıdakı əşyalar tapılıb:
1.Metal məmulatlar: dəmir, tunc, mis, gümüş, qızıldan sinə bəzəkləri, bilərziklər, üzüklər,
sırğalar.
2.Şüşə məmulatlar: bunlara muncuqlar və müxtəlif şüşə qablar aiddir.
Ərəbcəbirlidə tapılan məmulatların – bilərziklər, üzüklər, sırğaların əksəriyyətinin bolluq rəmzi olan ilan simvollu forma və naxışlara malik olması diqqəti cəlb edir. Mütəxəssislər kənddə aşkara çıxarılan küp qəbirləri IV-VIII əsrlərə aid edirlər.
F.Osmanov 1966–1970 illərdə Bakı–Qaraməryəm yolunun şm.-da yerləşən Yekəxana k.-nin ərazisində antik və ilk orta əsrlərə aid maddi mədəniyyət nümunələri aşkara çıxarıb. Həmin tapıntılar içərisində kömürləşən taxıl qalıqları diqqəti cəlb edir. Akademik İ.Mustafayev həmin tapıntıları tədqiq edərək onların mədəni arpa və yumşaq buğda növündən ibarət olduğunu müəyyən edib.
1980 illərin əvvəllərində Yekəxana və ona yaxın olan Şahsoltanlı k.-də təsərrüfat işləri aparılarkən xeyli sayda maddi mədəniyyət nümunələri aşkara çıxıb. Tapıntılar içərisində qədim əmək vasitələri, məişət əşyaları və bəzək nümunələri üstünlük təşkil edir. Şahsoltanlı k. məktəbinin yaxınlığında yer şumlanarkən çoxlu sayda gil qablar aşkara çıxarılıb. Sakinlərin verdiyi məlumata görə, müxtəlif həyətlərdə də bu cür tapıntılar aşkar olunub. Şahsoltanlıda tapılan əşyalar iri təsərrüfat küpləri, çölmək və cam tipli dayaz qablar, təkayaqlı vazların fraqmentindən ibarətdir. Tapıntılar içərisində diametri 8 sm olan araba təkərinə oxşar əşya, qulpları üzərində çərtmə naxışlar olan su qabları parçaları və iki qadın fi quru diqqəti cəlb edir.
Şahsoltanlı materialları içərisində həm antik, həm də ilk orta əsrlərə aid əşyalar var. Bu da o deməkdir ki, miladi təqvimin başlanğıcından IV-V əsrlərə qədər burada intensiv yaşayış olub. Sonradan əhali Yekəxana ərazisinə köçüb.
KİV-lərin məlumatına görə, Göyçayın Yekəxana k. ərazisində qədim dövrə aid maddi mədəniyyət nümunələri tapılıb. R-nun qədim yaşayış məntəqələrindən olan Yekəxana k.-də yaşayan Qasımov Yalçın həyətyanı sahəsində təsərrüfat işləri görərkən torpağın altından bir neçə saxsı küp qab və 10-a yaxın qədim məişət əşyası, müxtəlif növ təsərrüfat qabları, keramika məmulatları aşkar edib. O, torpaq qazıntısını dayandırıb və aşkar etdiyi mədəniyyət nümunələrini r-n Tarix-diyarşünaslıq muzeyinə təhvil verib. Muzeyin direktoru B.Sultanova bildirib ki, bir neçə ay öncə rayonun Ərəb k. ərazisində də qədim yaşayış məskəninin qalıqları aşkarlanıb. Kənd sakinləri torpağın altından küp qəbirlər, insan skeletləri, bəzək, məişət əşyaları, şüşə muncuqlar və saxsı qablar taparaq muzeyə veriblər:
“Yekəxana və Ərəb k.-lərinin giriş hissəsində həmin ərazinin qədim yaşayış məskəni olmasını əks etdirən lövhə qoyulub. Ehtimal olunur ki, bu tapıntılar ilk orta əsrlər dövrünə, yəni bizim eranın III-V əsrlərinə aid maddi mədəniyyət nümunələridir. Çünki tarixi mənbələrdə də qeyd olunur ki, Böyük Qafqaz sıra dağlarının cənub hissəsindəki ərazilərdə təxminən 1500 il əvvəldə yaşayış olub. Lakin həmin kəndlərdə bununla bağlı heç vaxt arxeoloji qazıntılar aparılmayıb”.
Göyçayın qədim tarixi ilə bağlı yazılı mənbələrlə yanaşı, şifahi tarixi mənbələrdə də çoxlu maraqlı faktlara rast gəlmək olur. Bu baxımdan əslən Göyçayın Bığır k.-dən olan ATMU-nun dekanı, tarix üzrə f.d., dos. B.Bilalovun verdiyi dəyərli tarixi məlumatlar diqqəti cəlb edir. Məlumatda Göyçayın Bığır k.-də “Qaraul təpə” adlanan yerin yaxınlığında kənd əhalisi tərəfindən küp qəbirlərin aşkara çıxarılmısı qeyd olunur. B.Bilalovun fikrincə, Bığır k.-ki “Qaraul təpə”nin hansısa məşhur şəxsin dəfn olunduğu kurqan olduğunu ehtimal etmək olar. Əvvəllər bu ərazidə pay torpağı alan sakinlər ev tikmək üçün bünövrə qazarkən çoxlu sayda şirəli saxsı qablar, iri ölçüdə insan sümükləri aşkar ediblər. Hətt a bir dəfə həmin ərazidə traktorçu torpaq işləri görərkən iri bir küp qəbir aşkara çıxarıb. Həmçinin həmin ərazidəki əkinləri suvarmaq üçün bu əraziyə su buraxılsa da, suyun harasa axıb yoxa çıxdığı məlum olub.
Bu məlumatdan belə nəticəyə gəlmək olar ki, həmin ərazidə arxeoloji qazıntılar aparılarsa, Azərb. tarixini, o cümlədən Göyçayın tarixini zənginləşdirə biləcək, hətta dünya əhəmiyyətli tarixi abidələrin aşkara çıxarılması mümkündür.
Göyçayda tapılan maddi mədəniyyət abidələrinin aid olduğu dövrə görə burada yaşayışın 2000 ildən bir qədər artıq olduğu qənaətinə gəlmək olar. Lakin fikrimizcə, Göyçayda insan yaşayışının tarixi daha qədimdir. R-nun yerləşdiyi ərazinin dünyada qədimliyinə görə 4-cü tapıntı hesab olunan Azıxantropun (e.ə. 350-400 min il) tapıldığı Qarabağ ərazisinə çox yaxın (təxminən 31 km) olması deyilənlərin əsaslı olduğunu sübut edir. Bundan başqa, Göyçay ərazisinin qədim Albaniya dövlətinin, daha sonra isə Şirvanşahlar dövlətinin strateji cəhətdən ən əlverişli ərazisinə aid olması, Albaniyanın paytaxtı olan Qəbələnin qonşuluğunda, sonrakı paytaxtı Bərdənin yaxınlığında yerləşməsi də bu ərazinin qədim ənənələrə malik olduğunu sübut edir. Antik dövr müəllifl əri Strabon, Ptolemey, Plini və başqalarının Qafqaz Albaniyası haqqında dedikləri fikirlərin Göyçay ərazisinə də aid edilməsi təbiidir. Göyçayın hazırkı ərazisi Ptolemeyin Albaniya xəritəsindəki ikinci zonaya müvafiq gəlir; qədim yunan astronomu və coğrafi yaşünası adıçəkilən xəritədə 12 yaşayış məntəqəsi yerləşdirir. Bunların içərisində Alam (ola bilsin, Göyçayın qərb qolunun sahilində yerləşən müasir Zalam kəndidir) kəndi də var.
Göyçay ərazisində başqa qədim ərazilərə nisbətən tarixi abidələrin az olması heç də onun vətənimizin ən qədim tarixi ərazilərindən biri olmasına kölgə sala bilməz. Çünki bu ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində Tunc dövrünə aid abidələrin aşkara çıxarılması Göyçayın qədim tarixə malik olduğunu sübut edir. Hətt a iddia olunur ki, Qafqaz Albaniyasının paytaxtı Qəbələ ş. ilə yanaşı, Göyçay çayının sahilindəki kiçik yaşayış məntəqəsi də inkişaf edib, əhalisi xeyli artıb. Şəhərdə çoxlu karvansaralar tikilib, sənətkar məhəllələri salınıb. Arandan Qəbələyə qalxan ən yaxın və əlverişli yol bu şəhərin üstündən keçib. Bu şəhər orta əsrlər dövründə bütün yaşayış şərtlərinə görə Qəbələ ilə bağlı olub. Hətta şəhərin çay boyu mərkəzi küçəsi elə o vaxtlardan Qəbələ adlanıb. Lakin sonradan Nizami Gəncəvinin yubileyi keçirilən vaxt Qəbələ küçəsinin adı dəyişdirilərək Nizami adlandırılıb.
Elmi ədəbiyyatda qeyd olunur ki, Göyçay ərazisində tapılan küp qəbirlər e.ə. IV əsr – eramızın VIII əsrlərində Cənubi Qafqazda, xüsusilə də Qafqaz Albaniyası ərazisində yayılıb. Ölülər bükülü vəziyyətdə sağ və ya sol böyrü üstə, əsasən, üfüqi şəkildə dəfn olunub. Qəbir inventarları metal (tunc və başlıca olaraq dəmir alət və silahlar, bürünc, gümüş və qızıl bəzək şeyləri), ağac, daş, gil, şüşə və pastalardan ibarətdir. Nisbətən sonrakı dövrlərə aid qəbirlərdə Roma, Arşaki və Sasani sikkələrinə də təsadüf edilir. Bu mədəniyyət əkinçilik, heyvandarlıq, ovçuluq, balıqçılıq və sənətkarlıqla məşğul olan oturaq əhaliyə aiddir.
Göyçay-Ağsu çaylararası ərazidə yaşayan əhalinin uzaq vilayətlərlə intensiv əlaqələri haqqında, inkişaf etmiş pul təsərrüfatı barəsində yerli sikkələrdən ibarət dəfi nə əsasında mühakimə yürütmək olar.
Eramızdan əvvəl IV-III əsrlərdən başlayaraq Albaniyanın dekorativ-tətbiqi sənətində kiçik formalar plastikası, məişət süjetlərinə və mifoloji süjetlərə dair səhnələrin batıq xətlərlə təsvir edildiyi daş heykəllər xüsusi yer tutur. Albaniya terrakotları hər şeydən əvvəl qadın heykəlcikləri, çox az hallarda kişi heykəlcikləri, zoomorf fiqurlar, o cümlədən yüyənli at təsvirləri ilə təmsil olunmuşdur. Alban incəsənətinin bu abidələri olduqca çoxdur: təkcə Göyçay ş.- nin yaxınlığında Mollaisaqlı-Hacıhatəmli yaylasında 60-dan artıq heykəlcik aşkara çıxarılmışdır.
Şəkildə gördüyünüz bu gümüş qab Roma imperiyasının şərq
hissəsində, Suriyanın dəniz sahili əyalətlərinin birində IV əsrin ikinci yarısında hazırlanıb. Hazırda Sankt-Peterburq ş.-də Ermitaj muzeyinin Şərq şöbəsində saxlanılır. Göyçay qəza rəisinin 8 yanvar 1894 ildə verdiyi məlumata görə, Göyçay qəz.-nın Lahıc sahəsinin Yenikənd-2 k.-nin əhalisi üç ay əvvəl qazıntı işləri apararkən qılınc, xəncər, gümüş qab, qızıl pullar aşkara çıxarmışlar. Şəkildəki gümüş boşqab da həmin tapıntılardan biridir.
Qaramanlı tayfasının mənşəyi və onların Göyçaya gəlişi
Arxeoloji tədqiqatlar zamanı Göyçay r-nu ərazisində Atabəylər (XII-XIII əsrlər), Hülakülər (XIII-XIV əsrlər) zamanı və sonrakı dövrlərdə kəsilən pullar aşkar olunub. XIII əsrin ikinci yarısında indiki Göyçay ş.-nin yerləşdiyi ərazinin meşəlik olması və bu yerin Ərvan adlanması haqqında tarixi mənbələrdə məlumatlar var.
Azərb. tarixində şərəfli yer tutan, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar və Qacarlar dövlətinin ictimai-siyasi həyatında aparıcı tayfalardan biri olan Qaraman Oğuz türk tayfası haqqında məlumatlar, əsasən, XIII əsrə aid mənbələrdə verilməyə başlanılıb. Sonrakı dövrlərdə isə onların fəaliyyəti genişləndikcə məlumatlar daha da artıb. Qaramanlıların oğuzların Əfşar boyuna mənsub olması barədə tarixi mənbələrdə məlumatlar var. Azərb. tarixşünaslığının banisi Abbasqulu Ağa Bakıxanov Qaraman tayfası haqqında yazıb: “Quba və Şirvanda Zəngənə, Xəlilli və Kəngərli, Şirvanda Qaramanlı, Təkəli, Şamlı və Çakərli, Qubada Osallı, Ərşəli, Ustacallı və Qacar tayfaları, Quba, Dərbənd və Şirvanda Bayat qəbiləsi, Şəkidə, Şirvanda Qaraqoyunlu, Xələc və sair bir çox tayfalar vardır. Bunlar İran və Rum ölkələrində sakin olan tərəkəmə və sair elat kimi türk tayfalarındandır [2, s.11].
Qaraman tayfası XV əsrdə Qaraqoyunlu, Ağqoyunlu dövlətləri yaranana qədər regionda çox böyük nüfuza malik olub və türk xalqları tarixində özünəməxsus yeri olan Qaramanoğulları (1256–1487) dövlətinin əsasını təşkil edib.
Qaramanlıların Anadoluda yaratdıqları bəylik Konya və Qaraman ərazisini əhatə edən güclü bir dövlət idi. Onların kökü indiki Şimali və Cənubi Azərb.-ın Xəzər dənizi hövzəsində yayılan İç Oğuz və Dış Oğuz tayfalarındandır. Qaraman tayfasının Anadoluya nə zaman gəlməsi haqqında dəqiq məlumat yoxdur. Ancaq onların Səlcuq hökmdarı I Toğrul bəylə birlikdə Anadoluya gəlməsi, Toğrul bəy geri dönəndən sonra burada qalmaları haqqında mənbələrdə məlumat verilir. Lakin onların monqol-tatar yürüşləri zamanı da gəlmələri haqqında tarixi qaynaqlar mövcuddur. Qaraman tayfasının Anadoluya gəlmələrinə aid dəqiq tarix Ələddin Keyqubad zamanına – 1228 ilə aiddir. Ələddin Keyqubad onları Ermenak ərazisində yerləşdirib. Onlar Hoca Saadett inin oğlu Nurə Süfi nin başçılığı altında indiki Türkiyənin Sivas əyalətinə gələrək bəylik yaradıblar.
