SALEHOV Səmid Qədir oğlu
(27.4.1945, Göyçay r-nunun Çayarxı k. – 25.7.2012, Bakı ş.) – alim, texnika e.d. (1992), prof. (2004).
Əsas tədqiqat sahəsi: “Kompleks yaxşılaşdırılmış xarakteristikalı rəqəmli ölçü sistemlərinin strukturları, işləmə alqoritmləri və qurulma üsulları”. 1961 ildə ADNSU-nun Avtomatika-telemexanika fakültəsini bitirib (1967). Əmək fəaliyyətinə Sumqayıt Elmi Tədqiqat Layihə İnstitutunda texnik kimi başlayıb. Burada laboratoriya müdiri vəzifəsinədək yüksəlib. 1983 ildə “Geofizcihaz” İstehsalat Birliyinin baş mühəndisi təyin olunub. Elmi məqalələri bir sıra xarici jurnallarda dərc olunub. Salehov ömrünün sonuna qədər ADNA-nın (indiki ADNSU) “İnformasiya – ölçmə və hesablama texnologiyaları” kafedrasında pedaqoji fəaliyyət göstərib.
Məlumat V.Abdullayevdən alınıb.