(28.8.1946, Göyçay ş.) – fizika-riyaziyyat elmləri namizədi (1976), dosent (2006).
1946 il avqustun 28-də Göyçay ş. anadan olub. 1953-64 illərdə Göyçay ş. 1 saylı orta məktəbdə oxuyub. 1964-69 illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1970-72 illərdə Fizika fakültəsində aspirant, 1973-78 illərdə müəllim, 1978-88 illərdə baş müəllim kimi çalışıb. 1988-2005 illərdə Fizika fakültəsində, 2006 ildən bu günədək Mexanika-riyaziyyat fakültəsində dosent kimi çalışır. 1976 ildə «Hiperbolik tip qeyri-xətti tənliklərin dövri və sanki dövri həlləri» mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda), s.24