Müxtəlif tarixlərdə bəyliyin 19 hökmdarı olub ki, bunlardan da ilk hökmdar Nurə Sufi bəy Qaramanoğlu (1250-1256), sonuncu isə Sultanzadə Pir Əhməd bəy Qaramanoğlu (1469-1483) hesab edilir. Qaraman tayfasının ilk mühüm tarixi şəxsiyyəti Kərimüddin Qaraman hesab edilir. O, 1256 ildə Səlcuq dövlətinin monqol-tatarlar qarşısında düşdüyü ağır vəziyyətdən faydalanaraq sərbəst hərəkət edib və böyük ərazilər ələ keçirərək ərazilərini daha genişləndirib. Bu bəylik Anadoluda ilk yaranan və ən çox ömür sürən bəylik olub. Azərb.-da yaranan Hülakülər dövləti ilə təxminən eyni zamanda yaransa da, Hülakülər 100 il, Qaramanoğulları 231 il tarix səhnəsində olub. Bu bəyliyin tez yaranması ona böyük ərazilərə sahib olmaq və ərazilərini daha da genişləndirmək imkanı verdi. Bəyliyin möhkəmlənməsi Kərimüddin bəyin oğlu Mehmet bəyin (1261-1277) Səlcuqlu dövlətinin paytaxtı Konyanı tutması ilə başladı. Bundan sonra Qaramanoğulları özlərini Səlcuqlu dövlətinin varisi elan etdilər.
Anadoluda türk dili ilk dəfə rəsmi dövlət dili olaraq Qaramanoğulları bəyliyində həyata keçirilib. Qaraman bəyliyinin başçısı Mehmet bəy Konyanı tabe etdikdən sonra 15 may 1277 ildə (10 zilhiccə 675) belə bir buyruq vermişdi: “Şimdən gerü divanda, dərgahda, bargahda, məclisdə və meydanda türkcədən başqa dil kullanılmayacaqdır” [1, s.295, 333].
Osmanlılarla qaramanlılar arasında ilk münasibətlər Orxan bəyin zamanında yaranıb. Qaramanlı hökmdarı Əliəddin Əli bəy (1361-1398) Osmanlı sultanı I Muradın qızı Nəfi sə Sultan ilə evlənərək qohumluq əlaqələri yaradıb. Sonradan ərazi üstündə münasibətlər korlanıb və Əliəddin Əli bəy öz qaynı olan İldırım Bəyazidlə iki dəfə müharibə edib. 1389 ildə döyüşdə məğlub olan Qaraman hökmdarı Konyaya geri çəkildi, lakin şəhər osmanlılar tərəfindən ələ keçirildi və Əliəddin Əli bəy öldürüldü.
Əmir Teymurla İldırım Bəyazid arasında olan 1402 il Ankara döyüşünə qədər Qaraman ölkəsinə osmanlılar sahib olub. Əmir Teymur Anadolu bəylərinin əvvəlki torpaqlarını geri qaytararkən Qaramanoğulların da torpaqlarını onlara qaytarıb [6; 27]. Daha sonra osmanlılar gücləndikcə Anadoluda özlərinə rəqib gördükləri Qaramanoğullarını məğlub etmək üçün yenidən mübarizəyə başlayıb. Bu mübarizə II Muradın dövrünə qədər davam edib. II Murad 1444 ildə Varna savaşından zəfərlə geri döndükdən sonra Qaramanoğullarına qarşı döyüşə hazırlaşır. Nəhayət, osmanlılar 1487 ildə Qaramanoğullarını məğlub edərək ərazilərini öz torpaqlarına qatdılar. Qaraman tayfasının nüfuzundan ehtiyat edən osmanlılar gələcəkdə problemlər yaradacağından ehtiyat edərək onları yeni fəth olunan Balkan yarımadasına, oradan Bolqarıstana, Kiprə, o cümlədən Azərb.-na köçürdülər.
Lakin faktlar sübut edir ki, qaramanlılar 1487 ildən də çox əvvəl Azərb.-da böyük nüfuz sahibi olub, Qaramanoğulları dövlətinin süqutundan sonra əhalinin bir hissəsi soydaşlarının yanına pənah gətiriblər. Məsələn, tarixi mənbələrdə qeyd olunur ki, Qaramanoğulları dövlətinin süqutundan 81 il əvvəl, yəni 1406 ildən başlayaraq Gəncə və Qarabağı Yarməmməd Qaramanlı idarə edib. Qaramanlı tayfası Qaraqoyunlularla müttəfiq olaraq bu dövlətin güclənməsində mühüm rol oynayıb.
Qaraqoyunlu dövlətinin yaranmasında fəal iştirak edən qaramanlılar 1412 ilin dekabrında Qara Yusifin Şirvanşah I İbrahim, Şəki hakimi Seyid Əhməd və gürcü çarı Konstantinin birləşmiş qüvvələrinə qarşı döyüşündə fəal iştirak ediblər. Onlar bu döyüşdə Yarməmmədin başçılığı altında “Qaramanlı əsgərləri” adı altında döyüşüblər.
1420 ildə Qara Yusifin ölümündən istifadə edərək Azərb.-na hücum edən Əmir Teymurun nəvəsi Şahruxa qarşı 1421 ildə Yarməmməd Qaramanlının başçılığı altında üsyan olur və Şahrux Baysunquru Yarməmmədin üzərinə göndərir. Onun xidmətləri Qaraqoyunlu dövləti tərəfindən yüksək qiymətləndirilərək əmirəlümat rütbəsinə layiq görülüb.
Sonradan Şahrux Qaraqoynlu İsgəndərə qarşı döyüşərkən Yarməmmədi tutaraq Bərdədə edam etdirir. Burada müəyyən tarixi izahata ehtiyac var. Yəni Əmir Teymurun osmanlılardan Qaramanoğullarının torpaqlarını geri alaraq onlara qaytarması onunla Qaramanoğullarının müttəfi qliyindən xəbər verir. Lakin Əmir Teymurun nəvəsi Şahruxun Yarməmməd Qaramanlını edam etməsi Teymurilərin Azərb.-da qaramanlılara münasibətinin dəyişdiyini göstərir.
Qara Yusifdən sonra dövlətə başçılıq edən oğlu İsgəndərin əmirlərindən biri Piri Qaramanlı idi. İgid və qəhrəman sərkərdə olan Piri Qaramanlı və oğlanları sonradan Cahan şahı müdafiə ediblər.
Qaramanlılar Ağqoyunlu dövlətinin tarixində də mühüm rol oynayıblar. Ağqoyunlu sultanı Rüstəm Baysunqura qarşı mübarizə apararkən ona kömək edən bacısı oğlu Sultan Əlinin (Şeyx Heydərin oğlu, Şah İsmayılın böyük qardaşı) yanında Rüstəm Qaramanlı da var idi. Onlar sonradan Ərdəbil şeyxlərinə qoşulmuş və Səfəvilər dövlətində mühüm rol oynamışlar. Şah İsmayılın atası Şeyx Heydər 1488 ildə Şirvana hücum edərkən onun qoşunlarının tərkibində qaramanlılar da var idi [3; 7].
Qaramanlı tayfasında olan Qaramanlı Zülfüqar xan bir müddət Şirvanı idarə edib. Bu məsələ barədə görkəmli tarixçi Abbasqulu Ağa Bakıxanov yazır: “Hicri 1016 (miladi 1607) ildə I Şah Abbas gəlib buranı aldı. Bu zamandan etibarən Şirvanı İran bəylərbəyi idarə etməyə başladı. Qaramanlı Zülfüqar xan – 2 il, Yusif xan – 18 il, Ərəb xan – 8 il, Fərəc xan – 3 il, Ərəb xan – 11 il, Xosrov xan – 8 il, Mənuçehr xan – 6 il, Hacı xan – 3 il, Məhəmmədi xan – 2 il, Nəcəfqulu xan – 7 il, Mehrəli xan – 13 il, Məkriqulu xan – 2 il, Səid xan – 7 il, Əliqulu xan – 6 il, Musa xan ilə Həsənəli xan -20 il və Hüseyn xan – 2 il Şirvanda bəylərbəyi olmuşlar” [2].
Yuxarıda qeyd olunan faktlar sübut edir ki, Qaraman tayfası Yaxın və Orta Şərqdə, Cənubi Qafqazda böyük nüfuza malik, güclü və sayca çox böyük tayfalardan biri olub. Ona görə də bu ərazilərdə yaranan dövlətlərin ictimai-siyasi həyatında mühüm rol oynayıblar.
Azərb. Resp. ərazisində Göyçayın Qaraman k. ilə yanaşı, Qaraman tayfasının adı ilə bağlı digər yer adları və ziyarətgahlar da mövcuddur. Bunlardan Cəbrayıl r-nu ərazisində Hacı Qaraman ziyarətgahını, Yevlax r-nunun Qaramanlı k.-də Tunc və ilk Dəmir dövrünə aid Qaramanlı kurqanlarını və s. göstərmək olar.
Qaramanlıların, Ağqoyunluların və Səfəvilərin Azərb.-da hakimi Çələbilərin adlı-sanlı başçılarından olan Hacı Qaraman XIII-XIV əsrlərdə Cəbrayıl ərazisinə gələrək əvvəlcə Niftalılar və Nusus k.-ləri arasındakı yerdə özünə məskən salıb, sonralar Çələbilər kəndinə köçüb. Ona görə də Hacı Qaramanın dəfn edildiyi məzar sonralar “Ocaq” kimi müqəddəsləşdirilib. Çələbilər kəndindəki məscid isə Məhəmməd ibn Hacı Qaraman Əhmədli tərəfi ndən hicri 1088 (miladi 1678) ildə inşa edilib [5].
Göyçay yaşayış məntəqəsinin və çayın adının Qaraman tayfası tərəfi ndən bölgəyə gətirilməsi haqda etimallar var.
Mənbə:
1.“Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci ilə qədər”, Bakı, 1996
2.Bakıxanov A. “Gülüstani-İrəm” (tərcümə edəni M.Əskərli), Bakı, 2000, 224 s.
3.Şıxalıyev H. “Qaramanlı tayfası”, “Tarix və onun problemləri”, №2, 2014
4.Zülfüqarlı M. “Göyçay tarixi”. Bakı, 2022, s.37-43
5.http://mdtf.az/xeberler/758-cbrayil-rayonu-haci-qaraman-ziyartgahi.html
6.https://tarihinburada.blogspot.com/2017/01/karamanogullari-beyligi-1256-1487.html
7.Петрушевский И.П. «Государства Азербайджана в ХV в. Сб. cтатей по истории
Азербайджана». Вып. 1, Баку, l949
Göyçay Şirvanşahların dövründə
Xürrəmilər hərəkatı ərəblərin Azərb.-na köçürülməsini dayandırmaqla yanaşı, xilafətə böyük zərbə vuraraq onu sarsıtdı. Bu da IX-XI əsrlərdə Azərb.-da beş müstəqil dövlətin meydana gəlməsinə səbəb oldu. Bunlardan 861 ildə ilk yaranan və ən uzunömürlü olan Şirvanşahlar dövləti oldu ki, Göyçay ərazisi də onun tərkibinə daxil oldu. Mənbələrin məlumatına görə, Məzyədilər sülaləsinin hakimiyyətinin ilk dövrlərində Şirvanşahların sərhədləri c.-da Kür çayı, şm.-da Dərbənd və Samur çayı, q.-də Göyçay və Şəki, ş.-də Xəzər dənizi ilə əhatə edilirdi. Lakin tədricən onun ərazisi genişləndi [1, s.274].
Tarixçi Sara Aşurbəyli “Şirvanşahlar” əsərində tarixi mənbələrə istinadən Göyçay çayı üzərində tikilən qala haqqında maraqlı məlumat verir: “Tarix-i-ıl babda” Şirvanşah Yəzid ibn Əhməd hicri 389 (miladi 999) ildə Gürzül qalasını (Göyçay çayı üzərində tikilən Girdədül qalası) almışdı. Sonralar XI əsrin I rübündə də Qəbələ və Gürzül Şirvanşahların əlində olmuşdu [2, s.112].
Mənbə:
1.Azərbaycan tarixi, Z.M.Bünyadov və Y.B.Yusifovun redaktəsi ilə, I cild, Bakı, 1994, 496 s.
2.Aşurbəyli S. “Şirvanşahlar dövləti”, Bakı, 2006, 416 s.
3.Zülfüqarlı M. “Göyçay tarixi”. Bakı, 2022, s.33
Göyçay XIX-XX əsrin əvvəllərində
XIX əsrin əvvəllərində Göyçaya yaxın ərazilərdə çox ciddi hadisələr baş verib. Rus qoşunlarının 1803 ildə Car-Balakən, 1804 ildə Gəncə, 1805 ildə isə Qarabağ, Şəki, Şirvan xanlıqlarını tutmasından sonra 1830 ildə çar Rusiyasına qarşı Car-Balakən, 1838 ildə isə Şəki üsyanlarını bura aid etmək olar. Hələlik tarixi mənbələrdə bu dövrdə Göyçayda baş verən hadisələr haqqında məlumat əldə etmək mümkün olmayıb. Gələcəkdə tədqiqatlar genişləndikcə, çox güman ki, XIX əsrin əvvəllərinə aid Göyçayda baş verən hadisələrin üzərinə işıq salmaq mümkün olacaq.
Göyçay haqqında məlumatlara, əsasən, XIX əsrin ikinci yarısından başlayaraq rast gəlmək olur [24]. Həmin dövrdə Rusiyada toxuculuq sənayesinin sürətlə inkişafı, onun xammala – pambığa olan tələbatının artması Azərb.-da pambıqçılığın inkişafına təkan verdi. Tezliklə Azərb.-na rus şirkətlərinin nümayəndələri gəldilər. Pambıqçılığın əsas r-nları Göyçay və Cavad qəz.-ları idi. Pambığı suvarmasız yetişdirməyin mümkün olmaması Kür-Araz vadisində süni suvarmanın genişlənməsinə şərait yaratdı. Pambığa maraq o qədər artmışdı ki, adətən, təsərrüfatla məşğul olmayan bəylərin bir qismi də pambıq becərməyə başlamışdı. Onlar öz təsərrüfatlarında bütün işləri muzdlu əmək tətbiq etməklə görürdülər. Beləliklə, pambıqçılıq kənd təsərrüfatında kapitalist istehsal münasibətlərinin inkişafına güclü təkan verdi. Pambıqçılıqla yanaşı, bağçılıq da Göyçayda çox yayılmışdı [1, s.600-601].
Çar Rusiyasının Qafqazda apardığı inzibati islahatlar çərçivəsində 1867 ilin 9 dekabrında Bakı quberniyasının tərkibində Göyçay qəz. yaradılıb. Rus tarixşünaslığının verdiyi məlumata görə, XIX əsrin ortalarında Bakı quberniyasının Göyçay qəz.-da 9 990 həyət mövcud idi, 50 053 nəfər əhali (onlardan 27 509 nəfəri kişi, 22 544 nəfəri isə qadın idi) yaşayırdı. Göyçay qəz.-da (şəhərsiz) 1 həyətə orta hesabla 5 nəfər düşürdü. Qəzanın sahəsi 4,156 kv. verst və ya 86 kv. mil idi ki, bu da bütün quberniyanın 12,22%-ni təşkil edirdi [6, s.68; 15, s.11]. 1894 ildə Kürdəmir məntəqəsi Şamaxı qəz.-dan alınaraq Göyçay qəz.-na birləşdirildi.
