hidr., sadə. İmişli və Biləsuvar r-nları ərazisində çay. Etnohidronimdir. Ağabəylilər nəsli 1903 ilədək Cavad və Göyçay qəzalarında yaşamış ərəbəbdülkərimli tayfasının qollarından biridir. Bu nəsil Hacalıbəy oğlu Ağabəyin adını daşıyır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 13.
(Qocaşen-Göyçay silsiləsi) – Azərb.-da dağ silsiləsi. Acınohur ön dağlığının (Böyük Qafqaz) c. hissəsi. Qanıx (Alazan) çayının mənsəb hissəsindən başlayaraq c.-ş. istiqamətində Girdiman çayınadək davam edir. Uz. təqr. 150 km, hünd. 700 m-ə qədərdir. B.s.-nə Qocaşen, Axar-Baxar, Arçandağ, Surxayxan silsilələri və Göyçay tirəsi daxildir. Neogen və Antropogen sistemlərinin gil, qum, qumdaşı, konqlomerat və s. süxurlarından təşkil olunmuşdur. Tikinti materialları var. Neft və qaz yataqları aşkar edilmişdir. B.s. Əlican, Türyan, Göyçay və Dəvəbatan çaylarının dərələri ilə kəsilmişdir.
Göyçay r-nunun Qaraxıdır k. ərasizində düz. Qaraməryəm tirəsindən 15 km c.-da, Göyçay ş. 16 km ş.-də Şirvan düzünün şm. hissəsində yerləşir. Ərazisi 18 ha. 1500 ilin payızında Səfəvilərin Şirvana hərbi yürüşü zamanı Şamaxının eyniadlı kənd əhalisi bura köçmüş, təsərrüfat məşğuliyyəti heyvandarlıq olmaqla tədricən oturaq həyata keçmişlər.
hidr., mür. İsmayıllı və Göyçay r-nları ərazisində çay. Çay dərəsi kolluq və bataqlıq olmuş, sonralar üstündə Aşağı Bayramlı su anbarı tikilmişdir. Suvarma məqsədilə suyu tamamilə anbara axıdılır. Vaxtilə karvan yolu ilə Qəbələ tərəflərə gedən dəvələrin burada batması çayın belə adlanmasına səbəb olmuşdur.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 162.
Albaniyanın (Qafqaz) siyasi vә iqtisadi hәyatında mühüm rol oynamış keçid. “Əlvandәrә yolu” vә ya “Əlvandәrә” adı ilә tanınan Əlvan keçidi qәdim Qәbәlәnin c.-ş.-indә, Türyançay dәrәsi ilә Göyçay dәrәsi arasında yerlәşir. Uz. tәqr. 15 km, eni isә 1 km-dәn azdır. Əlvan keçidi Göyçay ş.-nin şm.-ından başlayıb Qaş düzündә qurtarır. Əlvan keçidindә orta әsrlәrdә müdafiә mәqsәdilә qala vә gözәtçi mәntәqәsi tikilmişdi.
Azərb. Resp. İsmayıllı r-nunda çay. Göyçayın sol qolu. Uz. 36 km, hövzəsinin sahəsi 427 kv.km, Niyaldağ silsiləsindən başlayır. Əsasən yeraltı və yağış suları ilə qidalanır. Əsas qolu Axox çayıdır. Suvarmada istifadə edilir. Suyunun bir hissəsi kanalla Aşıqbayramlı və Yekəxana su anbarlarına axıdılır.
Mənbə: ASE. 10 cilddə, IV cild, Bakı, 1980, s.153.
hidr., mür. Uz. 115 km, hövzəsinin sah. 1170 kv km-dir. Qəbələ, İsmayıllı, Göyçay, Ucar r-nları ərazisində çay. Mənbəyini Baş Qafqaz silsiləsinin c. yamacından (1980 m. yüksəklikdən) alır, Qarasu bataqlığına tökülür. Başlıca qolları sağdan Qalacıq, Vəndam, soldan isə Əyriçaydır. Yuxarı axarında dar dərələrdən axır. Şirvan düzünə çıxdıqdan sonra bir çox qollara ayrılır. Göyçay şəhəri bu çayın suyu ilə təchiz olunur. Çayın üzərində SES tikilmişdir. Çayın adı yuxarı axınında suyunun göyümtül rəngə çalması ilə əlaqədardır.
Suvarmada istifadə olunur. Hövzəsində Aşıqbayramlı və Yekəxana su anbarları yaradılmışdır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 207;