Xan – Qafqaz Albaniyasında çay. Strabonun “Coğrafiya” əsərində adı çəkilir. Onun məlumatına görə Kür çayına tökülən X. gəmiçilik üçün yararlı olmuşdur. Bəzi tədqiqatçılar X.-i indiki Göyçay, digərləri isə Qanıx çayı ilə eyniləşdirirlər.
Mənbə: ASE. 10 cilddə, X cild, Bakı, 1987, s. 48