Göyçay qəz.-da kapitalizmin inkişafı dövründə biyan kökü istehsalının geniş yayıldığı haqqında elmi məlumatlar var. Məlumatda deyilir: “Kür çayının axarı boyu geniş yayılmış biyan kökündən hazırlanan lakritsa maddəsi texniki və müalicəvi (sinə xəstəliklərinin müalicəsində istifadə olunurdu) əhəmiyyətə malik idi. Dəmir yolu çəkiləndən sonra ona tələbat və maraq artdı. Yunan təbəələri Xrussaki və Gizi qardaşları 1886 ildə Ləkidə zavod tikdilər. Biyan kökü zavodda qurudulur, preslənir və xaricə ixrac edilirdi. 1890 ildə Urkard tərəfindən Göyçay qəz.-ın Ucar stansiyasında, 1894 ildə isə ingilis təbəəsi İosif Bliss tərəfi ndən Kürdəmirdə biyan zavodları tikildi. İ.Bliss həmin il Gəncə stansiyasında da belə bir zavod tikdirdi. Dəmir yolu boyu tikilən bu kapitalist müəssisələrində 280-300 nəfər fəhlə çalışırdı. İldə orta hesabla 650-700 min manat xalis gəlir götürülürdü. Lakin 1890 illərin ortalarında Suriyada zəngin biyan kökü bitkisi aşkar edildikdən sonra xarici kapital öz fəaliyyətini oraya yönəltdi. Azərb.-da onun istehsalı dayandı” [12, s. 292].
XIX əsrin 80-ci illərinin məlumatına görə, Göyçay qəz.-dakı torpaqların 87%-i (343 073 desyatin), 1916-1917 illərdə isə 82,7%-i (334 463 desyatin) dövlət xəzinə torpaqları idi. Əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. XIX əsrin 80-ci illərinin ortalarında Göyçay qəz. əhalisinin 76,76%-ni azərbaycanlılar, 19,38%-ni ermənilər, 2,36%-ni ruslar, 1,5%-ni yəhudilər təşkil edirdi [19]. Rusiya imperiyasında ilk dəfə keçirilən 1897 il əhalinin siyahıya alınmasının nəticələrinə görə, qəza mərkəzi olan Göyçay qəsəbəsində 2 201 nəfər əhali yaşayırdı ki, bunların da 1 507 nəfəri (68,5%) azərbaycanlı, 296 nəfəri (13,4%) erməni, 190 nəfəri (8,6%) avar, 129 nəfəri (5,9%) rus, 24 nəfəri (1%) ləzgi, 15 nəfəri (0,7%) gürcü, 9 nəfəri (0,4%) ukraynalı, 7 nəfəri (0,3%) fars, 6 nəfəri (0,3%) qazı-kumuk, 6 nəfəri (0,3%) polyak, 5 nəfəri (0,2%) alman, 2 nəfəri (0,09%) tat, 1 nəfəri (0,05%) isə yəhudi idi [21].
AXC-nin göyçaylı qurucuları
AXC-nin paytaxtı Gəncədən Bakıya köçəndən sonra Göyçay qəz.-nın sosial inkişafına diqqət artırıldı. Azərb. parlamenti 1919 il noyabrın 3-də Göyçay ş.-də realnı məktəb açmaq üçün qanun qəbul etdi. Bu məqsədlə müvafi q maliyyə vəsaiti də ayrıldı. 1920 il martın 4-də Göyçay ş.-nin seldən qorunması üçün qanun layihəsi hazırlandı. Lakin AXC-nin süqutu nəzərdə tutulan bütün bu tədbirləri həyata keçirməyə imkan vermədi.
Şərqdə ilk demokratik respublika olan AXC-nin yaranması və inkişafında göyçaylı ictimai-siyasi xadimlərin, ziyalıların da mühüm rolu olub. AXC parlamentinin əsas özəyini keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Daha 36 müsəlman deputat isə keçmiş milli komitələrin xətt i ilə şəhər və qəzalardan seçilmişdi. Şəhər özünüidarəsi və milli komitələri olmayan qəzalarda deputatlar kənd icmaları nümayəndələrinin qurultayı tərəfi ndən seçilə bilərdilər. Qanunda ərazi proporsiyası müəyyənləşdirilirdi: a) Türk.-müsəlman əhalisindən Bakı – 5, Göyçay qəzası – 2, Cavad qəzası – 2, Quba qəzası – 2, Lənkəran qəzası – 2, Şamaxı qəzası – 2, Gəncə qəzası – 2, Ərəş qəzası – 2, Cavanşir qəzası – 1, Zəngəzur qəzası – 2, Qazax qəzası – 1, Cəbrayıl qəzası – 1, Nuxa qəzası – 2, Şuşa qəzası – 2, Zaqatala qəzası – 2, İrəvan quberniyasının türk.-müsəlman hissəsi – 3 və Tifl is quberniyasının türk.-müsəlman hissəsindən – 1 nəfər.
Cümhuriyyətin parlamentində təmsilçilik üçün ayrılan kvotaya görə, Göyçay qəz.-dan biri şəhərdən, biri isə qəzanın kəndlərindən olmaqla 2 millət vəkilinin təmsilçiliyi nəzərdə tutulurdu. Lakin araşdırmalar nəticəsində məlum olub ki, AXC parlamentində Göyçay qəz.-nı 4 millət vəkili təmsil edib. Bu qəzadan AXC-nin qurucuları kimi tarixə düşən şəxsiyyətlər: Sadıq bəy Hacı İsmayıl oğlu Ağabəyzadə (1865-1944), Mustafa Mahmudov (1878-1937), Rza bəy Həzrət bəy oğlu Ağabəyov, Hacı Hüseyn Əfəndiyev (1887-1920).
Parlamentdə Göyçay qəz.-na ayrılan 2 deputat yeri olduğu halda, 4 deputatın təmsil olmasının səbəbini aydınlaşdırmaq üçün kiçik bir izahata ehtiyac var. Göyçay ş.-dən Sadıq bəy Hacı İsmayıl oğlu Ağabəyzadə parlamentə seçilib, İtt ihad fraksiyasının üzvü kimi 1918 il 15 dekabrdan – 1919 il fevralın 4-nə kimi parlamentdə deputat olub. Sonradan o, daxili işlər nazirinin müavini vəzifəsi daşıdığına görə deputatlıqdan istefa verib, onun yerinə Rza bəy Ağabəyov parlamentdə Müsavat və bitərəflər fraksiyasının üzvü kimi 7 aprel 1919 – 27 aprel 1920 il tarixlərində Göyçay ş.-ni təmsil edib. Sadıq bəy Ağabəyzadə və Rza bəy Ağabəyovun eyni soydan – qədim Ağabəylilər soyadından olduğu bildirilir. Hacı Hüseyn Əfəndiyev (1887-1920) isə parlamentdə Əhrar fraksiyasının üzvü kimi 15 dekabr 1918 – 27 aprel 1920 il tarixlərində Göyçay qəz.-nı təmsil edib.
Bu deputatların hər üçü Göyçay qəz.-dan parlamentə seçilib. Mustafa Mahmudov (1878-1937) isə Zaqafqaziya Seymində Azərb.-nı təmsil edən 44 deputatdan biri kimi AXC yaranarkən parlamentin üzvü olub. 1917 ilin fevral burjua inqilabından sonra Müvəqqəti hökumətin Müəssislər Məclisinə (parlamentinə) seçkilər keçirilib və parlament formalaşdırılıb. Bolşeviklər Müəssislər Məclisini (parlamenti) tanımasalar da, azərbaycanlı, gürcü və erməni deputatlar Tifl isdə yaradılan Zaqafqaziya Komissarlığında fəaliyyət göstərirdilər. 1918 il fevralın 22-də keçirilən yığıncaqda Zaqafqaziya Komissarlığının buraxılması, yeni qanunvericilik orqanı kimi Zaqafqaziya Seyminin yaradılması və yerli hakimiyyətin bu orqana verilməsi haqda qərar qəbul edilir. 28 fevral 1918 ildə Seymin Mandat komissiyası fraksiyalar üzrə Seym üzvlərinin ən son siyahısını təsdiqləyib. Həmin siyahıya “Müsavat və Zaqafqaziya Mərkəzi Müsəlman Komitəsindən olan partiyasızlar qrupu fraksiyası”ndan cəmi 30 nəfər düşüb:
1) Cəfərov Məhəmmədyusif, 2) Topçubaşov Əlimərdan bəy, 3) Rəsulzadə Məhəmmədəmin, 4) Yusifb əyov Nəsib bəy, 5) Ağayev Həsən bəy, 6) Sultanov Xosrov bəy, 7) Məhəmmədbəyov Qazıəhməd, 8) Mahmudov Mustafa, 9) Seyidov Mirhidayət, 10) Qardaşov Aslan bəy, 11) Rüstəmbəyov Şəfi bəy, 12) Xoyski Fətəli xan, 13) Xasməhəmmədov Xəlil bəy, 14) Hacınski Məhəmmədhəsən, 15) Məlikyeqanov Cavad bəy, 16) Hacıbababəyov Mehdi bəy, 17) Axundzadə Hacı Mirzə Səlim, 18) Axıcanov Müseyib bəy, 19) Məlikaslanov Xudadad bəy, 20) Behbudov Lütfəli bəy, 21) Hacınski Mehdi bəy, 22) Köçərli Firidun bəy, 23) Mahmudbəyov Əliəsgər bəy, 24) Mikayılov Kərbəlayı Vəli, 25) Vəkilov İbrahim ağa, 26) Şahtaxtinski Həmid ağa, 27) Qulubəyov Əli bəy, 28) Vəkilov Rəhim bəy, 29) Əfəndizadə Yusif əfəndi, 30) Yusifzadə Mirzə Cəlal.
Zaqafqaziya Seymində Azərb.-nı təmsil edən 44 deputat isə kooptasiya (müvafiq orqanın qərarı ilə əlavə seçkilər keçirilmədən hər partiyanın aldığı səsin sayına müvafi q olaraq nümayəndələrin sayının artırılması) üsulu ilə formalaşdırılmışdır.
Göyçay qəz.-dan AXC parlamentində təmsil olunan 4 deputat 3 partiyanı təmsil edib. Bunlardan ikisi Müsavat, biri İtt ihad, biri isə Əhrar partiyasının üzvü olub. Bu fakt AXC dövründə çoxpartiyalılığın, demokratiyanın nəinki paytaxtda, həm də regionlarda, o cümlədən Göyçayda inkişaf etdiyini sübut edir.
Göyçay 1920-1930 illərdə
Sovet Rusiyası qoşunları tərəfi ndən 27 aprel 1920 il tarixində Bakı işğal olunduqdan az sonra regionların işğalı həyata keçirildi. XI işğalçı ordu mayın 1-də Göyçaydan keçib Nuxa və Zaqatala tərəfə irəlilədi. Ağsu-Göyçay r-nunda hərəkət edən XI ordu hissələri mayın əvvəllərində Nuxanı, mayın 11-də Zaqatalanı tutdu [1, s.243, 245].
Aprel işğalından dərhal sonra sovet rejimi kütləvi repressiyalara başladı. 1921-1922 illərdə Azərb.-ın Türkiyədə hərbi att aşesi vəzifəsində işləyən Ə.Ələsgərov “Azərbaycan faciəsi” memuarında yazırdı: “Azərbaycanda 1920 ilin aprelindən 1921 ilin avqustuna kimi 48 min adam qırmızı terrorun qurbanı olmuşdur ki, bunların da böyük bir hissəsi ziyalıların payına düşür” [12, s.35; 13, 6 aprel 1991 il].
Bolşeviklərin erməni daşnaklarla birlikdə müsəlman əhaliyə qarşı törətdikləri 1918 ilin mart soyqırımı və 1920 ilin aprel işğalından dərhal sonra həyata keçirdiyi repressiyalar Azərb. əhalisinin sayının kəskin şəkildə azalmasına səbəb oldu. Əgər 1917 ildə Azərb.-da 2 mln 353,7 min əhali var idisə, 1920 ildə 1 mln 952,2 min nəfər olub, başqa sözlə, 401,5 min nəfər azalıb [12, s.442]. Azərb.-ın strateji cəhətdən əlverişli ərazilərindən biri olan Göyçayın əhalisinin də sayı məlum hadisələrlə əlaqədar azalaraq 1926 ildə 4 281 nəfər oldu [16].
Bakıda təqiblər, Azərb. Demokratik Respublikası liderlərinin, görkəmli nümayəndələrinin, digər partiyaların, siyasi qrupların və cərəyanların rəhbərlərinin, Azərb. ordusunun, müdafiə nazirliyinin xadimlərinin həbsi baş verdi. Onların bir çoxu Nargin adasında güllələndi, bəziləri Rusiyanın müxtəlif həbs düşərgələrinə göndərildi. Bütün bunlar Azərb. İnqilab Komitəsinin icazəsi olmadan, millətçi rus şovinistlərinin və erməni daşnaklarının başçılıq etdikləri XI ordunun xüsusi şöbəsi tərəfi ndən özbaşınalıqla edilirdi. Daşnak terrorçuları 1920-1921 illərdə F.Xoyskini və H.Ağayevi Tiflisdə, Behbudağa Cavanşiri isə Malta adasında vəhşicəsinə qətlə yetirdilər. General Süleyman Sulkeviç, hökumət üzvləri – X.Rəfi bəyov, İ.Ziyadxanov, tanınmış pedaqoq və alim F.Köçərli, professor Zimin və başqaları aradan götürüldü. Bir fərziyyəyə görə, Nəsib bəy Usubbəyov Azərb.-ın Gürcüstanla sərhədini keçərkən qarətçi quldurlar tərəfi ndən öldürülmüşdü [12, s.34].
1920 ilin mayında bolşeviklərin Azərb.-nı işğalından sonra M.Ə.Rəsulzadə təqib olunur, əvvəl Bakıda – Ramanada gizlənir, sonra isə Göyçay qəz.-nın Lahıc k.-nə gedərək orada bir müddət yaşayır. Burada özünün məşhur “Əsrimizin Səyavuşu” əsərini yazır. 1920 ilin 17 avqustunda Göyçay qəz.-nın Qaraməryəm k.-də bolşeviklər onu həbs edib Bakıya gətirirlər [10, s.29].
AXC qurucularından biri olan göyçaylı general Sadıq bəy Ağabəyov çətinliklə də olsa bu dəhşətli vəziyyətdə mühacirətə gedərək repressiyalardan canını qurtardı.
İşğaldan sonra Azərb.-ın 114,5 min kv.km ərazisinin 29.338,2 kv.km-i itirilib, başqa sözlə Ermənistan və Gürcüstana hədiyyə edilib. Konkret olaraq Ermənistana – İrəvan (qalan hissəsi) 3.100,2 kv.km, Zəngəzur (çox hissəsi) 5.115,4 kv.km, Qazax (dağlıq hissəsi) 2.980,3 kv.km, Dərələyəz 1.583,8 kv.km, Gürcüstana – Borçalı (bir hissəsi) 5.161,4 kv.km, Sıqnax 6.832,6 kv.km və digər ərazilər (4.564,6 kv.km) verilib [12, s.42,44]. Bu siyasət sonrakı illərdə də davam etdirilərək 1929 il fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Cəbrayıl qəz.-nın üç kəndi – Nüvədi, Ernəzur və Tuğut, Naxçıvan MSSR-in isə 657 kv.km ərazisi olan 9 kəndi öz torpaqları ilə birlikdə Ermənistan SSR-ə verilib. 1930 ildə isə Əldərə, Lehvəz və Astazur k.-ləri də Ermənistan SSR-ə verilib və həmin ərazidə Mehri r-nu yaradılaraq Naxçıvan MSSR ilə Azərb. arasında 45 km-lik bir məsafə yaradılıb [11, s.115; 12, s.44-45].
