oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun Yeniarx i.ə.v.-də kənd. Rayon mərkəzindən c.-q., Göyçay-Ucar avtomobil yolu üzərində, Çərəkə və Yeniarx k.-rin yanında, Şirvan düzündə yerləşən kənd.
XIX əsrin birinci yarısında Çərəkə k.-dən ayrılmış xalidli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır. Xəlitli (bəzən adı Xalidli və ya Xəlidli kimi də yazılır) yaşayış məntəqəsi adlandırılmışdır. Yerli əhali kəndin adını Xalidli kimi tələffüz edir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild. Bakı, “Şərq-Qərb”, 2007, s.235