SADIQOV Namiq Ənvər oğlu
(12.9.1955, Göyçay ş.) – iqtisadçı alim, iqtisad ü.f.d. (1992), dos.
D.Bünyadzadə adına Azərb. Xalq Təsərrüfatı İnstitutunun Ümumiqtisad fakültəsinin Siyasi iqtisad ixtisasını fərqlənmə diplomu ilə bitirib (1978). 1978-81 illərdə Gəncə Politexnik Texnikumunda, 1981-95 illərdə Azərb. Kənd Təsərrüfatı İnstitutunda siyasi iqtisad müəllimi vəzifəsində işləyib. 1996–2000 illərdə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “İqtisad elmləri” kafedrasının, 2000-04 illərdə isə ADİU-nun “Ümumiqtisad” kafedrasının müdiri vəzifəsində çalışıb. 2004-05 illərdə Biznes inzibatçılığı fakültəsində dekan müavini, 2005 ildən Maliyyə-2 fakültəsində dekan müavini vəzifəsində çalışıb. Hazırda “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dos.-dir. 50-dən çox müxtəlif səpkili elmi əsərin müəllifidir.