(1921, Göyçay ş. – 25.7.1959, Ucar r-nu) – Böyük Vətən müharibəsi iştirakçısı.
Göyçay hərbi komissarlığı tərəfindən orduya çağırılıb. P.Məmmədovun döyüş yolu Luqansk ş.-dən başlayaraq Krasnodar, Novorossiysk, Kerç, Krım, Moldova, Rumıniya, Macarıstan, Slovakiya, Polşanın Lyublin, Lodz, Zelenaya-Qura ş.-nə qədər davam edib. 3-cü motoatıcı batalyonun bölük komandıri kimi 27 noyabr 1942 il tarixdə RF-nin Şimali Osetiya Muxtar Resp.-nın paytaxtı Orconikidze ş. (hazırda Vladiqafqaz) uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq ağır yaralanıb. Həmin döyüşdə göstərdiyi qəhrəmanlığa görə o, 10 aprel 1944 ildə “Döyüş xidmətlərinə görə” medalı ilə təltif olunub. 30 aprel 1944 ildə Sevastopol yaxınlığındakı Balaklava ş. uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. Döyüşdə göstərdiyi qəhrəmanlığa görə “İgidliyə görə” medalı ilə təltif olunub. P.Məmmədovun qardaşı Məmmədov Novruz Zülfüqar oğlu 1942 ildə Göyçay hərbi komissarlığı tərəfindən döyüşən orduya göndərilib, 92-ci qvardiya alayının tərkibində döyüşüb, hərbi tibb işçisi olub, 1945 il 14 iyunda ordudan tərxis olunub.
Mənbə: Zülfüqarlı M.P., “Göyçay tarixi”, Bakı, 2022, s. 209-211.