(15.11.1974, Göyçay ş.-22.2.1994, Füzuli r.) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirəndən sonra o, 106 saylı Texniki peşə məktəbində sürücülük peşəsinə yiyələnir. 1993 ilin mayında Kamran hərbi xidmətə yola düşür. Onun ilk döyüş yolu Ağdamın Əfətli k.-dən başlayır. Novruzlu k.-də gedən qanlı döyüşlərdə yaxından iştirak edib. 1993 ilin avqustunda Füzuli bölgəsinə göndərilən Kamran Əhmədbəyli, Qaraxanbəyli k.-ləri ətrafında döyüşlərdə böyük rəşadət göstərib. Onun son döyüşü isə Seyidəhmədli k.-də olub. 1994 ilin fevralında həmin k.-də gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi