(XIX əsrin sonu, Şamaxı–XX əsrin əvvəlləri) – din xadimi.
Potu k-də vaxtilə çox böyük və elmli insanlar imamlıq etmiş, insanlara dinlərini öyrətmişdir. Bu insanlardan biri də XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayan Hacı Mehdi Axund olmuşdur. Onun əslən Şamaxıdan olduğunu və 1850 illərdə gəlib burada məskunlaşdığını deyirlər. Hacı Mehdi Axund 1915-37 illərdə həm Potu k. məscidində, həm də r-n Yuxarı məscidində axundluq etmişdir. O hər zaman insanları haqqa çağıran bir insan olmuşdur. Məscid tikdirmək istəyən insanlara belə deyərmiş: “Gedin Allah yolunda mallarınızın zəkatını verin, həcc ibadətinizi yerinə yetirin, daha sonra məscid tikdirərsiniz”.
Axundun dini əqidəsinə görə çox böyük düşmənləri olmuşdur. Baxış bəy adlı k-də yaşamış biri hər zaman axundun ölümü üçün çalışmış, amma istəyinə nail ola bilməmişdir. Allah hər zaman onu qorumuşdur. Bir dəfəsində axundu evinə qonaq çağıran Baxış bəy bir nəfərin əliylə onu öldürmək istəmişdir. Süfrəyə eyni qabda aş gətirmiş, qabın axunda düşən tərəfinə zəhər qoydurmuşdur. Axund bu davranışdan xəbərdar olaraq həmin tərəfdən yeməmiş, o hissəni həmin şəxsə tərəf çevirmişdir. Bu dəfəsində də bu insan öz arzusuna çatmamışdır.
Axundun Hadi adlı oğlu da İslam alimi olmuşdur. Hadi Qum şəhərində oxumuş, sovet hakimiyyəti illərindən sonra geri qayıda bilməyib, orada qalmışdır.
Mənbə: İ.Musayev. “Göyçay rayonundaki dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 84