(5.10.1954, Göyçay ş.) – hüquq ü.f.d., millət vəkili (2010,2015)
1954 il oktyabrın 5-də Göyçay ş.-də anadan olub. 1971 ildə orta məktəbi bitirib. 1971–76 illərdə Azərb. Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1988-91 illərdə respublika prokurorunun köməkçisi, respublika Nazirlər soveti hüquq şöbəsinin müdiri, Prezident Aparatı Dövlət hüquq şöbəsinin müdiri və Azərb. Resp. Hüquq siyasəti üzrə dövlət müşaviri vəzifələrində çalışıb. 2010 və 2015 illərdə müvafiq olaraq 4-cü 5-ci çağırış Azərb. Resp. Milli Məclisinə 88 saylı Göyçay seçki dairəsindən millət vəkili seçilib.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.50