Sovet hakimiyyəti illərində təqib və repressiyalarla, yerli əhalinin əmlakını müsadirə etməklə yanaşı, insanları haqqı ödənilməyən müxtəlif işlər görməyə də məcbur edirdilər. Məsələn, 1921 ildən etibarən Mingəçevirdən Salyana qədər Kürün sol sahilində bənd qurmaq işində Göyçay, Ağdam, Ağdaş, Şamaxı və Salyan qəz.-larının k.-lərindən 5 min kəndli iştirak etmişdi [1, s.294].
Azərb.-da aprel işğalından dərhal sonra sovet hakimiyyətinə qarşı Gəncədə (25-31 may 1920), Qarabağda (5-15 iyun 1920), Zaqatalada (9-20 iyun 1920) və s. ərazilərdə baş verən xalq üsyanları Azərb. xalqının sovet rejimini qəbul etmədiyini sübut edir [1, s.256-257; 12, s.44].
1920 il dekabr ayının ortalarında üsyançılar Astara, Girdəni, Şahağacı və Pensəri yaşayış məntəqələrində sovet hakimiyyətini devirdilər. l921 ilin yayında qəz.-nın Astara hissəsində yenidən üsyan baş verdi. Xəzər dənizi hərbi qüvvələrinin köməyi ilə oktyabrın 5-də bu üsyan da yatırıldı. Bu üsyanlardan başqa, Nuxa qəz.-dakı Hüseyn Əfəndinin başçılığı ilə üsyan, Əsədulla bəyin başçılığı altında Şuşa qəz.-da, Adil bəyin başçılığı altında Kürdüstanda, Şamxor, Zaqatala, Salyan, Qazax və başqa yerlərdə müqavimət hərəkatları da baş verdi. Nuxa qəz.-dakı üsyana başçılıq edən Hüseyn Əfəndinin Göyçayda, Ağdaşda, başqa qəz.-larda olan dəstələri də sovet rejiminə qarşı mübarizə aparıb [4; 11, s.57; 12, s.46-47].
Göyçay qəz.-da sovet hakimiyyəti əleyinə baş verən üsyanlar haqqında hələlik ətrafl ı məlumat olmasa da, əldə etdiyimiz bəzi faktlar 1920-1923 illərdə Göyçayda sovet rejiminə qarşı güclü üsyanın olduğunu təsdiq edir. Məsələn, 1923 il yanvar ayının 1-dən 1924 il yanvarın 1-dək (Az.ÇK.-nın (Azərb. Föfqəladə Komissiyası) Kollegiya İclasının materiallarına əsasən) güllələnən 89 nəfərin siyahısında Göyçay üsyanında iştirak edən Sultanov Ağa bəy Səlim bəy oğlunun adı var. Gələcəkdə tədqiqatlar bu istiqamətdə davam etdirilərsə, çox güman ki, yeni məlumatlar əldə edilə, tariximizin bu səhifəsini ağ ləkələrdən təmizləyə bilərik [9].
Azərb.-ın mühacir mətbuatı olan “Odlu Yurd” (“Birinci-kanun”, dekabr 1929, №10) jurnalında cap olunan məqalədə sovet hakimiyyətinə qarşı digər bölgələrdə baş verən üsyanlarla yanaşı, Göyçay üsyanı haqqında da məlumat verilib: “Millətimizin bu müqaviməti 1926 sənəsinə qədər davam etmiş və bolşeviklərin kəndi statistiklərinə görə, bu müddət zərfində 60-a qədər müsəlləh üsyan vaqe olmuşdur ki, ən mühümləri Gəncə üsyanı, Ağdam-Qarabağ üsyanı, Lənkəran üsyanı, Səlyan-Muğan üsyanı, Şəki-Zaqatala üsyanı, Göyçay üsyanı, Kürdəmir üsyanı və s.-dir. Bunların bir qismi həftələrlə, bir qismi aylarla, Lənkəran üsyanı isə illərlə davam etmişdir. 1926 sənəsinin sonlarına qədər Bakının “Qobustan” və “Daşlar” namilə (adı ilə) məruf (məlum) partizan hərəkatından maəda (başqa, əlavə), Lənkəran, Qazax, Göyçay, Zaqatala, Qarabağ, Gəncə və Quba dağları ilə Muğan və Səlyan steplərində 9 ildən bəri davam
edən mücadiləsində inad göstərən müsəlləh müqavimətlər nəticəsində nə qədər qurban verilmişdir!” [15, 23 sentyabr 2017 il].
Bəzi məlumatlara görə, Azərb.-da sovet hakimiyyəti əleyhinə 1923 ilə qədər 53, 1941 ilə qədər isə 200-ə qədər irili-xırdalı üsyan və silahlı çıxış baş verib [13, 30 oktyabr 1990 il].
M.Ə.Rəsulzadə kommunist rejiminə qarşı baş verən üsyanlar haqqında deyib: “Bütün milli müəssisələr bağlanılır, milli ordu dağıdılır, ziyalılar öldürülür, …sinfi mübarizə alovlandırılır, ictimai nifrət qızışdırılır, qardaş qardaşa qarşı təhrik edilir, bir sözlə, məmləkət sovetləşirdi. Bütün bunlarla bərabər, milli müqavimət davam edirdi və Azərbaycanın hər tərəfi ndə qanlı hadisələr olurdu” [8, s.92].
1929 ilin yazında zorakılıqla əhalidən taxıl yığımı sovet hakimiyyətinə qarşı qiyamları daha
da artırıb. Bu il ərzində SSRİ üzrə 1 300 kəndli qiyamları qeydə alınıb [17, s.232].
Sovet rejiminə qarşı Azərb.-ın digər bölgələrində olduğu kimi, Göyçay qəz.-da da mübarizə kəskin gedirdi. Bu mübarizəyə aid yazılan dəyərli əsərlərdən biri Paşa Yaqubun “Cəlil bəy” kitabıdır [7]. Kitabda müəllif Göyçay tarixinə qısa ekskurs edib, Cəlil bəyin (1886-1930) həyat və fəaliyyəti haqqında məlumat verib. Kitabda həmçinin 1922 ildə Göyçayda sovet hakimiyyəti tərəfi ndən müsadirə olunan 20 yaşayış evinin, 10 karvansaranın, 61 şərikli mülk sahibinin siyahısı qeyd olunub.
Göyçay qəz.-da 1922 ildə müsadirə olunan mülklərin siyahısı: 1. Həmid və Hacı İslam Hacı Məmməd oğulları (xəstəxanaya verilib); 2.Naslednikov Mustafa bəy (Rüstəmbəyov); 3.Hacı Mir Tacəddin Mir Həşimov (hərbi komissarlıq və fəhlə itt ifaqına verilib); 4.Məmməd-İsmayıl bəy Səlimbəyov; 5.Hacı Mir Zeynal Məstanzadə; 6.Məmməd bəy və Rəhim bəy Ağabəyovlar (komxoza verilib); 7.Hacı Məmməd Həsənov və Mirzə Məmmədov (poçta verilib); 8.Ağəli, Əbülfəz və Əbülqasım Əsgərovlar; 9.Hacı Əliqulu Zeynalov (milis idarəsinə verilib); 10.Abdul-Əhəd Musayev (türməyə verilib); 11.Səlim Hacı Cəfər oğlu Kərimov; 12.Xəlil Xəlilov (inispektor dəftərxanası); 13.Zari xanım Qocayeva (fəhlə klubu); 14.Umud bəy Dəmir bəy oğlu Mirabov (yataqxana); 15.Aleksandr Kuzmiç Uedinov (aqrar məntəqənin bağı); 16.Naslednikov Arşaka Minaeviça Belubekova (Qrenajnaya stansiya); 17.Tofi q Hacı Hüseyn oğlu Əfəndiyev; 18.Hacı Mirtağı Mirhəşimov (elektrik stansiyası); 19.Əliməmməd Əliyev; 20.Həzrət bəy və Rəhim bəy Ağabəyovlar (uşaq evinə verilib).
Karvansaralar: 1.Heydər Kərimov; 2.Kərbəlayi Səftər Hacı Hüseyn oğlu; 3.Hacı Zeynal və Hacı Məcid İsmayılovlar; 4.Ağaisa, Firudin və Ağamusa Ağayevlər; 5.Həzrət bəy və Rəhim bəy Ağabəyovlar; 6.Eynulla və Məcid Əliyevlər; 7.Məşədi Məmmədağa Zeynalov; 8.Ağakərim Kərimov və Əbülfəz Əsgərov; 9.Seyid Hüseynov və Mir Səmədov; 10.Əlisgəndər Sultanov.
Hamam: Ağabəyovlar.
Şərikli mülklər: 1.Mir Hüseyn Mir Səmədov; 2.Məşədi Əbülfəz Əsgərov; 3.Ağakərim Kərimov; 4.Məşədi Məmmədağa Zeynalov; 5.Məşədi Yusif Kərimov; 6.Mixail Baqdanoviç Nazarov; 7.Əliheydər Musayev; 8.Məşədi Əli; 9.Həsən Həsən oğlu; 10.Hacı Əsəd Hacı Kərim oğlu; 11.Məşədi Mehti İsmailov; 12.Ağabəyovlar; 13.Əlibaba Sədi oğlu; 14.Rəsul bəy Sultanov; 15.Tofi q Hacı Hüseyn oğlu Əfəndiyev; 16.Hacı Mahmud Əfəndiyev; 17.Kərim Mikailzadə; 18.Məşədi Həşim Cəbrailov; 19.Rza bəy Mirabov və Cəfər bəy Cəbrailov; 20.Nəsrəddin Kərimov; 21.Sədrəddin Süleymanov; 22.Hacı Həmid Həmzə oğlu; 23.Seriy Terkasparov; 24.Kazandar Babalı oğlu; 25.Cəlil Cahangir oğlu və Məmməd Hacı Qubad oğlu – 17 ədəd; 26.Hacı Ömər bəy İbrahimbəyov; 27.Cəfər bəy Cəfəralıbəyov; 28.Ağamusa Hacı Məmməd oğlu; 29.Hacı Zeynal İsmayılov; 30.İsmayıl Novruz oğlu; 31.Veysəl Hacı İslam oğlu və Həmid Həmid oğlu; 32.Hacı Baba Abdullayev; 33.Qəzənfər Yusif oğlu; 34.Cəfər bəy Cəfəralıbəyov və Rza bəy Mirabov; 35.Məmməd İsmail bəy Səlimbəyov; 36.Abduləsəd Musayev; 37.Məmmədbağır Məmmədov; 38.Ağamirzə Məmmədov; 39.Əlihəsən Məmmədov; 40.Hacı Mir Hüseyn Hacı Mir Ələsgər oğlu; 41.Əlimövsüm Musayev; 42.Mir Mövsüm Mir Abutalıb oğlu; 43.Məşədi Əhəd Hacı Mustafa oğlu; 44.Məşədi Məmmədəli Musayev; 45.Məmmədmehti Hacı Məmmədalı oğlu; 46.Molla Abduləli Axund Molla Mustafa oğlu; 47.Seyfəddin Xəlil oğlu; 48.Əhməd Hacı Nəbi oğlu; 49.Məşədi Ağabala Hacı Allahverdi oğlu; 50.Məmmədbağır Məmmədov; 51.Aleksandra Melik Alaxverdiyeva; 52.Ağəli Rəsul Məmmədov; 53.Ağalar Məmmədov; 54.Hacı Məmmədhəsən Məmmədov; 55.Əlisgəndər Sultanov; 56.Hacı Daşdəmirov; 57.Məşədi Məmmədağa Zeynalov; 58.Məcid və Eynulla Əliyevlər; 59.Heydər Kərimov; 60.Kərbəlayi Səftər Hacı Hüseyn oğlu; 61.Məşədi Əliqulu Musayev və s.
Araşdırmalar nəticəsində məlum olub ki, 1920-1938 illər ərzində Göyçay r-nu ərazisində mülkləri zorla əllərindən alınan minlərlə insan güllələnib, yaxud Sibirə sürgün olunublar [7, s.105-109].
Cəlil bəy Cahangir oğlu – 1880 ildə Bakı quberniyasının Göyçay qəz.-nın Qubadlı Şıxlı k.-də doğulub. Babası Hacı Qubad əslən Borçalı mahalının Şıxlı k.-dən olmaqla nəsilləri oradan əvvəlcə Qazaxın Şıxlı k.-nə, bir müddət burada yaşadıqdan sonra oradan da Göyçayın Mallı-Şıxlı k.-nə köçüblər. Daha sonra (XIX əsrin ikinci yarısında) isə indiki Qubadlı Şıxlı k.-nə köçərək burada məskunlaşıblar. Arxiv məlumatlarından görünür ki, 1831 ildə Köçəri Şıxlı k.-də ümumi əhalinin sayı 614 nəfər (qadınlarla birlikdə) olmaqla həmin il kənddən 194 rubl 70 qəpik torpaq vergisi yığılıb. Köçəri Şıxlı k. əhalisinin istifadəsində 2 625 baş iribuynuzlu heyvan olub [7, s.10-11].
Cəlil bəy 1918 ilin iyununda erməni-bolşevik ordusuna qarşı baş verən Göyçay döyüşlərində Qafqaz İslam Ordusuna və Milli Orduya yaxından köməklik edib, Qafqaz İslam Ordusunun ərzaq tələbatını və s. ehtiyaclarını qarşılamaq üçün H.Z.Tağıyev tərəfi ndən keçirilən xeyriyyə kampaniyasına qoşularaq 10 kq qızıl və 20 baş atı etibarlı bir adamı ilə təşkilatçılara göndərib. Həmin hadisələr vaxtı Cəlil bəyin əmisi Hacı Qubadın oğlu Abdulqəfər də erməni-bolşevik ordusuna qarşı döyüşlərdə qəhrəmanlıqla həlak olub [7, s.17].
Sovet hakimiyyəti illərində Cəlil bəy və ona yaxın insanlara qarşı təzyiqlər gücləndirilib və onlar repressiyalara məruz qalıblar. Arxivdə saxlanılan istintaq sənədlərinin bəziləri Göyçayda baş verənlər barədə müəyyən təəssürat yaratmağa imkan verir.
1930 il 14 fevralda Göyçay ş.-də Şirvan mahalının I nahiyə müstəntiqi Bağırovun Cəlil bəyi ittiham etdiyi sənəddə qeyd olunur: “1929 ilin mart ayında Qubadlı Şıxlı k.-də kollektiv təsərrüfatı təşkil olunur. İbtidai təşkilatda kolxoza 16 nəfər üzv yazılır. 10-11 ay davam edən həmin kolxozun bir nəfər də olsun üzvü artmayaraq öz əvvəlki formasında qalır. Mütt əhimlər Cəlil və Cahangir həddən ziyadə nüfuzlu və əqrəbalı olduqlarından, həm də çar və Müsavat hökumətləri dövründə camaatın bağrını yardıqları üçün onların gücünü bilib əks-təbliğatlarını daha da gücləndirmişlər. Cəlil öz kəndçisi İbad Canı oğluna demişdir ki: “Bugün-sabah bu soyğunçu hökumət sənin iki mitilin varsa, onu da əlindən alasıdır”. Əlavə, Əli Niftalı oğluna deyirmiş ki: “Bu hökumət müvəqqətidir, gəlin sizə kəl, kotan, torpaq verim, gedin əkin, becərin, kolxoza yazılmayın”. Namət Məhəmməd oğluna demişdir ki: “Kolxoz-molxoz nədir? Bu
hökumət gedəcək. Müvəqqəti bir şeydir. Bizim başlı adamlarımız başqa hökumətlərə gediblər, oradan adam gətirib bu hökuməti qovacaqlar”.
