YELİKƏN
hidr., sadə. İsmayıllı və Göyçay r-nları ərazisində çay. Dəmiraparan çayından ayrılıb, sağ tərəfdən Göyçaya tökülür. Çay ərazisindən axdığı yerin adı ilə adlandırılmışdır. Yelikən və ya yelkən yayın isti günlərində yelin, küləyin tuta bildiyi nisbətən yüksək sahəyə deyilir.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 275.