
oyk., mür. Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim Məlik şəxs adından və kənd sözündən ibarət olub, “Məlikin kəndi, Məlikə məxsus kənd” mənasındadır. Kənd vaxtilə dağılmış, sonralar yenə həmin adla yenidən bərpa olunmuşdur.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild, Bakı, “Şərq-Qərb”, 2007, s.102