GÖYÇAY FƏRHAD MİRZƏ MÖTƏMƏDÜDDÖVLƏNİN “SƏFƏRNAMƏ”SİNDƏ
Qacarlar sülaləsinin ziyalı şahzadəsi, Abbas Mirzə Naibüssəltənənin oğlu Fərhad Mirzə Mötəmədüddövlə 1875-76 illərdə baş tutmuş Məkkə ziyarəti zamanı Azərbaycanın, o cümlədən Şirvanın bir sıra bölgələrindən də keçir. Bu ziyarətə həsr etdiyi “Səfərnamə” əsərində Fərhad Mirzə Göyçaydan keçdiyi epizodu belə təsvir edir: “21 ramazanül-mübarək, (22 oktyabr 1875) cümə günü Göyçaya gəldik. Kəndin (Göyçayın) qərbində Göyçay çayı axır və şimaldan cənuba istiqamətlənmişdir.
Qara Məryəmdən ta Göyçayadək olan məsafə on iki verst iki çetvərdir. Qaraməryəm poçt məntəqəsinə çatmamış, yolun sağ tərəfində, yaxın məsafədə, bağlarla əhatə olunmuş Yekəxana kəndidir. Kənd əhalisinin yarısı şiəməzhəb, yarısı isə sünniməzhəbdir.