(31.10.1937, Göyçay ş.–14.5.2018, Bakı ş.) – Azərb. ədliyyə sisteminin tanınmış simalarından biri, Azərb. Resp. Ali Məhkəməsinin üzvü (1984), Ali Məhkəmənin Sədr müavini, hərbi kollegiyanın sədri (1995), Azərb. Resp. Ali Məhkəməsinin hakimi (2000-10), Əməkdar hüquqşünas (2006), Ədliyyə general-mayoru (1995).
Maqsudov ADU-nu (indiki BDU) bitirib (1962). Sonra təyinatla Azərb. Resp. Ali Məhkəməsinə göndərilir. Azərb. və rus dillərini mükəmməl bilən Maqsudov Ali Məhkəmədə tərcüməçi vəzifəsinə işə qəbul edilir. 1964 ildə prokurorluq sisteminə qəbul olunan Maqsudov Xətai r-n prokurorluğunun müstəntiqi təyin olunur. Daha sonra Azərb. Resp. Ali Soveti Rəyasət Heyətinin hüquq şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışır (1966-73). Əzizbəyov r-nu Xalq Məhkəməsinin hakimi və sədri kimi fəaliyyətgöstərir (1973-84). 1984 ildə əməkdə fərqlənməyə görə Azərb. Resp. Ədliyyə Nazirliyi tərəfindən “Fəxri Fərman” ilə təltif olunub.
Mənbə: Wikipedia