CƏFƏROV İsmayıl Aydın oğlu
(1975, Göyçay ş. – 22.2.1994) – Birinci Qarabağ müharibəsi şəhidi.
Mənbə: T.Məhəmmədqızı. Göyçayın Qarabağ sevdalıları. Bakı, 2021, “Avropa” nəşriyyatı, s. 27.
">
(1975, Göyçay ş. – 22.2.1994) – Birinci Qarabağ müharibəsi şəhidi.
Mənbə: T.Məhəmmədqızı. Göyçayın Qarabağ sevdalıları. Bakı, 2021, “Avropa” nəşriyyatı, s. 27.
(3.2.1973, Göyçay r-nunun Alpout k. – 19.7.1992, Kəlbəcər r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirəndən sonra 106 saylı Texniki Peşə Məktəbinə daxil olub. Burada sürücülük peşəsinə yiyələnəndən sonra 1991 ildə könüllü olaraq Milli Ordu sıralarına daxil olub. 1992 ilin iyulunda Kəlbəcər r-nunun Umudlu k. yaxınlığında gedən döyüşlərdə həlak olub. Doğulduğu k.-də dəfn olunub. Hazırda Alpout k. orta məktəbi onun adını daşıyır.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(7.3.1958, Göyçay r-nunun Qaraməryəm k. – 15.6.1992, Xanlar (indiki Göygöl) r-nunun Manaşit k. istiqamətində) – Birinci Qarabağ müharibəsi şəhidi, gizir.
Azərb. Xalq Təsərrüfatı İnstitutunu bitirib (1970). Çitada əsgəri xidmət keçib. Əmək fəaliyyətinə Gəncə tikiş fabrikində başlayıb, sonra Göyçay tikiş fabrikində baş mühasib vəzifəsində çalışıb. 1992 ilin martında könüllü olaraq cəbhəyə yola düşüb. O, Laçın, Ağdam cəbhələrində və Xanlar r-nunun Sarısu k.-dəki döyüşlərdə şücaət göstərib. Lakin 1992 il iyunun 13-də gedən döyüş onun üçün sonuncu vuruş olub. İki gün sonra – iyunun 15-də əbədi olaraq gözlərini yumub. E.Çəndirli Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(23.1.1974, Göyçay r-nunun Ləkçıplaq k. – 26.1.1994, Füzuli r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbini bitirərək Bakı ş. yerləşən 14 saylı Texniki Peşə Məktəbində qaynaqçı peşəsinə yiyələnib. 1992 ilin mayında hərbi xidmətə yollanıb. Çox keçmədən cəbhə bölgələrinə gedib. Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlının işğalından sonra Səxavət evə qayıdıb. 1993 ilin oktyabrında o, yenidən Göyçay könüllülər batalyonuna qoşulur. Şükürbəyli Aşağı və Yuxarı Əbdürrəhmanlı, Kərimbəyli və digər kəndlər uğrunda gedən döyüşlərdə iştirak edib. 1994 ilin yanvarında Aşağı Əbdürrəhmanlı kəndini almaq üçün 6 nəfər döyüşçü ilə birgə hücuma keçiblər. Lakin qüvvələr nisbətinin qeyri-bərabər olması səbəbindən əsgərlərimiz böyük tələfatla hücumu dayandırıblar. Səxavət bu döyüşdə ağır yaralanaraq şəhid olub və 5 ay sonra – 1994 ilin mayında doğma k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(3.2.1967, Göyçay r-nunun Ləkçıplaq k. – 25.4.1994, Beyləqan r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
İlk hərbi xidmətini 1985-87 illərdə Rusiyada keçib. Hərbi xidmətdən sonra bir müddət k.-də əmək fəaliyyətilə məşğul olub. Daha sonra erməni faşistlərə qarşı döyüşlərə yollanıb. 1994 ilin aprelində növbəti döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb. O, doğma k.-də torpağa tapşırılıb.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(1890, Tekirdağ vil.-nin (Türkiyə) Saray qəs. – 8.8.1984, Göyçay r-nunun Cəyirli k.) – Nuru Paşanın komandanlığı altında Azərb.-na xilaskarlıq missiyası ilə gələn türk əsgəri.
