(5.4.1955, Göyçay ş.) – kimyaçı alim, kimya ü.f.d. (1990), dos.
ADNA-n (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Kimya texnologiyası fakültəsini bitirib (1977). Ali məktəbi bitirdikdən sonra AMEA-nın Aşqarlar Kimyası İnstitutunun “Mühərrik yağlarında polimer aşqarlar” laboratoriyasında əmək fəaliyyətinə başlayıb. Eyni zamanda, akad. Ə.Quliyevin və kimya e.n. M.Ağayevanın rəhbərliyi altında elmi işini davam etdirərək “Alfa-olefin oliqomerləri əsasında çoxfunksiyalı aşqarlar” dissertasiya müdafiə edib və kimya e.n. alimlik dərəcəsi alıb. 150-dək elmi əsərin müəllifidir. Hazırda AMEA Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisidir.
Əsərləri:
1. Musaeva M.A., Hamidova J.Sh. E.U.Isakov, E.I.Hasanova. Copolymer allylnaphthenate-styrene as the viscosity additive for petroleum oil. European Journal of Analytical and Applied Chemistry, Austria, Vienna, № 2, 2015, p. 28-30.
2. Гамидова Д.Ш. Способ фосфоросернения олигомеров альфа-олефинов. Международный научный институт «EDUCATIO». Ежемесячный научный журнал, № 11 (18), 2015, pp.85-87.
3. Гамидова Д.Ш., Абдуллаева Л.А., Исаков Э.У., В.С.Гасанов Вязкостные присадки на основе полистирола. Журнал прикладной химии. 2015. Т. 88. Вып. 11. С. 1602-1606.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.24