(3.11.1974, Ucar r-nunun Çiyni k.–17.3.1994, Kəlbəcər r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbin səkkizinci sinfini Göyçayda bitirdikdən sonra Göyçay ş. 106 saylı Texniki peşə məktəbində avtoçilingər peşəsinə yiyələnib. 1993 ildə hərbi xidmətə yola düşüb. Onun ilk döyüş yolu Murovdan başlayıb. Sonra Yanşaq k. uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Həmin döyüşlərdə Muradov qəhrəmancasına şəhid olub və bir ay sonra Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi