(15.12.1909, Bakı yaxınlığındakı Əmircan k.-14.10.1974, Moskva; Əmircanda dəfn edilmişdir) – Azərb. rəssamı, müasir Azərb. boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından biri. Azərb. SSR xalq rəssamı (1963). Azərb. SSR Dövlət mükafatı laureatı (1972).
Azərb. Rəssamlıq Məktəbində (1927-31) və V.İ.Surikov ad. Moskva Dövlət Rəssamlıq İnstitutunda (1933-1940) təhsil almışdır. Təhsildən qayıtdıqdan sonra tarixi mövzular və tarixi şəxsiyyətlərin təsviri (“Babək üsyanı”, “Fətəli xan”, “Xəttat Mir Əli” və s.) yaradıcılığında əsas yer tutmuşdur. Müharibədən sonrakı illərdə o, mənzərə janrında daha bitkin əsərlər yaratmışdır. 1946-47 illərdə respublika bədii sərgilərində Abşeron etüdləri (“Buzovnada neft mədənləri”, “Əmircan” və s.) nümayiş etdirilmişdir. “Bakıda atəşfəşanlıq” (1947), “Qudyalçay sahili”, “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol” (1953), “Doğma düzənliklər” (1955), “Yuxarı Daşaltı” (1955), “Yaşıl xalça”, “Cıdır düzü” (1957) və s. mənzərələrində tədricən rəng palitrasını zənginləşdirmiş, tablolarında koloritin dekorativliyinə nail olmuşdur.
Ətraflı oxu