LAVRİŞENKO Georgi Mixayloviç
(1907–1944) – Böyük Vətən müharibəsi iştirakçısı.
Göycay RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. İtkin düşmüşdür.
Mənbə: “Azərbaycan Respublikası Xatirə kitabı”. 20 cilddə, VIII cild, Bakı, 2008, s. 441.
">
(1907–1944) – Böyük Vətən müharibəsi iştirakçısı.
Göycay RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. İtkin düşmüşdür.
Mənbə: “Azərbaycan Respublikası Xatirə kitabı”. 20 cilddə, VIII cild, Bakı, 2008, s. 441.
(9.7.1973, Göyçay r-nunun Qızılağac k. – 26.2.1994, Kəlbəcər r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbində səkkizinci sinfi bitirdikdən sonra 106 saylı Texniki Peşə Məktəbində sürücülük peşəsinə yiyələnib. 1993 ilin iyununda cəbhə bölgəsinə yola düşüb. O, Ağdamın Qiyaslı, Papravənd, Qərvənd, Aranzəminli, Şahbulaq və digər k.-ri uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Anar yaralanması səbəbindən bir müddət cəbhə bölgəsindən aralı düşsə də, 1994 ilin yanvarında yenidən könüllü olaraq cəbhəyə qayıdır və Kəlbəcər uğrunda gedən döyüşlərə qatılır. Murovdağda düşmənə sarsıdıcı zərbələr endirilməsində fəal iştirak edir. Fevral ayında isə Susuzluq k. ətrafında gedən döyüşlərdə şəhid olub. Dörd ay sonra doğulduğu kənddə dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(19.2.1958, Göyçay r-nunun Alıkənd k. – 12.11.1995, Murovdağ istiqamətində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirdikdən sonra ilk hərbi xidmətini 1977-79 illərdə RF-nın Çita ş.-də keçib. Hərbi xidmətdən sonra Vətənə qayıdaraq Mingəçevir Politexnik Texnikumunda təhsil alıb. Elə o vaxtdan da həyatını bu şəhərlə bağlayıb. Burada Təmir-Tikinti İdarəsində çalışıb. 1992 ilin mayında zabit kimi könüllü olaraq hərbi xidmət keçmək və torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda döyüşlərə qatılmaq üçün Qarabağ cəbhəsinə yola düşüb. Bir müddət “N” saylı hərbi hissədə motoatıcı taborun bölük komandiri olub. Ağdam, Tərtər, Kəlbəcər bölgələrində döyüşüb. 1995 ilin noyabrında Murovdağın azad olunması uğrunda gedən döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb və doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra ona baş leytenant hərbi rütbəsi verilib.
Məlumat ailəsindən alınıb.
(1.1.1925, Göyçay ş. – 31.8.2009, Santa-Monika ş., ABŞ) – nasir, publisist, Azərb. ədəbiyyatında elmi-fantastik janrın nümayəndəsi, tərcüməçi, AYB-nin üzvü (1954).
Göyçayda orta məktəbi bitirdikdən sonra 1943-45 illərdə ordu sıralarında xidmət edib. Ordudan tərxis edildikdən sonra 1945-50 illərdə ADU-nun Filologiya fakültəsində təhsil alıb.
(31.12.1878, Göyçay qəz. Kürdəmir k. – 20.12.1937, Bakı ş.) – AXC Parlamentinin üzvü.
Qori Müəllimlər Seminariyasını bitirmiş, Bakıda I-ci rus-müsəlman məktəbində müəllim (1899 – 1907) və müdir (1910-20), daşınmaz şəhər mülkiyyətini qiymətləndirən komissiyada məmur (1908-10) işləyib.
(1.3.1913, Göyçay ş. – 9.7.1985, Bakı ş.) – Əməkdar mühəndis.
