ŞİRİNOV Ehtiram Kamal oğlu
(13.1.1971, Göyçay r-nunun Bığır k. – 5.2.1993) – Birinci Qarabağ müharibəsi şəhidi.
Mənbə: T.Məhəmmədqızı. “Göyçayın Qarabağ sevdalıları”. Bakı, 2021, “Avropa” nəşriyyatı, s. 26.
">
(13.1.1971, Göyçay r-nunun Bığır k. – 5.2.1993) – Birinci Qarabağ müharibəsi şəhidi.
Mənbə: T.Məhəmmədqızı. “Göyçayın Qarabağ sevdalıları”. Bakı, 2021, “Avropa” nəşriyyatı, s. 26.
(22.1.1974, Göyçay r-nunun Bığır k. – 16.6.1993, Ağdam r-nu) – Birinci Qarabağ müharibəsində itkin düşüb.
22.6.1992 il tarixdə əsgər rütbəsində hərbi xidmətə çağırılıb. 16.6.1993 il tarixdə itkin düşüb. Göyçay r-n məhkəməsinin 2002 il tarixli qətnaməsinə əsasən ona şəhid statusu verilib.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(12.7.2001, Göyçay r-nunun Çərəkə k. – 6.10.2020, Füzuli r-nu) – Vətən müharibəsi şəhidi.
16.7.2019 il tarixdə həqiqi hərbi xidmətə çağırılıb. 6 oktyabr 2020 il tarixdə Füzuli r-nu istiqamətində gedən döyüşlərdə şəhid olub. Doğulduğu k.-də dəfn olunub.
Ölümündən sonra Azərb. Resp. Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020) və “İgidliyə görə” (18.12.2020) medalları ilə təltif edilib.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(2.11.1966, Göyçay ş. – 10.1.1994, Füzuli r-nunun Aşağı Əbdürrəhmanlı k.) – Birinci Qarabağ müharibəsi şəhidi.
İlk hərbi xidmətini Əfqanıstanda keçəndən sonra Göyçay Şirə Emalı Zavodunda çalışıb. 1991 ilin yayında cəbhəyə yollanan T.Şirinov Çıldıran, Drambon, Baqauz, Ağdərə ətrafındakı döyüşlərdə iştirak edib. Bu döyüşlərdə ayağından yaralanıb və qısa müddətə müalicə alandan sonra 1993 ilin dekabrında Füzuli r-nunun Əbdürrəhmanlı k.-də gedən döyüşlərə qatılıb. 1994 ilin yanvarında həmin ərazidə gedən döyüşlərdə ürək və baş nahiyəsindən yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərb. Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(10.2.1972, Göyçay r-nunun Ləkçıplaq k. – 15.2.1994) – Birinci Qarabağ müharibəsi şəhidi.
Mənbə: T.Məhəmmədqızı. “Göyçayın Qarabağ sevdalıları”. Bakı, 2021, “Avropa” nəşriyyatı, s. 31.
(24.9.1952, Göyçay ş. – 25.9.1992, Ağdam r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbdə təhsilini başa vurandan sonra 106 saylı Texniki Peşə Məktəbində sürücülük peşəsinə yiyələnib. 1992 ilin sentyabrında könüllü olaraq cəbhə bölgəsinə yola düşüb. Döyüş əməliyyatı zamanı şəhid olub. Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərb. Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(15.11.1974, Göyçay r-nunun Qarabaqqal k. – 29.1.1994 Kəlbəcər r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
1994 ildə könüllü olaraq vətənin müdafiəsinə yollanıb. Əvvəlcə Hacıkənddə olub. Sonra Murovdağa göndərilib. Burada baş verən ağır döyüşlərdə fəal iştirak edib. 1994 il yanvarın 29-da ağır döyüşlərin birində şəhid olub. Doğulduğu k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(21.5.1967, Göyçay ş. – yanvar, 1994) – Birinci Qarabağ müharibəsi şəhidi.
Mənbə: T.Məhəmmədqızı. “Göyçayın Qarabağ sevdalıları”. Bakı, 2021, “Avropa” nəşriyyatı, s. 28.
(1895, Göyçay ş. – 1920) – Azərb. Milli Ordusunun zabiti, praporşik.
Göyçayda ikisinifli məktəbdə oxuyub. 1919 ildə Gəncə praporşiklər məktəbini bitirib. 1920 ilin aprelində bolşevik işğalı zamanı qətlə yetirilib.
Məlumat V.Abdullayevdən alınıb.
(10.2.1969, Göyçay ş. – 31.8.1992, Gədəbəy r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta təhsilini başa vurandan sonra 106 saylı Texniki Peşə Məktəbində sürücülük peşəsinə yiyələnib. 1992 ilin martında könüllü olaraq cəbhə bölgəsinə yola düşüb. Gədəbəy r-nunun Mutudərə k.-də gedən döyüşlərdə yaralanıb. Müalicədən sonra yenidən cəbhəyə qayıdıb. Mutudərənin geri alınması uğrunda gedən döyüşdə şəhid olub. Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.