(2.8.1920, Göyçay r-nunun Potu k.-28.5.1997, Göyçay ş.) – tanınmış tibb xadimi, Əməkdar həkim (1960).
Musayev 1938 ildə Göyçay ş. 1 nomrəli orta məktəbini əlaçı attestatı ilə bitirərək həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna imtahansız qəbul olunmuşdur. 1942 ildə ATU-nu bitirdikdən sonra Zərdab r-nu Malyariya Stansiyasının müdiri vəzifəsinə təyin edilib. 1942-45 illərdə həmin vəzifədə işləmiş, 1946 ilin yanvar ayında Göyçay r-nu Malyariya Stansiyasının müdiri vəzifəsinə təyin edilmişdir. 1956–76 illərdə Göyçay Mərkəzi Xəstəxanasının baş həkimi və r-n səhiyyə şöbəsinin müdiri, 1976-92 illərdə Göyçay Sanitar maarifləndirmə şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Musayev 50 il səhiyyə sistemində qüsursuz fəaliyyət göstərmişdir. Zərdab və Göyçay r-rında malyariya xəstəliyinin ləgv edilməsində onun böyük əməyi vardır. O, Göyçay r-nunda difteriya, skarlatin, səpkili, yatalaq, qarın yatalağı, polimiyelit və s. xəstəliklərin ləğv edilməsində böyük təşkilatçılıq işi aparmışdır. Sanitariya mədəniyyətinin yüksəldilməsi uğrunda keçmiş Sovet ittifaqında məşhur olan Göyçay hərəkatının təşkilatçılarından biri sayılır. R-n partiya komitəsinin plenum üzvü, r-n deputat soveti icraiyyə komitəsinin üzvü olmuşdur.
Musayev SSRİ Səhiyyə Nazirliyinin “səhiyyə əlaçısı” döş nişanı (1956) və “Şərəf nişanı” ordeni ilə (1961) təltif edilmiş, dəfələrlə Azərb. SSR Səhiyyə Nazirliyinin fəxri fərmanlarına layiq görülmüşdür.
Məlumat A.Məmməd tərəfindən təqdim olunub.