ŞAHBAZOVA Zemfira Əsgər qızı
(7.7.1947, Göyçay ş.) – filoloq alim, filologiya e.d. (2012), prof.( 2018).
ADU-nun (indiki BDU) Filologiya fakültəsini “Filoloq. Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bitirib (1970), 1973 ildən ADU-nun “Azərbaycan dilçiliyi“ kafedrasında çalışıb. Həmin il “Müasir Azərbaycan dilində ara söz və ara söz birlikləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya ü.f.d., 2012 ildə “Azərbaycan dilində əvəzliklər” mövzusunda dissertasiya müdafiə edərək filologiya e.d. elmi dərəcəsi, 2015 ildə prof. əvəzi, 2018 ildə isə prof. elmi adı alıb. Şahbazova 2008 ildən Dövlət İmtahan Mərkəzində (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) “Azərbaycan dili və ədəbiyyatı” fənni üzrə ekspert kimi fəaliyyət göstərir. Alim 2015 ildən Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspertidir. O, 150-dən çox elmi məqalə və 11 kitabın, eləcə də tədris proqramlarının müəllifidir.