(12.9.1955, Göyçay ş.) – iqtisadçı alim, iqtisad e.n.(1992), dos.
D.Bünyadzadə adına Azərb. Xalq Təsərrüfatı İnstitutunun Ümumiqtisad fakültəsinin Siyasi iqtisad ixtisasını fərqlənmə diplomu ilə bitirib (1978).1978-81 illərdə Gəncə Politexnik Texnikumunda, 1981-95 illərdə Azərb. Kənd Təsərrüfatı İnstitutunda siyasi iqtisad müəllimi vəzifəsində işləyib. 1996-2000 illərdə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun İqtisad elmləri kafedrasının, 2000-04 illərdə isə ADİU-nun Ümumiqtisad kafedrasının müdiri vəzifəsində çalışıb. 2004-05 illərdə Biznes inzibatçılığı fakültəsində dekan müavini, 2005 ildən Maliyyə-2 fakültəsində dekan müavini vəzifəsində çalışıb. Hazırda Nəzəri və praktiki iqtisadiyyat kafedrasının dosentidir. 50-dən çox müxtəlif səpgili elmi əsərin müəllifidir.
Əsərləri: 1. Sadıqov N.Ə. Sənaye parkların yaradılması və inkişafı üzrə beynəlxalq və yerli təcrübənin bəzi aspektləri. “Azərbaycan və Türkiyə Universitetləri:təhsil,elm,texnologiya” 1 Beynəlxalq elmi-praktiki konfransin materiallari. Azərbaycan Texniki Universitet, 2019, s.12. 255- 2 261.
2. Sadıqov N.Ə. Sosial yönümlü qarışıq iqtisadiyyatın formalaşmasının əsas problemləri. 2005 ildə ADİU-da yerinə yetirilmiş büdcə təyinatlı elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş elmi-praktiki konfransın tezisləri. Bakı, 2006.
Mənbə: https://unec.edu.az