Hökumət tərəfi ndən kəndçilərdən tələb olunan vahid vergiləri, həmçinin dəyirman vergisini verməyərək, acıqla dəyirman daşlarını maliyyə şöbəsinə gətirərək vergi əvəzinə verməyə çalışmışdır. Buna görə məhkəmə ona 6 ay iş kəsmişdir. Şübhəsiz, Cəlilin bu cür hərəkəti onu sübut edir ki, məzqur (varlı, qolçomaq) hökumətin sərəncam və qərarlarına boyun əymək istəmirmiş. Bunların hamısından keçdikdən sonra, bu keçən yayda Cəlil oğlanları vasitəsi ilə Məhəmmədəminin tayasını yandırmışdır. Cəlilin keçmişinə gəlincə, məzqur həddən ziyadə dövlətli, kulak və istismarçıdır. Onun sürü ilə atı, minlərlə qoyunu, Göyçayda karvansarası və motor dəyirmanı, evləri və neçə desyatin ilə əkin torpaqları olmuşdur. Şübhəsiz, belə bir şəxs ki, keçmişə nisbətən malı, dövləti, torpaqları və hakimiyyəti əlindən çıxmasından bir dəqiqə də olsun Şura hökumətinin xətt hərəkətindən ziddiyyət törətməsindən geri durmaz və kənddəki hökumət siyasətlərinə qarşı çıxardı.
Müttəhimlər Cəlil və Cahangir özlərini həmin işdə müqəssir saymayaraq bəraət qazanmaq üçün göstərirlər: “Həmin bu işi onların əleyhinə düzüb-qoşan Ulaşlı Şıxlı kənd sakini Mahmud Nuh oğlu olmuşdur. Fəqət göstərdiklərində isə sübutlu bir şey yoxdur” [7, s.24-29].
Göyçay ş.-də Şirvan mahal məhkəməsinin 1930 il 19-21 fevralda keçirilən açıq iclasının çıxardığı hökm: “Cəlil Cahangir oğlunun uzun müddət aktiv surətdə Şura hökumətinin zəifləməsinə və devrilməsinə çalışdığını, çar zamanından kulak və istismarçı olub da proletar sinfinin fəal düşməni olmaqla əvvəllər mühakimə olunmasını, sosializm quruluşuna yaramadığını nəzərə alaraq, Cinayət Məcəlləsinin 6, 10, 50, 52-ci maddələrinə, Mülki Məcəlləyə əsaslanaraq, digər tərəfdən Cahangir Cəlil oğlunun yuxarıdakı cinayətlərdə iştirakı atası Cəlilə nisbətən az olmasını, birinci dəfə mühakimə olunmasını, gələcəkdə onun islah edilə biləcəyini nəzərə alaraq və Cinayət Məcəlləsinin 57-ci maddəsinə əsaslanaraq məhkəmə qət edir:
1.Cahangir Cəlil oğlu Cinayət Məcəlləsinin 72-ci maddəsinin II b bəndi üzrə 6 (altı) il müddətinə şədid (şiddətli, sərt, çox ağır) təcridli azadlıqdan məhrum edilsin. Əmvalının (malının) hamısı hökumət nəfi nə (xeyrinə) müsadirə edilsin. Cəzasını bitirdikdən sonra Şirvan mahalından Azərbaycanın başqa bir mahalına 3 (üç) il müddətinə sürgün edilsin. Cinayət Məcəlləsinin 32-ci maddəsinə əsasən, həbsdə olduğu müddət cəzasından çıxılsın. Yəni cəzası 1930 sənə 22 yanvardan etibarən hesab edilsin.
2.Cəlil Cahangir oğlu Cinayət Məcəlləsinin 72-ci maddəsinin II bəndi üzrə ən ağır cəzaya
məhkum edilsin, yəni güllələnsin və əmvalının hamısı hökumət nəfi nə müsadirə edilsin”.
Göyçayın Şəkili k.-dən olan Mirzalı bəyin oğlu Niftalı bəy kömək üçün həmin vaxt Azərb. Mərkəzi İcraiyyə Komitəsinin sədri vəzifəsində işləyən yaxın dostu Sultanməcid Əfəndiyevə (1887-1938) müraciət edərək Cəlil Cahangir oğlunun ölüm hökmünün 10 il işlə əvəzlənməsinə nail olur. Lakin həbsxanada olarkən oğlu Cahangirin ölüm xəbərini alan Cəlil bəy bu dərdə dözməyərək 1930 ildə ürək xəstəliyindən həbsxanadaca vəfat edir [7, s.76].
Azərb.-dakı kəndli üsyanları mühacirət mətbuatında da önəmli yer tutub. Xüsusən “Bildiriş” qəzetinin əksər sayında hərəkat və onun liderləri haqqında müntəzəm məlumat verilib, mühacir Mirzəbala Məhəmmədzadə “Azərbaycanda kəndli hərəkatı” adlı silsilə məqalələr yazıb. Qəzetin 1930 ildə çap olunan 13-cü sayında sovet rejiminə qarşı üsyançılara yaxından köməklik edən qəhrəman azərbaycanlı qadınlardan bəhs olunur. Onların sırasında Göyçay qəz.-nın qadınları da olub. Məqalədə deyilir: “Gəncə, Qarabağ, Şəki, Ağdaş, Göyçay və Muğan vilayətlərində hərəkət edən partizanlara ərzaq və cəbbəxana daşımaqda itt iham edilən 200-dən çox Azərb. qadını rus qırmızı ordu komandanlığı tərəfindən həbs edilərək Şimali Rusiyaya sürgün ediliblər. Sürgün edilən qadınlar arasında 16-17 yaşlı gənc qızlar, qoca və hamilə qadınlar da vardır” [5].
Hələlik yazılı mənbələrdə rast gəlinməyən, lakin şifahi tarixə əsaslanan məlumatlara görə, sovet hakimiyyətinin elliklə kollektivləşmə siyasətinə qarşı Göyçay qəzasında Məhəmməd Həsən oğlu Xəlilovun başçılığı ilə Qaraməryəm üsyanı (noyabr 1930 il – noyabr 1931 il) baş verib. Təxminən bir il davam edən üsyan Göyçay qəz.-nın mərkəzi ilə yanaşı, Ucar, Zərdab, Kürdəmir və digər əraziləri də əhatə edib. Bu ərazilərdə rejimə qarşı mübarizə aparan dəstələr fəaliyyət göstərib. Üsyançılar qeyri-bərabər döyüşləri üzün müddət davam etdirə bilmədiklərinə görə 1931 ilin noyabrında keçirilən əməliyyat nəticəsində məğlubiyyətə uğradılar. Sovet qoşunları üsyançılara qarşı xüsusi qəddarlıq, amansızlıq nümayiş etdirdiyindən üsyançıların bir hissəsi Araz çayını keçərək Cənubi Azərb.-a gedib repressiyalardan canlarını qurtara bildilər.
Göyçay qəz.-da sovet rejiminə qarşı mübarizə haqqında müasir dövrdə nəşr olunan kitablarla yanaşı, sovet tarixşünaslığında da çoxlu sayda məlumatlara rast gəlmək olur. Sovet dövründə nəşr olunan “Azərbaycan tarixi”nin 3-cü cildində aşağıdakı məlumatlar fərqli şəkildə qeyd olunub: “1923-1924 illərdə beynəlxalq vəziyyətin xüsusilə kəskinləşdiyi zaman əksinqilabçı ünsürlər öz antisovet işlərini gücləndirdilər. Azərb.-ın bəzi r-nlarında silahlı qolçomaq quldur dəstələri fəaliyyət göstərməkdə davam edirdi. 1923 ilin fevral ayında Kürdəmir və Göyçay r-nlarında panislamisitlər tərəfi ndən təşkil edilmiş belə bir quldur dəstəsi çıxış etdi” [1, s.324].
“1927 ildə Sovetlərə seçkilər kəskin sinfi mübarizə şəraitində keçirildi. Qazax, Quba, Göyçay, Lənkəran, Qaryagin qəz.-larının bəzi kəndlərində qolçomaqlar seçki komissiyalarına daxil ola bilmişlər” [1, s.357].
ÜİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin 1929 ilin dekabrında qəbul etdiyi qərar səhv idi. Bu qərar əsasında AK(b)P MK.-nın dekabr plenumu (1929 il) bir sıra digər ərazilərlə yanaşı, Göyçay qəz.-nın Ucar ( Şirvan okruqu) dairələrində 1930 ilin yaz əkini kampaniyasına kimi elliklə kollektivləşmənin başa çatdırılması haqqında qərar çıxardı. 1930 ilin əvvəllərində Şirvan okruqunun Ucar dairəsində beş kolxozçu və bir komsomolçu qolçomaqlar tərəfi ndən qətlə yetirilib [1, s.386, 390].
Təkcə 1931 ilin birinci yarısında qolçomaqlar tərəfi ndən kolxoz hərəkatına qarşı 830 hadisə törədilib. 1931 ildə Ağdaş r-nunun Piraza k.-də Zaqafqaziya və Azərb. hökumətinin üzvü, Azərb. su idarəsinin rəisi Hüsü Hacıyev, Göyçay r-nunun Mollakənd k.-də kolxoz sədri T.Həsənov öldürülmüşdür [1, s.408].
AK(b)P MK.-nın elliklə kollektivləşməyə keçməklə əlaqədar qolçomaqların bir sinif kimi ləğv edilməsi haqqında 23 fevral 1930 il tarixli qərarı ilə Azərb.-ın digər bölgələrində olduğu kimi Şirvan, Göyçay, Ucar və s. ərazilərdə qolçomaqlar kütləvi şəkildə məhv edilirdi. 1934 il sovetlərin hesabat kampaniyası dövründə Dəvəçi, Göyçay və Xaçmaz r-nlarında sovet fəalları öldürülmüşdür [6].
Sovet dövrünə aid faktların çox az hissəsi görülən işin tənqidinə əsaslanırdı ki, bunlar da məqsədli, siyasi xarakter daşıyırdı. Məsələn, Göyçayda kolxozların yaradılmasında yol verilmiş nöqsanlara aid faktların birində qeyd olunur ki, 1931 ilin əvvəllərində Göyçay r-nunun 6 yaşayış məntəqəsində 21 kolxoz var idi ki, bunların da çoxu qohumluq əlamətinə görə təşkil olunmuşdu [1, s.410].
Sovet tarixşünaslığında Göyçayın tarixi ilə bağlı obyektivlikdən uzaq, reallığı əks etdirməyən fərqli faktlara, əsasən, dinc quruculuq, savadsızlığın ləğvi, kollektivləşmənin k.-lərə yaratdığı firavan həyat və s. məsələlərə daha çox yer verilib. Məsələn, 1920 illərin əvvəllərində ərzaq sapalağı vasitəsilə k.-lərin əllərindən ərzağın zorla alındığı bir dövrdə şəhərin kəndə hamiliyi kimi saxta bir hərəkat sovet tarixşünaslığında təbliğ olunurdu. 1921 ilin martından yeni iqtisadi siyasətə keçilməsinə baxmayaraq, Azərb. k.-də vəziyyətin ağır olduğu bir vaxtda Suraxanı neftçilərinin Göyçay qəz.-na hamiliyinin təbliği reallığı əks etdirmir. Sovet tarixşünaslığında qeyd olunur ki, 1923 ilin iyun ayından 1924 ilin aprel ayınadək Bakı fəhlələri kəndə 230 nümayəndə göndəriblər. Onlar kənd təsərrüfatı avadanlıqlarının təmirinə kömək edir, zəhmətkeş kəndliləri qolçomaqlara qarşı mübarizə üçün təşkil edirdilər. 1929 ilin avqust ayından 1930 ilin aprel ayınadək Bakıdan kəndə 3 300-dən çox fəhlə göndərilib [1, s.339, 388].
Bu kimi faktlar sübut edir ki, Bakıdan sovet rejiminin k.-lərə fəhlələri göndərməsi, əsasən, kənd əhalisi arasında qarşıdurmanı təşkil etmək, vətəndaş müharibəsi üçün zəmin yaratmaq və ərzaq dəstələri vasitəsilə müsəlman kəndlilərin əlindən ərzağın zorla alınaraq beynəlmiləl tərkibli Bakıya aparılması məqsədi daşıyıb.
Dövlət müstəqilliyinin bərpasından sonra nəşr olunan “Azərbaycan tarixi” kitablarında Göyçayın 1920-1930 illərdəki vəziyyətinə dair aşağıdakı məlumatlar verilib: 1930 ildə Göyçay və Alpoutda traktorçular, Prişibdə isə kombaynçılar məktəbi təşkil edildi. Bir il ərzində bu məktəblərdə 490 traktorçu, 219 briqadir, 34 mexanik, 34 tornaçı briqadir və 34 kombaynçı hazırlanıb [2, s.324]. 1930 ilin oktyabrında Xalq Maarif Komissarlığı tərəfi ndən Göyçayda savadsızlığın ləğv edilməsi işində çalışan müəllimlər üçün kurslar təşkil edildi [2, s.337].
Malyariya xəstəliyi də traxoma kimi 1920 illərdə Azərb.-da geniş yayılmışdı. Malyariya ilə mübarizəyə operativ rəhbərlik Səhiyyə Komissarlığına və Tropik İnstitutuna (1931) həvalə edildi. Yevlax, Ləki, Ucar, Kürdəmir kimi malyariya ocaqlarına xüsusi diqqət verilirdi. Eyni zamanda yeddi malyariya rayonu ayrıldı ki, bunlardan biri də Şirvan rayonu idi [2, s.431].
1940 ildə həyata keçirilən səhiyyədə “Göyçay hərəkatı” adlı bir tədbirin təmizlik və sağlamlığın inkişafına xeyli kömək etdiyi vurğulanır.
1930 illərin sonlarında ölkə daxilində repressiyalar pik həddə çatdığı bir zamanda sovet rejiminin tələblərinə uyğun olaraq Azərb. əhalisi Avropa ölkələrində həbsxanalarda olan kommunust yönümlü siyasi dustaqlara kömək aksiyaları keçiriblər. BİKT (Beynəlxalq İnqilabçılara Kömək Təşkilatı) adlı qurum tərəfi ndən həyata keçirilən bu tədbirlərdə respublikanın digər rayon sakinləri kimi göyçaylılar da fəal iştirak edirdilər.
1940 il martın 8-də Beynəlxalq İnqilabçılara Kömək Təşkilatı “Kapitalın dustaqlarına köməyi gücləndirmək haqqında” xüsusi qərar qəbul etdi. Qərar barədə məlumat alan Göyçay r-n zəhmətkeşləri bildirdilər ki, onlar yeni qüvvə ilə xarici siyasi dustaqlara kömək edəcəklər. Təkcə 1941 ildə Azərb. BİKT xarici siyasi dustaqlara kömək üçün 136 min manat könüllü ianə yığdı, Azərb. dilində ədəbiyyat nəşr etdirdi [2, s.440]. (Zülfüqarlı M. “Göyçay tarixi”. Bakı, 2022, s.173-186).
