(1907, Göyçay ş.–25.5.1985, Moskva ş.) – görkəmli konstruktor, “Stalin” mükafatı laureatı.
Məşhur memar Zivər bəy Əhmədbəyovun bacısı oğludur. 1930 ildə Moskva ş.-də Texniki Universiteti bitirib həyatını ömürlük bu şəhərlə bağlayıb. O, burada özünü təcrübəli və savadlı konstruktor kimi göstərib, 1940 illərin əvvəllərində o dövrün ən yaxşı avtomobili olan “Pobeda”nın mühərrikini təkmilləşdirib, buna görə ali dövlət mükafatı olan “Stalin” mükafatına layiq görülüb. Ona Kremlə yaxın məsafədə yerləşən Qorki küçəsində mənzil bağışlayıblar. A.Süleymanov Moskva ş.-də dəfn olunub.
Məlumat ailəsindən alınmışdır