Azərb. Kənd Təsərrüfatı İnstitutunu (1935) və Ukraynanın Melitopol ş. yerləşən Kənd Təsərrüfatı Akademiyasını (1937) bitirmişdir. Sonra Göyçayda yeni təşkil olunmuş Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumuna müəllim təyin olunmuşdur. Böyük Vətən müharibəsi başlayanda cəbhəyə yola düşmüş və Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Mahmudov savadlı və bacarıqlı mühəndis kimi cəbhədə döyüş zamanı zədələnmiş texnikaların operativ surətdə təmir olunaraq yenidən istifadəyə verilməsində də özünü göstərmişdir. Müharibə bitdikdən 6 ay sonra Mahmudov Göyçaya qayıdır və burada öz peşəsini davam etdirir. Sonralar o, uzun müddət (1950-60) Göyçay Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumunun direktoru vəzifəsində çalışıb. Daha sonra Mahmudov r-da təzəcə açılmış maşın təmiri emalatxanasına müdir təyin olunmuşdur. O öz gərgin əməyi sayəsində bu emalatxananın böyük bir zavoda çevrilməsinə nail olmuş və 1966 ilədək bu zavodda direktor vəzifəsində çalışıb. Həmin ilin yanvarında Azərb. KTN-in dəvəti ilə o bu nazirliyin İxtiralar və səmərələşdirici təkliflər şöbəsinə müdir təyin olunub, ömrünün sonuna qədər bu vəzifədə çalışıb.
Məlumat ailəsindən alınıb.
(1.1.1947, Göyçay r-nunun Şahsoltanlı k.) – texnika e. n. (1970), dos.
1969 ildə orta məktəbi bitirib AzTU-nə daxil olur. 1970 ildə orada təhsilini başa vuran T.Mahmudov bir müddət sonra Moskvada dissertasiya müdafiə edərək texnika e.n. alimlik dərəcəsi alır. Hazırda Memarlıq və İnşaat Universitetinin dos.-dir. O, 1978-83 illərdə hazırkı Memarlıq və İnşaat Universitetində, 1985-88 illərdə Memarlıq və İnşaat Elmi-Texniki İnstitutunda inşaat elminin təşkili və inkişafı, tikinti sahəsində mühüm əhəmiyyətli elmi tədqiqat işlərinin aparılması ilə məşğul olub.
60-dək elmi əsər və kəşflərin müəllifidir. Yaponiyada, Portuqaliyada, Hindistanda və s. yerlərdə keçirilən elmi forumlarda iştirak edib. 1982 ildə Yaponiyanın Tokio Universitetində elmi məzuniyyətdə olub. İngilis, rus, yapon dillərində mükəmməl danışır.
Məlumat V. Abdullayevdən alınıb.
(1924–20.4.1944) – Böyük Vətən müharibəsi iştirakçısı.
Göyçay RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. Serjant. 417–ci atıcı diviziyanın 1376–cı atıcı alayında manqa komandiri. RF-sı Krasnodar diyarının Krımskaya r–nunda dəfn olunub.
Mənbə: “Azərbaycan Respublikası Xatirə kitabı”. 20 cilddə, IX cild, Bakı, 2009, s. 46.
(1917, Göyçay qəz. Məlikkənd k. – 8.2.1945) – Böyük Vətən müharibəsi iştirakçısı.
Göyçay RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. Leytenant. 16-cı atıcı diviziyanın tağım komandiri. Аlmaniya Federativ Resp.-sının Кüstrin ş.-də dəfn olunub.
Mənbə: “Azərbaycan Respublikası Xatirə kitabı”. 20 cilddə, IX cild, Bakı, 2009, s. 66.
(1922, Göyçay qəz. – 19.9.1943) – Böyük Vətən müharibəsi iştirakçısı.
1941 ildə Göyçay RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. Serjant. 257-ci atıcı diviziyanın 948-ci atıcı alayında manqa komandiri. Ukrayna Resp.-sı Zaporojye vilayəti Novonikolayevka r-nunun Yelenovka k.-də dəfn olunub.
Mənbə: “Azərbaycan Respublikası Xatirə kitabı”. 20 cilddə, IX cild, Bakı, 2009, s. 68.