(17.3.1970, Göyçay ş.) – şahmatçı, şahmat üzrə ustalığına namizəd, Resp. dərəcəli hakim.
ADBTİ-ni (indiki ADBTİA) fərqlənmə diplomu ilə bitirib (1991). Bir çox nüfuzlu şahmat yarışlarında ölkəmizi uğurla təmsil edib. Bunların sırasına BƏƏ-də keçirilən XI Əbu Dabi Beynəlxalq şahmat turnirini (2000, I yer), Belarus Resp. keçirilən Ümumittifaq şahmat turnirində (1986, II yer), o cümlədən respublikamızda keçirilən yarışları aid etmək olar. Salehov qızlar arasında Azərb. yığma komandasında məşqçi kimi fəaliyyət göstərir. Bundan əlavə o, Göyçay Uşaq Gənclər Şahmat məktəbində də məşqçi–müəllim kimi çalışır.
Məlumat K.Salehovdan alınmışdır