Mənbə:
1.“Azərbaycan tarixi. Üç cilddə. Birinci hissə”. Bakı, 1973, 548 s.
2.“Azərbaycan tarixi. Yeddi cilddə. VI cild (aprel 1920 – iyun 1941)”, Bakı, 2008, 568 səh. + 48 səh. illüstrasiya
3.Anar. “Unudulmuş yazıçı – aydınlarımız”, ”Ədəbiyyat” qəzeti, 10.12.2019
4.Bayramova R.M. “Azərbaycan rəhbərliyində ixtilafl ar və daxili siyasi çəkişmələr (1920-1925-ci
illər)”, Bakı, 2007
5.Dilqəm Əhməd. “Ruslara qarşı vuruşan partizanlar – Azərbaycanda kəndli üsyanları” – htt p://
teleqraf.com/news/toplum/146243.html
6.Məmmədov N.Z. “Sovet hakimiyyətinin səhv siyasətinə qarşı genişlənən kəndli hərəkatı (1920-
1930-cu illər)”, “Bakı Universitetinin xəbərləri”, 2014, №2, s.50-57
7.Paşa Yaqub. “Cəlil bəy”, Bakı, 2015, 120 s.
8.Rəsulzadə M.Ə. “Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi”, Bakı, 1991, 110 s.
9.“Yaddaşın bərpası”, “Sərhəd” qəzetinin xüsusi buraxılışı, №1, 1999
10.Yaqublu N. “Məhəmməd Əmin Rəsulzdə Ensiklopediyası”. Bakı, 2013, 504 s.
11.Zülfüqarlı M. “Tarixşünaslıq (1920-1991-ci illər). Azərbaycan tarixi. Dərslik”. Bakı, 2017, 486 s.
12.Zülfüqarlı M. “İkinci Respublikanın tarixi (1920-1991-ci illər)”, Bakı, 2020, 310 s.
13.“Tarix” qəzeti
14.http://azyb.az/index.php/repression/post/29
15.“525-ci qəzet”
Rus dilində
16.«Всесоюзная перепись населения 1926 г., Геокчайский уезд» – http://www.demoscope.ru/weekly/ssp/ussr_26_b.php?reg=66 17. «Страницы истории советского общества. Факты, проблемы, люди», Москва, Политиздат, 1989, 447 с.
II Dünya müharibəsində göyçaylıların iştirakı
Azərb. tarixinin ən gərgin və ziddiyyətli dövrlərindən biri də 61 ölkəni, Yer kürəsi əhalisinin 80 faizini özünə cəlb edən İkinci Dünya müharibəsi, onun tərkib hissəsi olan, 1 418 gün davam edən və 20 milyondan artıq sovet vətəndaşının tələfatı ilə nəticələnən Böyük Vətən müharibəsi dövrüdür [6, s.162].
II Dünya müharibəsi illərində göyçaylılar da böyük rəşadət göstərib, faşizm üzərində qələbənin qazanılmasına həm döyüşən orduda, həm də arxa cəbhədə öz töhfələrini veriblər. Göyçay r-ndan 6 000-dən çox insan Böyük Vətən müharibəsində iştirak edib, onlardan təxminən yarısı geri qayıtmayıb [8].
Müharibə illərində azərbaycanlıların ən çox həlak olduğu döyüşlərdən biri Krım yarımadasının Kerç ərazisində baş verib. Müharibənin ilk illərində Azərbayanın kənd rayonlarından, o cümlədən Göyçaydan səfərbərliyə alınan, əksəriyyəti rus dilini bilməyən gənclərin heç bir döyüş hazırlığı keçmədən birbaşa ön cəbhəyə, o cümlədən Krımın müdafi əsinə göndərilməsi onların faciəsi ilə nəticələnib. Göyçaydan orduya səfərbər edilən əsgərlərin əksəriyyəti azərbaycanlılardan təşkil olunan milli diviziyaların tərkibində Krım yarımadasında gedən qanlı döyüşlərdə iştirak edibdir.
Azərbaycanda 1941 ilin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942 ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabr aylarında isə 271-ci diviziyalar təşkil olundu. 1941 ilin dekabr ayında Krımın müdafiəsində iştirak edən, Ağ Manay rayonundakı döyüşlərdə şəxsi heyətinin bir hissəsini itirən 77-ci diviziya da 1942 ilin mayında yenidən respublikada komplektləşdirildi [1, s.9].
416-cı diviziya Göyçay və Ucar ərazisində formalaşdırılıb. 1943 il avqustun 17-də 416-cı diviziya Taqanroq istiqamətində başlayan hücumlarda iştirak etdi, avqustun 30-da isə 28-ci ordunun tərkibində Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərərək “Taqanroq diviziyası” fəxri adını aldı [2, s.15-17].
1944 il aprel ayının 9-da 416-cı diviziya Odessa ş.-nin düşməndən azad edilməsində fəal iştirakına görə II dərəcəli “Suvorov” ordeni ilə təltif edildi.
Əvvəlki illərdə II Dünya müharibəsində iştirak edən şəxslər, o cümlədən göyçaylı döyüşçülər haqqında məlumat əldə etmək çətin olsa da, hazırda bu problem nisbətən həll olunub. Göyçaydan döyüşən orduya 6 000 nəfər göndərilsə də, onların qəhrəmanlıqları haqqında yazılı ədəbiyyatda müəyyən məlumatlar olsa da, əksəriyyəti haqqında məlumat əldə etmək çox çətindir. Rusiya Federasiyası müdafi ə nazirinin “Qızıl Ordu və Hərbi-Dəniz Donanmasının Böyük Vətən müharibəsi dövrünə aid arxiv sənədlərinin məxfilikdən çıxarılması haqqında” 8 may 2007 il tarixili 181 saylı əmri tədqiqatçıların bu sahədə işlərini nisbətən yüngülləşdirib. Bu əmrə 30 may 2009 ildə dəyişikliyin edilməsi, Rusiya Federasiyası Müdafiə Nazirliyi və
ELAR Korporasiyası tərəfindən 1939-1945 illər II Dünya müharibəsi və Böyük Vətən müharibəsinə aid sənədləri geniş əhatə edən “pamyat-naroda.ru” internet-portalının yaradılması, digər döyüşçülər kimi, göyçaylı qəhrəmanlar haqqında da məlumatlar əldə etməyə imkan verib. “Pamyat-naroda.ru” saytı vasitəsilə həm barələrində yazılı ədəbiyyatda müəyyən məlumatlar olan göyçaylı döyüşçülər, həm də bu günə qədər, ümumiyyətlə, heç bir yerdə adı yazılmayan döyüşçülərin bəziləri haqqında məlumat əldə etmək mümkün olub. Hər bir şəxs müharibədə iştirak edən döyüşçünün adı, atasının adı və soyadını yazmaqla az da olsa məlumat əldə etmək imkanına malikdir. Deməli, Göyçaydan II Dünya müharibəsi cəbhələrinə göndərilən 6000 döyüşçünün adı dəqiqləşərsə, həmin arxiv sənədləri əsasında onlar haqqında ayrıca kitab tərtib etmək olar. Biz məhz bundan istifadə edərək Göyçaydan döyüşən orduya göndərilən qəhrəmanlarımızın bəziləri haqqında sizlərə ilk dəfə olaraq qısa da olsa məlumat təqdim etmək imkanına malik olduq.
Azərb.-da müharibə dövründə dəmiryol, hava və su nəqiliyyatı ilə yanaşı, şose yollarının da salınması və bərpasına xüsusi fi kir veriliridi. 1941–1945 illərdə qara çınqıldan örtük salınan 919 km yol istismara verildi ki, bunların arasında Göyçaydan keçən Bakı–Şamaxı–Gəncə–Ağstafa–Qazax–Qırmızı körpü-Gürcüstan sərhədinədək olan yol da var idi. Bu dövrdə Kür çayı, Əlincəçay, Qumbaşı, Pensərçay və digər yerlərdə salınan iri körpülərlə yanaşı, Göyçay çayı üzərində də iri metal və dəmir-beton körpülər tikilib. Bu da Bakı–Şamaxı–Gəncə–Ağstafa–Qazax–Qırmızı körpü–Gürcüstan magistral yolunun işləməsinə şərait yaradıb [3, s.15-17].
Böyük Vətən müharibəsi dövründə göyçaylıların arxa cəbhədə fədakarlığı, azad edilən ərazilərə onların qardaş köməyinə aid “Bakinski raboçi” qəzeti ayrıca məqalə həsr edib. Qəzetin 2 aprel 1943 il tarixli 627-ci nömrəsində “Kolxozda azad edilmiş rayonlara qardaşlıq köməyi günü” adlı Göyçay r-ndan məlumat-yazıda deyilir: “Stalinqrada hitlerçi işğalçılar şiddətli hücuma başlayanda Lenin adına kənd təsərrüfatı artelinin kolxozçuları qəhrəmanlara kömək etməyə can ataraq Volqa qalasının müdafi əçilərinə kömək üçün öz aralarında “Stalinqradın müdafiəsi günü” təşkil etdilər. Kolxozçular tərəfindən həmin gün əldə edilmiş bütün məhsullar Qırmızı Ordunun fonduna köçürüldü. İndi vətənpərvər kolxozçular həmin təşəbbüsə uyğun olaraq “Alman-faşist işğalından azad edilmiş rayonlara Qardaş Yardımı Günü” təşkil etdilər. Həmin gün bütün kolxozçular xüsusi ruh yüksəkliyi ilə işləyirdilər. Staxanovçular – Mirzəliyev, Qarayeva, Muradov və başqaları normaları xeyli artıqlaması ilə yerinə yetirərək 2,5-3 iş günü normasını yerinə yetirdilər. Ümumilikdə bu gün kolxozçular 165 iş günü normasını yerinə yetirdilər ki, bu da 6 500 rubldan çox vəsait əldə edilməsi demək idi. Lakin kolxozçular bununla da kifayətlənmədilər. Onlar işğaldan azad edilmiş ərazilərə qardaş yardımı fonduna vermək üçün plandan artıq 3 hektar pambıq və bir hektar darı əkmək qərarına gəldilər. Buna qədər isə kolxozçular bu fonda 4 qoyun, 320 kq taxıl və 160-a yaxın müxtəlif məişət əşyaları təhvil vermişdilər” [1, s. 270;12].
Faktlar sübut edir ki, Azərb.-ın digər bölgələrinin əhalisi kimi Göyçay əhalisi də II Dünya müharibəsi dövründə həm ön cəbhədə, həm də arxa cəbhədə fədakarlıqlar göstərib, faşizm üzərində qələbəyə öz layiqli töhfəsini verib. Göyçayda Böyük Vətən müharibəsi iştirakçıları daim ehtiramla yad edilir. Onların xatirəsini əbədiləşdirmək üçün Göyçay şəhərində 1941–1945 illərdə Böyük Vətən müharibəsində həlak olan göyçaylıların xatirə abidəsi, Şəhadət, Çərəkə, Xəlitli, Alpout, Yeniarx, Məlikkənd, Müskürlü, Mallı-Şıxlı, Qaraməryəm, Ləkçıplaq və Çayarxı k.-lərində 1941–1945 illərdə həlak olanların xatirə abidələri ucaldılıb.
Mənbə:
1.“Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər)”, Bakı, 2008
2.“Azərbaycan 1941–1945-ci illər Böyük Vətən müharibəsində: biblioqrafi ya”. Kitab 1 (Azərbaycan
dilində), Bakı, 2020
3.Hüseyn İ. “Azərbaycanın yol tarixi. II kitab”, Bakı, 1995, s.51
4.Nəzirli Ş. “Krım dəftəri”, Bakı, 2004
5.“Bünyadov Ziya Musa oğlu. Biblioqrafi ya”, Bakı, 2004
6.Zülfüqarlı M. “Tarixşünaslıq (1920-1991-ci illər). Azərbaycan tarixi. Dərslik”, Bakı, 2017
7.Zülfüqarlı M. “İkinci Respublikanın tarixi (1920-1991-ci illər)”. Bakı, 2020
8.“Azərtac”, 10.05.2012
9.“Kommunist” qəzeti, 04.10.1944
Rus dilində:
10.«Азербайджанская ССР в период Великой Отечественной войны (1941–1945 гг.), В 2 т. Т.
II, Сб. док. и материалов», Баку, 1977, 277 с.
11.Алиева С. «Азербайджанцы в годы Великой Отечественной войны 1941–1945 года на Cеверном Кавказе», “От Античности к Возрождению. Материалы IX Дзагуровских чтений. Cборник трудов кафедры истории стран Европы и Америки. Вып. IX”, Махачкала, 2010 г., с.92-94
12.«Бакинский рабочий», 02.04.1943 г.
13.«Герои Советского Союза – сыны Азербайджана», Баку, 1963 г., с.188
14.Гусейнов А. «Мужество как знамя пронесли», «Aзербайджанский Конгресс», 08.05.2008, № 17-18 (68)
15.pamyat-naroda.ru
Göyçay 1945-1960 illərdə
II Dünya müharibəsi SSRİ-nin, o cümlədən Azərb. SSR-in iqtisadiyyatına ağır zərbə vurdu. Müharibə dövründə Azərb.-da sənaye istehsalının əsas göstəriciləri kəskin surətdə aşağı düşdü. Sənayenin ümumi məhsulu 1940 illə müqayisədə 22 faiz aşağı endi. 1945 ildə 1940 ilə nisbətən neft hasilatı təqribən yarıbayarı, pambıq istehsalı 154 min tondan 65 min tona, barama istehsalı 2 384 tondan 1 615 tona qədər azaldı. Müharibə dövründə texniki bitki məhsullarının xeyli azalması nəticəsində istehlak malları istehsalı kəskin surətdə aşağı düşdü. 1940 ildən 1946 ilədək iribuynuzlu mal-qaranın sayı 1382 min başdan 1203,5 minə endi. Kənd təsərrüfatının maddi-texniki bazası xeyli zəifl ədi. Əhalinin sayında da kəskin azalma baş verdi. Azərb. əhalisi 1940 ildə 3304,1 min nəfər olduğu halda, 1945 ildə onun sayı 17,65 faiz azalıb. Müharibə ölkənin əmək ehtiyatlarının istifadəsinə də mənfi təsir göstərdi. Azərb.-ın xalq təsərrüfatında fəhlə və qulluqçuların sayı 1940 ilin oktyabrında 456 min olduğu halda, 1945 ilin sentyabrında 396 min nəfərə qədər azalıb.
Sovet dövründə, 1947-1952 illərdə qiymətlərin beş dəfə aşağı salınması çox geniş təbliğ olunsa da, reallığı əks etdirən alternativ faktlar da mövcuddur. Məsələn, arxiv sənədlərində deyilir: “Qiymətləri 300 faiz artırır, 30 faiz aşağı salır və bütün dünyaya hay-küy salırlar”, – “Bu qiymət aşağı salma məsələsi ilə bizi idarə edənlər xalqı öz tərəfi nə çəkmək istəyir. Bu, alverçilərin tədbiridir”. “Bu qiymət aşağı salma mənə nə verir? Malların qiyməti qramla, əməkhaqqı isə kiloqramla aşağı salınır” və s.
