İSMAYILOV Mənsur Yaşar oğlu
(19.6.1964, Göyçay r-nunun Ərəbcəbirli k. – 29.1.1994, Füzuli r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbində səkkizinci sinfi bitirdikdən sonra Göyçay ş. 58 saylı Texniki Peşə Məktəbində təhsilini davam etdirib. 1982 ildə əsgəri xidmətə çağırılıb. İlk hərbi xidmətini RF-nin Komi ş. daxili xidmət batalyonunda keçib. Hərbi xidmətdən sonra bir müddət həmin hərbi hissədə çalışmağa başlayıb. 1986 ildə Vətənə qayıdaraq Mingəçevir ş. 69 saylı Texniki Peşə Məktəbinə daxil olub və həmin məktəbi bitirdikdən sonra bir müddət burada əmək fəaliyyəti ilə məşğul olub. 1993 ilin martında könüllü olaraq cəbhəyə yola düşüb. O, Tərtər batalyonu tərkibində Ağdərə r-nunun Marquşavan k. və digər ərazilərdə gedən döyüşlərdə yaxından iştirak edib. 1994 ilin yanvarında Füzuli r-nunun Horadiz qəsəbəsində ağır yaralanıb və ertəsi gün şəhid olub. Üç gün sonra doğulduğu kənddə dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.