(Məmmədov Namiq Hadi oğlu), (4.7.1956, Göyçay ş.) – şair, filoloq, AYB-nin üzvü (2006).
1963 ildə birinci sinfə getmiş, 1973 ildə orta təhsilini başa vurmuşdur. 1973-78 illərdə AzPİ-nin Texnologiya mühəndisi fakültəsində təhsil almışdır. Gənc yaşlarımdan klassik ədəbiyyata, poeziyaya maraq göstərmiş, bir müddət şeirlər yazmışdır. İndiyədək iki kitabı çap olunmuşdur. Birinci kitab “Gördüm vəfasını 50 il ömrün” adlanır. Bu kitabda aşıq şeir formalarından – qoşma, təcnis, gəraylı və klassik üslubda yazdığı satirik qəzəlləri toplanmışdır.
Babası, “Lenin” adına Qırmızı Əmək Bayrağı ordenli (1949) müəllim Əhməd əfəndidən Quran dərsi almış və bundan sonra dini elmlərlə də maraqlanmağa başlamışdır. Mərhum akademik Vasim Məmmədəliyevin təklifi ilə “Türk paşası Nişançı paşaya məktub” əsərini müasir dilimizə çevirmiş və “Quranın endirilməsi” adı ilə ona elmi şərh yazmışdır. Məhəmməd Füzuliyə həsr etdiyi bu əsərlə Namiq Hadi həm də bu mövzunu ilk dəfə işıqlandırmışdır. O, AMEA-nın humanitar elmlərlə məşğul olan institutları ilə davamlı əməkdaşlıq edir. Bu qurumların təklifi ilə bir neçə beynəlxalq statuslu elmi konfranslarda məruzə ilə çıxış etmişdir. Hazırda Bakı ş.-də yaşayır.
Məlumatı A.Əhmədli təqdim etmişdir