(23.2.1930 Göyçay qəz, Alxasava k.-3.1989) – Əməkdar müəllim (1980).
İsmayılov Göyçay qəz. Alxasava k. fəhlə ailəsində anadan olub. 1949 ildə Göyçay r. Müəllimlər məktəbini bitirib. Buranı bitirdikdən sona təyinatla Zərdab r.-da müəllim kimi fəaliyyətə başlamışdır. 1959-60 dərs ilindən İnçə k. orta məktəbində müəllim işləməyə başlayıb. Əmək fəaliyyəti ilə yanaşı ali təhsilini də davam etdirib. 1962 ildə APİ-nin Riyaziyyat müəllimliyi fakültəsini bitirib. 1980 ildə Əməkdar müəllim adı verilmişdir. Ömrünün sonuna qədər, yəni 1989 ilədək həmin məktəbdə fizika-riyaziyyat fənn müəllimi kimi işləmişdir.
Məlumat B.İsmayılovun nəvələrindən alınmışdır.