(16.8.1957, Göyçay ş.) – Azərb. Həmkarlar İttifaqları Konfederasiyası (AİHK) sədrinin müavini (2001), Əməkdar mədəniyyət işçisi (2015).
D.Bünyadzadə adına Azərb. Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU) bitirib (1978). Ali təhsilini başa vurandan sonra 1978-99 illərdə SSRİ Dövlət material ehtiyatları Komitəsinin Azərb. məhəlli idarəsində (1990 ildən Azərb. Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsi) böyük mühəndis, şöbə rəisi, komitə sədrinin birinci müavini, sədr əvəzi, Azərb. Qızıl Aypara Cəmiyyətinin Baş katibi vəzifələrində çalışıb. Alxasov AHİK.-in Məclis və İcraiyyə komitəsinin üzvüdür. Azərb. Resp. ictimai-siyasi həyatında və həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə Azərb. Prezidentinin 2008 il 2 fevral tarixli sərəncamı ilə “Tərəqqi” medalı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “100 illik Yubiley” medalı ilə təltif olunub.
Mənbə: http://old.ahik.org/articles/view/muavn
Ətraflı oxu