CAVADOV Əbdürrəhman Məhi oğlu
(17.11.1927, Göyçay r-nunun Qarabaqqal k. – 22.2.1997, Bakı ş.) – filologiya e.d., prof.
1934-38 illərdə Göyçay ş. 1 saylı orta məktəbdə təhsil alıb. Bir müddət uşaq evində tərbiyəçi-müəllim və eyni zamanda təlimatçı işləyib.
1945 ildə ADU-nun Filologiya fakültəsinə qəbul olub. Ali məktəbi bitirdikdən sonra Ə.Cavadov 1950-53 illərdə Azərb. EA Nizami adına Ədəbiyyat və Dilçilik İnstitutunun aspirantı olub. 1954 ildən Dilçilik İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Ə.Cavadov 1956 ildə “Müasir Azərbaycan dilində şəxssiz cümlələr” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. “Azərbaycan dilinin qrammatikası”, “Azərbaycan bədii dilinin üslubiyyatı” və s. kitabların müəlliflərindən biridir. O, “Dil vahidlərinin sıralanması” mövzusunda doktorluq dissertasiyası müdafiə edib və filologiya elmləri doktoru elmi dərəcəsi alıb.
Məlumat V.Abdullayevdən alınıb.