Azərb.-da 1945-1953 illərdə baş verən bir sıra mühüm hadisələr digər regionlar kimi Göyçayın da həyatına bu və ya digər şəkildə təsir edir. Bunlardan xalq təsərrüfatının dinc dövrün tələblərinə uyğun qurulmasının başa çatdırılması (1946), yeni sənaye şəhərlərinin inşa edilməsi (1946-1949), kartoçka sisteminin ləğv edilməsi (sentyabr 1947 il), SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərb. SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etməsi (23 dekabr 1947 il), azərbaycanlıların Ermənistandan köçürülməsinə dair SSRİ Nazirlər Kabinetinin daha bir qərar qəbul etməsi (10 mart 1948 il), İ.Stalinin ölümü (5 mart 1953 il) və digər hadisələri göstərmək olar.
SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947 il tarixli qərarı ilə Ermənistandan Azərbaycana köçürülən əhali, əsasən, onların Ermənistanda yaşadıqları r-nların iqlim şəraitinə uyğun olmayan Zərdab, Əlibayramlı (Şirvan), Kürdəmir, Göyçay, Mirbəşir (Tərtər), Salyan, İmişli, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Saatlı r-nlarında yerləşdirildilər ki, onların da bir qismi yoluxucu xəstəliklərə düçar olaraq tələf oldu. Köçürülənlər üçün yeni mənzillər tikilib istifadəyə verilmədiyindən onlar, əsasən, ictimai binalarda, yararsız tikililərdə, anbarlarda, tövlələrdə, yerli əhalini sıxışdırmaq yolu ilə onların mənzillərində yerləşdirildi. 1948-1950 illərdə Ermənistandan köçürülən 8 110 ailədən yalnız 3 232-si yaşayış evləri ilə təmin olundu. 1950 ildə köçürülənlər üçün 3 500 ev tikmək qərara alınsa da, 470 ev tikildi. Yalnız 1 488 köçkün ailəsi həyətyanı təsərrüfat sahəsi ilə təmin olundu. 1951 ildə köçkünlər üçün 5 000 yaşayış evinin tikintisi planlaşdırılsa da, cəmisi 3 074 ev tikilib istifadəyə verildi. 1952 ildə Ermənistan SSR-dən Kür-Araz ovalığına 600 təsərrüfatın köçürülməsi haqqında qərar qəbul olunub.
1949 ildə Ermənistandan Azərbaycanın Saatlı, Göyçay, Mirbəşir (Tərtər), İmişli, Əli Bayramlı, Zərdab, Salyan, Kürdəmir, Xaldan, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Gədəbəy və Bərdə rayonlarına 15 276 adam köçürüldü.
Azərbaycanlıların Ermənistandan digər rayonlarla yanaşı, Göyçaya köçürülməsi r-nda yeni “İrəvanlılar” məhəlləsinin meydana gəlməsinə səbəb oldu. İrəvanlılar adlı məhəllə qonşu Ucar r-nda da var. Yerli əhali vəziyyətinin ağır olmasına baxmayaraq, öz ata-baba yurdlarından zorla köçürülən soydaşlarına hər cür yardım göstərir, onların sosial problemlərinin həllində dövlət qurumları ilə birlikdə yaxından iştirak edirdilər.
Göyçayın mikrotoponim sisteminə r-n ərazisində qeydə alınan ümumilikdə 51 küçə və 184 məhəllənin adları daxildir. Şəhərdəki əsas məhəllə adları bunlardır: Türkmanlar (məhəlləsi), Qurdlar (məhəlləsi), Yeravanlılar (İrəvanlılar) (məhəlləsi), Salyanstroy (məhəlləsi), Cuhudlar (məhəlləsi), Əlbətlilər (məhəlləsi), Dəyirmanın başı (məhəlləsi), Qastronomun tini (məhəlləsi).
Müharibədən sonra Göyçayın SSRİ Müdafi ə Nazirliyinin Baş Qərargahı tərəfi ndən Məxfi Topoqrafi k Xəritəsi hazırlanıb.
1946 ilin sonunda Layihə-Axtarış İdarəsinin 217 nəfərdən ibarət işçisi Azərb.-ın digər bölgələri ilə yanaşı, Türyançay və Göyçay üzərində hidroqovşağın layihə-axtarış işlərinin görülməsinə başladı. Mingəçevir hidroqovşağı tikildikdən sonra, Yuxarı Şirvan kanalının 1959 ildə istismara verilməsi ilə Şirvan düzündə 112 min ha suvarılan sahə bitkilərin su tələbatına uyğun olaraq su ilə təmin olundu. Bundan sonra Kür çayının axını nizamlandığına görə aşağı hissələrdə baş verə biləcək daşqınların qarşısı alındı və məhsuldar əkin sahələrinin suvarılması mümkün oldu. Mingəçevir dəryaçası yarandıqdan və tikintisi mümkün olan Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının istismara verilməsi ilə Qarabağ, Mil, Muğan və Şirvan düzlərində 234 min ha sahə su tələbatına müvafi q suvarma suyu ilə təmin edilib.
Yuxarı Şirvan kanalı suyu Xanabat bəndindəki baş qurğudan alır. Su qəbul edilən yerdə kanalın dib yüksəkliyi 65,33 m-dir. Anbardan baş qurğuya su nəql edən kanalın uzunluğu 2,9 km-dir. Yuxarı Şirvan kanalı Şirvan düzündə, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Ağsu, Kürdəmir və Hacıqabul r-nlarının ərazisindəki əkinəyararlı torpaq sahələrini suvarma suyu ilə təmin edəcəkdi.
Baş Şirvan kollektorunun tikintisinə 1960 ildə başlanıb və 1964 ildə istismara verilib. Kollektorun uzunluğu 216 km-dir. Yuxarı Şirvan kanalının istifadəyə verilməsi ilə kanalın keçdiyi digər ərazilərlə yanaşı, Göyçay ərazisində də kənd təsərrüfatının daha sürətli inkişafı üçün münbit şərait yarandı.
Ümummilli lider Heydər Əliyevin Göyçaya qayğısı
Ümummilli lider Heydər Əliyev Azərb.-na rəhbərlik etdiyi 1969-1982 illərdə Göyçay r-nunun iqtisadi inkişafına yaxından köməklik edib, Göyçayda çoxmərtəbəli yaşayış evləri, yaraşıqlı məktəb binaları, uşaq bağçaları, mədəniyyət evi, çörək zavodu, nar emalı zavodu kimi nəhəng sənaye obyektlərinin inşasına diqqət göstəribdir. Resp.-da hakimiyyətinin birinci dövründə (1969-1982) Heydər Əliyev üç dəfə – 1972, 1978, 1981 illərdə Göyçay r-na səfər edib və hər gəlişində rayonun çox ciddi problemlərinin, taleyüklü məsələlərin həllinə yaxından köməklik edib.
Heydər Əliyev 1972 ildə “S.Vurğun” kolxozunda, 1978 ildə “Şirvan” və “Engels” kolxozlarında, 1981 ildə isə Bığır və İnçə k.-lərində olub. Bundan sonra onun göstərişi ilə 75 çarpayılıq xəstəxana tikilib. Ümummilli lider Heydər Əliyev 1972 ildə Göyçay ş.-ni sel sularından mühafizə edən bəndin tikintisinə, 1978 ildə r-nda olarkən Törə və Çərmədil dağlarında əkinəyararlı torpaqların suvarma suyu ilə təminatı probleminin həll edilməsi üçün lazımi göstərişlər verib. Qısa müddət ərzində 800 ha torpaq sahəsi r-nun əkin dövriyyəsinə daxil edilib. Bundan başqa, 1982 ildə Göyçay r-nda olarkən rayon sakinləri həyətyanı torpaq sahələrində becərdikləri nar məhsulunun dövlət tərəfi ndən qəbulu, tədarükü və emalı üçün rayonda yeni müəssisə yaradılmasını xahiş edir, həmin ildə də Heydər Əliyevin sərəncamı ilə rayonda nar emalı zavodunun tikintisinə başlanılır və qısa müddət ərzində istifadəyə verilməsi təmin olunur.
Göyçayda Heydər Əliyevin tapşırığı və ardıcıl diqqəti sayəsində Göyçay çayı üzərində resp.-mız üçün strateji, r-n üçün həyati təminatlı yeni körpü tikilib. Məhz Heydər Əliyevin köməkliyi nəticəsində Göyçay çayında sahilbərkitmə və seldən mühafi zə məqsədilə 7 m hündürlüyündə, 252 m uzunluğunda beton bənd çəkilib. Bu, sahil boyunca yaşayan 200 nəfərdən artıq ailənin ev və həyətyanı torpaq sahələrinin sel sularından dağılmaq təhlükəsini aradan qaldırıb.
Heydər Əliyevin Göyçaya etdiyi səfəri əks etdirən eksponatlar rayonun Tarix-Diyarşünaslıq Muzeyində və Heydər Əliyev Mərkəzində saxlanılır.
Göyçay müasir dövrdə
Azərb. Resp. Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının inzibati-ərazi vahidlərinə aid hazırladığı sənədin 80-81-ci səhifələrində Göyçaya aid aşağıdakı məlumat verilib:
Yaranma tarixi – 08.08.1930; ərazisi – 0,74 min kv.km; əhalinin sayı – 123,795 min nəfər (1 yanvar 2023 il); əhalinin sıxlığı – 1 kv.km 164 nəfər (1 yanvar 2020 il); şəhər – 1, kəndlərin sayı – 55, Göyçay r-nu ilə Bakı arasında olan məsafə – 226 km. Göyçay r-nu Azərb. Resp.-sının mərkəzində, Şirvan düzünün şm. hissəsində, Böyük Qafqaz dağlarının ətəklərində yerləşir. R-n şm.-dan c.-ba təxminən 25 km, ş.-dən q.-ə isə 40 km uzanaraq 736 kv.km sahəni əhatə edir. R-nun tərkibinə 1 şəhər, 55 kənd daxildir. Bakı-Qazax magistral yolunun 216 km-də, Ucar dəmir yolu stansiyasından 18 km məsafədə yerləşir. Göyçay r-nu şm.-ş.-də İsmayıllı, c.-ş.-də Kürdəmir, c.-da Ucar və q.-də Ağdaş r-nu ilə həmsərhəddir. Mərkəzi Göyçay ş.-dir.
Rayona Göyçay şəhəri və Potu, Ulaşlı Şıxlı, Hüngütlü, Kürd, Yeniarx, Hacıağabəyli, Xalidli, Müskürlü, Qəbələ-Müskürlü, Mallı-Şıxlı, Ərəbşahverdi, Şəhadət, Qarabağlar, Mirzəhüseynli, Birinci Ərəbcəbirli, İkinci Ərəbcəbirli, Çərəkə, Cəyirli, Qubadlı-Şıxlı, Kürdəmiş, Türkmən, Qızılağac, Şəkili, Mollahacılı, Məlikkənd, Şıxbəy, Şıxmir, Kürdşaban, Yenikənd, Çaxırlı, Ləkçıplaq, Qaraman, Yalman, Mırtı, Alıkənd, Qaraxıdır, Şəkər, Veysəlli, Alpout, Bəydövül, İnçə, Aşağı Qaraməryəm, Dövranlı, Alxasova, Şahsoltanlı, Yekəxana, Qaraməryəm, Qarayazı, Bığır, Qarabaqqal, Cəyirli, Hacalıkənd, Çayarxı, Cırkürd, Çərəcə kəndləri daxildir.
Göyçay çayı dərəsinin və Cəyirli k.-nin yaxınlığında tikintidə istifadə olunan çaydaşı, çınqıl, qum çıxarılır. Bundan başqa, r-nun Qarabaqqal k.-nin ərazisində zəngin gil yataqları vardır ki, bundan da yüksək keyfi yyətli kərpic hazırlanır. Göyçay r-nunun iqlimi yayı quru keçən mülayim-isti, yarımsəhra və quru subtropik iqlim tipinə aiddir. Bu iqlim tipi zəif nəmliyi, mülayim qışı və isti-quru yayı ilə səciyyələnir. İllik yağıntının miqdarı 400-600 mm-dir. R-nda kənd təsərrüfatının əsasını taxılçılıq, pambıqçılıq, heyvandarlıq, baramaçılıq və meyvəçilik təşkil edir. Kənd təsərrüfatına yararlı torpaqlar 44 171 ha-dır, bundan 24 403 ha suvarılan torpaqlardır. Kənd təsərrüfatına yararlı torpaqların 23 478 ha əkin, 4 700 ha bağ, 16 686 ha örüş torpaqlarıdır. R-n ərazisindəki torpaqların 28 078 ha xüsusi mülkiyyətdə, 35 397 ha bələdiyyə
mülkiyyətində, 4 777 ha isə dövlət mülkiyyətindədir.
R-nda 1930 ildən “Göyçay” qəzeti fəaliyyət göstərir. Qəzet ayda bir dəfə dərc olunur. R-n radio verilişləri redaksiyası 1974 ildən fəaliyyət göstərir. 30 dəqiqə çəkən verilişlər həftədə 2 gün verilir.
Göyçay r-nu Ucar dəmir yolu stansiyasından 18 km məsafədə yerləşir. R-nun ərazisindən aşağıdakı avtomobil yolları keçir: Bakı-Qazax yolu – uzunluğu 45 km, II kateqoriyalı; Müsüslü stansiyasına giriş avtomobil yolu – 21 km, III kateqoriyalı; Bərgüşad stansiyasına giriş avtomobil yolu – 16 km, III kateqoriyalı; Ucar stansiyasına giriş avtomobil yolu – 15 km, III kateqoriyalı.
Göyçay r-n İcra Hakimiyyətinin verdiyi məlumata görə, 1 yanvar 2023 il tarixinə r-n əhalisinin sayı 123 795 nəfər olmuşdur. Əhalinin ümumi sayından 37 380 nəfəri (30,2%) şəhər, 86 415 nəfəri (69,8%) 25 kənd inzibati ərazi dairəsinin 55 kəndində yaşayır. R-nun ərazisi 0,74 min kv.km-dir.
Göyçayda 10 mədəniyyət evi, o cümlədən 1 rayon mədəniyyət mərkəzi və 9 kənd mədəniyyət evi, 7 kənd klubu, 37 kitabxana, o cümlədən 1 rayon Mərkəzi Kitabxanası, 2 şəhər və 34 kənd kitabxana filialı, Heydər Əliyev Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Xalq şairi R.Rzanın ev-muzeyi, Uşaq Musiqi Məktəbi fəaliyyət göstərir.
