(4.5.1975, Göyçay r-nunun İnçə k.–13.1.1994, Füzuli r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
1993 ilin mayında hərbi xidmətə çağırılıb. Əvvəlcə Ağdamın Əfətli və Yusifcanlı k. müdafiəsində iştirak edib. Sonra Füzuli r-nunun 18 kəndinin, o cümlədən Balabəhmənli, Kürdmahmudlu, Aşağı Seyidəhmədli və s. k. ətrafında gedən döyüşlərdə fəal iştirak edib. 1994 ilin yanvarında isə Qaraxanbəyli k. istiqamətində gedən ağır döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.