(5.12.1979, Göyçay r-nunun Çərəkə k.) – iqtisadçı alim, iqtisad ü.f.d. (2013), dos. (2017), Gürcüstan Açıq Universitetinin iqtisadiyyat üzrə fəxri prof. (2018).
BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisasını bakalavr (2001) və həmin fakültənin İdarəetmənin sosiologiyası ixtisasını magistr dərəcəsində (2003) bitirib. 2009 ildən Qafqaz Universitetində İqtisadiyyatın idarə olunması fakültəsinin Biznesin təşkili və idarə olunması kafedrasında Müəssisələrin təşkili və idarə olunması ixtisası üzrə doktorantura təhsili almağa başlayıb. 2013 ildə AMEA-nın İqtisadiyyat İnstitutunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib.
Daha sonra “Gənclərin elmi araşdırmalarına dəstək” ictimai birliyində sədrin 1-ci müavini (2009-11), Qafqaz Universitetinin Magistratura və doktorantura şöbəsində müdir müavini (2011-14) və həmin universitetdə Assistentlərin fəaliyyətini koordinasiya şöbəsinin müdiri (2014-15) vəzifələrində çalışıb. Eyni zamanda Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi olub. 2015 ildən AzTU-nun tədris işləri üzrə prorektoru vəzifəsində çalışır. İsmayılov hazırda UNEC-də “Azərbaycanda istehlak bazarının dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. 40-dan çox elmi məqalə, 1 dərslik, 10 dərs proqramı, 12 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir.
Məlumat V.Abdullayevdən alınıb.