Osman Dədəoğlu erməni daşnakları ilə döyüşdə yaralandığı üçün Azərb.-da qalır. Sonra sərhədlər bağlandığından Türkiyəyə qayıda bilmir. 1922 ildə, yəni sovet hakimiyyəti dövründə Osman Dədəoğlu türk əsgəri olması səbəbindən Sibirə sürgün edilir. 15 il sürgündən sonra yenidən Göyçaya gəlir və 1984 ilə qədər bu r-nda yaşayır. Sürgündən öncə Göyçayın Cəyirli k.-də ailə quran Osman Dədəoğlunun bir oğlu, sürgündən sonra isə iki qızı olub. Osman baba Türkiyədə qalan qohumlarına dəfələrlə məktub yazıb. Amma onun ilk məktubu yalnız 1949 ildə Türkiyənin Tekirdağ vil.-nin Saray qəs.-nə çatır. O, məktubda Sovet İttifaqının tərkibində olan qardaş türk resp.-da – Azərb.-ın Göyçay r-nunun Cəyirli k.-də yaşadığını qeyd edir. 30 ildən sonra Osmanın sağ olmasını bilən qardaşı Hüseyn cavab məktubu yazır. Osman Dədəoğlu qohumları ilə 1975 ilə qədər məktublaşıb. Onun ölümündən sonra Göyçaydan Tekirdağa xeyli məktub yazılsa da, yalnız 20 ildən sonra bu məktubların birinə qardaşı oğlu Səbridən cavab gəlir. Göyçaya gələn Səbri əmisinin qəbrini ziyarət edir. Hazırda Osman Dədəoğlunun ailəsi və qohumları Cəyirli k.-də yaşayırlar.
(9.11.2001, Göyçay r-nunun Aşağı Qaraməryəm k. – 17.10.2020, Cəbrayıl r-nu) – Vətən müharibəsi şəhidi.
8.1.2020 il tarixdə həqiqi hərbi xidmətə çağırılıb. 2 noyabr 2020 il tarixdə Cəbrayıl r-nu istiqamətində gedən döyüşlərdə şəhid olub. Doğulduğu k.-də dəfn edilib. Ölümündən sonra Azərb. Resp. Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020), “Cəsur döyüşçü” (24.6.2021), “Cəbrayılın azad olunmasına görə” (22.12.2020) və “Qubadlının azad olunmasına görə” (29.12.2020) medalları ilə təltif edilib.
(1913, Göyçay qəz. – 14.5.1942) – Böyük Vətən müharibəsi iştirakçısı.
Göyçay RHK.-dan оrduya çağırılıb. Sıravi əsgər. 45-ci zərbəçi atıcı briqadasında xidmət edib. Rusiya Federasiyası Leninqrad vilayətinin Zalutski r-nunun Bolşoye Streçho k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Xatirə kitabı. 20 cilddə, III cild, Bakı, 2003, s. 86.
(9.7.1973, Göyçay ş. – 10.11.1992, Ağdərə r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
1990 ildə Sankt-Peterburq ş. Quru Qoşunları Hərbi Ali məktəbinə daxil olub, lakin iki ay sonra hərbi məktəbi tərk edərək Bakıya dönüb, burada Rabitə Texnikumuna daxil olub. İkinci kursda oxuyanda hərbi xidmətə çağırılıb. O, Bakıda Daxili Qoşunlar batalyonunda əsgəri borcunu yerinə yetirib. 1992 ilin iyununda könüllü olaraq döyüş bölgəsinə yollanıb. O, Naxçıvanik k. uğrunda döyüşlərdə yaxından iştirak edib. Çıldıranda növbəti əməliyyat zamanı qəhrəmancasına şəhid olub. Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(30.6.2001, Göyçay r-nunun Şəkər k. – 14.10.2020, Füzuli r-nu) – Vətən müharibəsi şəhidi.
3.7.2019 il tarixdə həqiqi hərbi xidmətə çağırılıb. 14 oktyabr 2020 ildə Füzuli r-nu istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra Azərb. Resp. Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020) və “Cəsur döyüşçü” (18.12.2020) medalları ilə təltif edilib.