(1.4.1949, Göyçay r-nunun Ləkçıplaq k.) – iqtisad e.d. (1986), professor.
1949 ildə Göyçay r-nunun Ləkçıplaq k.-də anadan olub. Orta məktəbi bitirəndən sonra D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1966-70 illərdə həmin institutda, 1970-73 illərdə isə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alıb. 1973 ildə dissertasiya müdafiə edərək keçmiş SSRİ-də iqtisadiyyat üzrə ən gənc elmlər namizədi olub. Həmin ildən Azərbaycan Dövlət Universitetində fəaliyyətə başlayıb. 1984-86 illərdə Azərbaycan KP MK-da çalışıb. 1986 ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. Həmin ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru təyin olunub. 1989-92 illərdə Azərbaycan Politexnik İnstitutunda professor, kafedra müdiri, 1992-2002 illərdə isə Azərb. Resp. Dövlət Antiinhisar siyasəti və Sahibkarlığa yardım komitəsinin sədri kimi fəaliyyət göstərib. 2002 ildən Azərbaycan Texniki Universitetində kafedra müdiri vəzifəsində çalışır. R.Quliyev Azərbaycan, rus, türk və alman dillərində nəşr olunmuş yüzdən artıq elmi əsərin müəllifidir.
Mənbə: http://goychay.cls.az/more/text/71505