SÜLEYMANOV Nəriman Əhməd oğlu
(20.9.1936, Göyçay r-nunun Hacalıkənd k. – 10.12.1998, Bakı ş.) – yol-inşaat mühəndisi, texnika ü.f.d.
N.Süleymanov orta məktəbi bitirdikdən sonra Azərb. Politexnik İnstitutuna daxil olub və 1959 ildə institutu bitirərək Göyçaya qayıdıb. Əmək fəaliyyətinə mühəndis kimi başlayıb. Əvvəl 3 saylı Yol İstismar İdarəsinin rəsisi vəzifəsinə irəli çəkilib, daha sonra 6 saylı Yol Tikinti Trestinə rəis təyin edilib. 1966-70 illərdə Bakı–Tbilisi yolunun tikintisində rəis vəzifəsində işləyib. 17 il Melorasiya və Su Təsərrüfatı Nazirliyində işləyib, nazir müavini vəzifəsinə qədər yüksəlib. Sonuncu iş yeri NK nəzdində Azərkəndsutəhcizat istehsalat birliyinini 1-ci vitse-prezidenti vəzifəsi olub.
Məlumat ailəsindən alınıb.