(23.11.1938, Göyçay ş. – 6.4.2017, Bakı ş.) – tibb e.d. (1989), prof., Əməkdar elm xadimi (2010).
1956 ildə Göyçay ş. 3 saylı orta məktəbi bitirib ATU-nun Stomatologiya fakültəsinə daxil olub. 1964 ilədək həmin fakültədə təhsil alıb. 1964-68 illərdə ATU-nun və Kiyev Tibb İnstitutunun aspirantı olub. 1968-87 illərdə ATU-da dos., Stomatologiya fakültəsinin dekanı, institutun elmi katibi vəzifələrində çalışıb. 1989 ildə Kiyev Tibb İnstitutunda doktorluq dissertasiyası müdafiə edib. E.Kərimov Səhiyyə Nazirliyi Həkimlərin Attestasiyası Komissiyasının sədri, ATU-nun Ortopedik stomatologiya kafedrasının prof.-ru, Azərb. Stomatoloji Assosiasiyasının üzvü olub.
Alim 100-dən artıq elmi məqalənin, dərs vəsaitinin, səmərələşdirici təkliflərin müəllifi olub.
Məlumat V.Abdullayevdən alınıb.
Ətraflı oxu