
oyk.,sadə. Göyçay r-nunun Yeniarx i.ə.v.-də kənd. Şirvan düzündədir.Yaşayış məntəqəsi Göyçay qəzasında yaşamış müskürlü tayfasının məskunlaşması nəticəsində yaranmışdır.Kənd Molla Qədim adı ilə də tanınır. Müskürlü etnonimi Azərb.-nın şm.-ş.-ində, Vəlvələçayla Samur çayı arasındakı Müşkür düzünün adından yaranmışdır. Müskürlü Müşkür düzündə qədimdə yaşamış ellərin ümumi adı olmuşdur. Müşkür isə ”qışlaq” mənasındadır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s.125