KƏRİMOVA İradə Məzahim qızı
(3.8.1981, Göyçay ş.) – filoloq alim, filologiya ü.f.d. (2013), dos. (2019).
1998 ildə Göyçay ş. M.Füzuli adına 6 saylı orta məktəbi bitirdikdən sonra N.Tusi adına ADPU-nun Filologiya fakültəsinə daxil olub, 2002 ildə bakalavriat səviyyəsini, 2004 ildə magistraturanı fərqlənmə diplomu ilə bitirib. Həmin ildən ADPU-nun Azərb. dilçiliyi kafedrasında müəllim kimi fəaliyyətə başlayıb, 2009 ildə baş müəllim, 2019 ildə isə Azərb. dilçiliyi kafedrasının dos.-i elmi vəzifəsinə seçilib. 2007 ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertanturasına daxil olub, 2013 ildə “Göyçay rayonu toponimlərinin linqvistik təhlili” mövzusunda dissertasiya işini müdafiə edərək filologiya üzrə f.d. elmi adını alıb. Hazırda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmlər doktoru proqramı üzrə “Azərbaycan toponimlərində arxaik apelyativlik” mövzusunda dissertasiyası üzərində çalışır.