Sovet İttifaqının dağılması ilə digər respublikalarla iqtisadi ələqələrin qırılması rayonun iri sənaye müəssisələrinin fəaliyyətinin müvəqqəti dayanması ilə nəticələnib. R-nda sənaye müəssisələrinin işləməməsi, kolxozların ləğv edilib yerində yeni təsərrüfat formalarının yaradılmaması işsizliyin səviyyəsini daha da yüksəldib. 80-ci illərin axırı – 90-cı illərin əvvəllərində olan bu böhranlı vəziyyət digər r-nlar kimi Göyçay r-nunda da Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin ikinci dövründə (1993-2003 illər) tədricən aradan qaldırıldı. R-nda yeni istehsal sahələri yaratmaq üçün kifayət qədər yerli xammal ehtiyatları vardır. Belə ki, r-nda hələ keçən əsrin əvvəllərində yerli gil xammalından yüksək keyfiyyətli örtük materialı – kirəmit istehsal olunurdu. Daha müasir texnoloji avadanlıqlar tətbiq etməklə
şiddətli şaxtalara, doluya, həmçinin radiasiyaya qarşı davamlı dam örtüyü istehsalını bərpa etmək imkanları vardır. Yerli gildən həm də sanitariya qovşaqları üçün avadanlıqlar, tüstü boruları üçün boşluqlu kərpiclər, saxsı su boruları istehsal etmək olar. Rayonun mövcud emal müəssisələrində yeyinti sənayesinin ən müxtəlif sahələrini inkişaf etdirmək üçün real şərait vardır [10].
“Göyçay-Süd” Açıq Tipli Səhmdar Cəmiyyətinin istehsal etdiyi süd məhsulları resp.-nın paytaxtı Bakı ş.-nin ticarət şəbəkələrində ən rəqabətqabiliyyətli məhsullardan hesab olunur. Bu məhsullar həmçinin qonşu Gürcüstan Resp.-sına ixrac edilir. Müəssisənin istehsal etdiyi meyvə şirələri, əsasən, Rusiya, Ukrayna, Estoniya, Moldova, İsrail kimi ölkələrə göndərilir. SSRİ dövründə Sovet İttifaqının ən iri şəhərlərinə nar şirəsi göndərən Göyçay nar emalı zavodunda da hazırda intensiv yenidənqurma işləri aparılır. R-nda ətlik və yumurta istehsalı istiqamətində quşçuluğu inkişaf etdirmək üçün münbit imkanlar vardır. R-n ərazisində 528 min başlıq broyler və 45 min başlıq quşçuluq kompleksləri vardır. İstər heyvandarlıq, istərsə də quşçuluq sahəsinin yemə olan tələbatını ödəmək üçün 100 tonluq yüksək keyfi yyətli yem istehsal edən zavod vardır.
Göyçayda nar şirəsi istehsalı şirkətinin tarixi ötən əsrin 60-cı illərindən başlanır. Həmin illərdə Azərb. SSR-in Göyçay r-nda rayonlararası tədarük kontorunun bazasında konservləşdirilmiş tomat və alma şirələri istehsalı üzrə zavod yaradılıb. Zavod ilk fəaliyyətinə ənənəvi alma və pomidor şirələrinin istehsalından başlasa da, 1969 ildə xammal qismində nar və heyvadan istifadəyə üstünlük verilib. 1978 ildə Göyçay zavodunun nar şirəsi Erfrut-78 (Almaniya) və Plovdiv-86 (Bolqarıstan) beynəlxalq sərgilərində 2 qızıl medala layiq görülüb. Artıq 1984 ildə zavodun məhsulları bütün sovet respublikalarına və bəzi xarici ölkələrə ixrac edilirdi. SSRİ-nin dağılması, iqtisadi böhran və istehsalın azalması Göyçay zavoduna da təsir edir. Lakin 2006 ildən başlayaraq göyçaylı iş adamı F.Əhmədovun rəhbərliyi ilə “AzNar” zavodu yenidən bərpa edildi, baxımsız qalan və qırılan bağların yerində yeni nar bağları salındı. Görülən işlərin
nəticəsində 2008 ildə Rusiyada “Grante” nar şirəsi “Bioloji cəhətdən təhlükəsiz məhsul” sertifikatını aldı. Bundan əlavə, Göyçayın “Grante” nar şirəsi 2009-2010 illərdə mötəbər beynəlxalq müsabiqələrdə aşağıdakı mükafatlara layiq görülüb:
1.“Qida məhsulları ekspozisiyası (“Продэкспо”) – 2009” 16-cı beynəlxalq qida məhsulları, içkilər və onların istehsalı üçün xammal sərgisində 3 qızıl medal.
2.“Bütün qida aləmi/WorldFood Moscow 2009”, “İlin məhsulu – 2009” 18-ci beynəlxalq qida və içki məhsulları sərgisinin dequstasiya müsabiqəsində “Qran-pri”.
3.“Ən gözəl məhsul – 2009” beynəlxalq müsabiqəsində qızıl medal.
4.“Продэкспо-2009” müsabiqəsində “Məhsulun tərkibində innovasiya” qızıl medalı, yüksək istehlak xassələrinə görə birinci dərəcəli diplom və “keyfi yyətə görə” qızıl medal.
5.Alma şirəsi “Продэкспо-2010” 17-ci beynəlxalq qida məhsulları, içkilər və onların istehsalı üçün xammal sərgisinin “Ən yaxşı məhsul” beynəlxalq müsabiqəsinin laureatı olur, Qran-pri alır.
6.Heyva şirəsi “WorldFood Moscow” sərgisi çərçivəsində “İlin məhsulu – 2010” beynəlxalq peşəkar qida və içki məhsulları müsabiqəsinin laureatı kimi “Qran-pri” alır. Brend “Grante” öz çeşidini genişləndirir. İndi istehlakçılar ağ və qırmızı üzüm şirəsi, həmçinin nar-üzüm və alma-üzüm qarışığı içmək imkanı əldə ediblər.
2011 ildə zavod Azərb.-dan başlanan istehsal coğrafi yasını üç müxtəlif saat qurşaqlarında yerləşən ölkələrə qədər genişləndirib və “Grante” məhsul brendinin tərkibinə yeni meyvə-giləmeyvə nektar və şirələr cərgəsini daxil edir. Malın keyfiyyətinə əvvəlki kimi ciddi nəzarət edilir, istehsal məhsulları isə sağlamlıq üçün ekoloji cəhətdən təhlükəsiz olan şüşələrdə
qablaşdırılır. Artıq 2013 ildən “Grante” şirələri bütün dünyada təmsil olunur: məmulat Rusiya Federasiyası, Macarıstan, Çexiya, Belarus, Polşa, ABŞ, Kanada, İsrail, Avstraliya və Yeni Zellandiya kimi ölkələrdə satılır [11].
Göyçayda 27 sentyabr 2019 il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Azərb.-ın 8 r-nunda nar istehsalı ilə məşğul olan 220-yə yaxın fermerin iştirak etdiyi “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif r-nların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və dövlət aqrar inkişaf mərkəzlərinin direktorları, elmi-tədqiqat institutlarının nümayəndələrinin iştirak etdiyi müşavirədə qeyd olundu ki, son illər Göyçay r-nunda 1 000 ha sahədə yeni nar bağları salınıb. Resp.-da tədarük olunan nar məhsulunun 20%-i Göyçayın payına düşür. Ötən il Göyçayda 31 min 103 ton nar istehsal edilib ki, nəticədə fermerlərimiz nar istehsalından 20 mln manat vəsait əldə edib. Hər il r-numuzda nar festivalının keçirilməsi bu gəlirli sahənin inkişafına öz töhfəsini verir”.
Müşavirədə həmçinin göstərilib ki, Azərb. nar müxtəlifl iyi və nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Resp.-da “Çəhrayı gülöyşə”, “Bala Mürsəl”, “Azərbaycan gülöyşəsi”, “Nazik qabıq”, “Vələs”, “İri gilə” və s. sortlar becərilir. Hazırda narın əkin sahəsi təxminən 23 min ha, nar istehsalı 155 min tona çatdırılıb. Nar istehsalına görə hər hektardan məhsuldarlıq təxminən 7 ton təşkil edir. Gələcəkdə məhsuldarlığı hər hektardan 15 tona çatdırmaq nəzərdə tutulur [12].
Göyçay “AzNar” zavodu istehsalı ildən-ilə artırır, əldə etdiyi nailiyyətləri daha da inkişaf etdirir. Zavodun kollektivi 2012 ildə “Mənim Göyçayım. Narım sərvətimdir” ümumrespublika yaradıcılıq müsabiqəsinin keçirilməsinə sponsor dəstəyi göstərib, 2015 ildə Göyçay ş.-də televiziya qülləsinin bərpa işlərini maliyyələşdirib və digər xeyriyyəçilik işlərini həyata keçirib. Bununla yanaşı kollektiv, idmanın da inkişafına yaxından köməklik göstərib. T.Əhmədov adına “AzNar” idman klubunun təşkilatçılığı ilə 2017 il mayın 6-da Göyçay ş. stadionunda ilk dəfə olaraq tanınmış peşəkar idmançıların iştirakı ilə qaydasız döyüş növləri və kontakt karate üzrə “Nar kuboku” uğrunda yarışlar təşkil edilib. Tədbirdə “AzNar” QSC-nin maliyyə dəstəyi ilə Azərbaycan Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının və “AzNar” İdman Klubunun fəaliyyət göstərməsi yüksək qiymətləndirilib. Tədbirin sonunda ölkəmizdə bir çox sahələrin inkişafına göstərdiyi dəstəyə və humanitar layihələri maliyyələşdirməsinə, yeni iş yerləri açmasına görə Rusiyada yaşayan azərbaycanlı iş adamı, “AzNar” QSC-nin sahibi F.Əhmədova Göyçay Rayon İcra Hakimiyyəti adından “Dostluq və xeyriyyəçilik” mükafatı təqdim edilib.
2017 il mayın 7-də Göyçay sakinləri daha bir idman bayramına qatılıblar. Bu dəfə r-nun yeni yaradılan “AzNar” futbol komandası Bakı Slavyan Universitetinin həvəskarlar liqasında yarışan “Slavyan” komandası ilə qarşılaşıb. Oyun Göyçay ş. stadionunda baş tutub. 7 mindən yuxarı tamaşaçının izlədiyi oyun 5:1 hesabı ilə “AzNar” komandasının xeyrinə başa çatıb.
“AzNar” müstəqilliyin bərpasından sonra Göyçayda yaradılan ilk futbol komandasıdır. Sovet dövründə r-nun “Çinar” futbol komandası ölkə çempionatında yarışsa da, sonradan fəaliyyətini dayandırıb. “AzNar” QSC-nin təşəbbüsü və dəstəyi ilə Göyçayın “AzNar” futbol komandası yaradılıb. Komandanın oyunçuları Göyçay ş.-də və r-nun kəndlərində yaşayan gənclərdən ibarətdir. Komandanın formalaşdırılması üçün r-nda bir neçə seçim mərhələsi təşkil edilib, bu seçimlərə 500-ə yaxın gənc qatılıb və onların arasından ən istedadlı, ən bacarıqlı futbolçular seçilərək komanda formalaşdırılıb. Komandanın fəaliyyəti, təlim-məşq toplantıları üçün Göyçay ş. stadionunda əsaslı təmir-bərpa işləri görülüb. Məqsəd “AzNar” komandasının
yaxın gələcəkdə peşəkarlardan ibarət ölkə çempionatına qatılmasına nail olmaqdır.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda edən Göyçay şəhidləri
Azərb.-ın Dağlıq Qarabağ bölgəsində 1988 ildən başlanan erməni separatizmi respublika ərazisinin 20%-nin Ermənistan silahlı qüvvələri tərəfi ndən işğalına səbəb oldu. Resp.-nın ərazi bütövlüyü üğrunda 1988 ildə başlayan Vətən müharibəsinin I mərhələsi (1988-1994) 1994 ilin may ayında Bişkek sazişi ilə başa çatdı. Buna baxmayaraq cəbhə bölgəsində ermənilər tərəfindən atəşkəs rejiminin tez-tez pozulması canlı qüvvə sarıdan yeni itkilərə səbəb olurdu.
2016 il aprel ayının əvvəllərində Azərb.-ın cəbhə xətt indəki mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Döyüşlər Azərb. ordusunun qələbəsi ilə nəticələndi. Tərtər r-nunun Talış k. ətrafındakı yüksəkliklər, Cəbrayıl r-nunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy r-nunun Gülüstan k. və Tərtər r-nunun Madagiz k. istiqamətində bəzi mövqelər düşməndən azad olundu.
Aprelin 4-ü Ermənistan ordusu itirilən mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin, əsasən, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xətt inə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti sayəsində düşmən məqsədinə nail ola bilmədi.
2016 il Aprel döyüşləri zamanı şəhid olan qəhrəmanlar arasında göyçaylı Teymur Qasımov da var idi. Şəhidin adını əbədiləşdirmək üçün Göyçayın mərkəzi küçələrindən birinə onun adı verilib. Həmin küçədə Teymur Qasımovun büstü qoyulub.
Erməni silahlı qüvvələri Aprel döyüşlərində böyük itkilərə məruz qaldı. 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfi n 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi.
Azərb. Milli Ordusu Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə etdi.
Birləşmiş Millətlər Təşkilatının 1993 ildə qəbul etdiyi bütün işğalçı qüvvələrin Azərb. ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə (822, 853, 874 və 884 saylı) baxmayaraq, Ermənistan işğalı davam etdirməklə beynəlxalq hüququn əsas prinsipini kobud şəkildə pozurdu. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə uzun illər aparılan danışıqların heç bir nəticə verməməsi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin 30 ilə yaxın icra olunmaması xalqın səbir kasasanı doldururdu.
2020 ilin iyul ayında Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribatı, həmin ilin avqust ayında terror aktları törətmək məqsədilə Azərb.-a diversiya qrupu göndərməsi düşmənin günü-gündən azğınlaşmasını sübut edirdi. Məlumat üçün qeyd edək ki, Tovuz r-nu Azərb.-ın mühüm nəqliyyat və enerji yollarını qlobal bazara bağlayan strateji bir bölgədir. Məsələn, Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri, Cənubi Qafqaz təbii qaz boru kəməri (SCP) və Bakı–Tbilisi–Qars (BTK) dəmir yolu Tovuz rayonundan keçir. Sərhəddə baş verən həmin toqquşmalar nəticəsində 61 fərdi yaşayış evi dağıldı və əkin sahələri məhv edildi.
2020 il sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə dünya birliyini yenidən xəbərdar etdi. 2020 il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərb. ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq Azərb. ordusu əks-hücum əməliyyatına başladı. Bununla da tariximizin ən şərəfli səhifələrindən biri – işğal olunan ərazilərin azad edilməsi ilə nəticələnən 44 günlük vətən müharibəsi (27 sentyabr – 10 noyabr 2020 il) baş verdi.
Azərb. ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. 44 gün ərzində həyata keçirilən sürətli döyüş əməliyyatları ilə Cəbrayıl ş. və rayonun 90 kəndi, Füzuli ş. və rayonun 53 kəndi, Zəngilan ş., rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd r-nunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər r-nunun 3 kəndi, Qubadlı ş. və rayonun 41 kəndi, Xocalı r-nunun 9 kəndi, Şuşa ş., Laç ın r-nunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şü kürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub. İran İslam Respublikası ilə dövlət sərhədimizin 132 km-lik hissəsi işğaldan azad edilib və orada sərhəd zastavaları qurulub.
2020 il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam r-nu, noyabrın 25-də Kəlbəcər r-nu, dekabrın 1-də Laçın r-nu Azərbaycana təhvil verilirdi. Noyabrın 10-da hərbi əməliyyatlar dayandırıldıqdan sonra Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərb.-ın suveren hüquqları tanındı, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu.
Məhərrəm Zülfüqarlı,
tarix e.d., professor,
AVCİYA-nın vitse-prezidenti