(24.6.1986, Göyçay ş.) -pedaqoq, Dr. ilahiyyatçı (2013).
1992 ildə Göyçay r-nu Nizami Gəncəvi adına 7 saylı orta məktəbinin birinci sinifinə daxil olmuş və 2003 ildə orta məktəbi bitirib. Həmin il Bakı İslam Universiteti Zaqatala Şöbəsi İlahiyyat fakültəsinə daxil olmuş, 2008 ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2008 ildə Türkiyə Resp. Uludağ Universiteti Sosial Elmlər İnstitunun Fəlsəfə və Din Elmləri Kafedrasında magistratura pilləsində təhsilini davam etdirmişdir. 2010 ildə “Azərbaycanda Ailədə Dini Təhsil” adı dissertasiyanı müdafiə edərək Din Pedaqogikası üzrə magistr dərəcəsi almışdır. 2010 ildə həmin universitetdə doktorantura təhsilinə başlayan Musayev, 2013 ildə “Əlillərin Dini Təhsili” adlı dissertasiyanı müdafiə edərək doktorluq elmi dərəcəsi almışdır. 2014 ilin yanvar ayından 2021 ilin sentyabr ayına qədər Türkiyə Resp. Hakkari Universitetində, 2021 ilin sentyabr ayından etibarən Kastamonu Universiteti İlahiyyat fakültəsi Fəlsəfə və Din Elmləri kafedrasında dos. əvəzi müəllim kimi elmi fəaliyyətinə davam etməktədir. 2016-20 ilədək Hakkari Universitetində Fəlsəfə və Din Elmləri Kafedrasında müdür, 2017-20 ilədək Sosial Elmlər İnstitutunda müdür muavini və Doğu Anadolu Sosyal Bilimlerde Eğilimler elmi jurnalının redaktoru olmuşdur. Hazırda Kastamonu Universiteti Türk Dünyası Uygulama və Araşdırma Mərkəzinin müdür müavinidir.
Musayev, dini təhsilin, xususilə Azərb.-da dini təshilin və müxtəlif sahələrdəki dini təhsilin aktual problemlərinə dair 15-ə yaxın elmi məqalənin, “Ailədə Dini Təhsil və Tərbiyə” (2012), “Göyçay Rayonundaki Dini Abidələr və Tarixi Şəxsiyyətlər” (2014), “Engelli Bireylerin Din ve Değerler Eğitimi” (2016) adlı 3 elmi kitabın və həmmüəllifi olduğu kitablarda nəşr edilən “Engelli Bireye Sahip Ailelerde Din Eğitimi” (2018), “Azerbaycanda Din Devlet İlişkileri ve Din Eğitimi” (2020) adlı 2 elmi araşdırmanın müəllifidir. Musayev, bir çox beynəlxalq simpoziumların təsisində və elmi heyətində yer almış, Türkiyə, Qazaxıstan, Fələstin və b. keçirilən beynəlxalq simpozium və tədbirlərdə məruzə ilə çıxış etmişdir. Bunun yanı sıra ixtisası ilə əlaqədar olaraq müxtəlif qurumlarda konfranslar vermişdir. 2015 ildə Engelsiz Türkiyə Ödülləri çərçivəsində Türkiyə Respublikası Ailə ve Sosial Politikalar Nazirliyi və Təhsil Nazirliyi tərəfindən “Engelsiz Türkiyə Dostu” mükafatı ilə təltif edilmişdir.
Məlumatı Atəş Əhmədli təqdim edib.