oyk., sadə. AR Göyçay r-nunun Potu i.ə.v.-də kənd. Şirvan düzündədir. Kəndin adı XIII əsrdə monqol axınları zamanı burada məskunlaşmış onqut tayfası ilə bağlı olub, onqutlu sözündən təhrifdir. XIII əsrdə Rəşidəddin monqollar arasında onqut tayfasının adını çəkir. Bu etnonim qırğızlar və özbəklər arasında da yayılmışdır. XIII əsrdə Azərb.-da (əsasən, Gəncə, Şirvan vilayətlərində, Muğanda) xeyli türk.-monqol mənşəli tayfaların məskunlaşması haqqında məlumat verilir.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 259.
oyk., sadə. AR Göyçay r-nunun Mırtı i.ə.v.-də kənd. Əhalinin, eləcə də bəylərin, din xadimlərinin siyahıya alınmasına dair AR Dövlət Tarixi Arxivində saxlanılan sənədə əsasən, çar Rusiyası dövründə Veysəlli adlı daha bir kənd 1832, 1849, 1864 illərdə Bakı quberniyasının, Şamaxı qəz.-nın, Bərgüşad mahalının kəndi kimi yazılmışdır. Bu kənd 1873, 1886 illərdə aparılmış əhalinin siyahıya alınması sənədlərində Bakı quberniyasının, Göyçay qəz.-nın, Bərgüşad mahalının kəndi kimi göstərilmişdir.
oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun Yeniarx i.ə.v.-də kənd. Rayon mərkəzindən c.-q., Göyçay-Ucar avtomobil yolu üzərində, Çərəkə və Yeniarx k.-in yanında, Şirvan düzündə yerləşən kənd.
XIX əsrin birinci yarısında Çərəkə k.-dən ayrılmış xalidli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır. Xəlitli (bəzən adı Xalidli və ya Xəlidli kimi də yazılır) yaşayış məntəqəsi adlandırılmışdır. Yerli əhali kəndin adını Xalidli kimi tələffüz edir.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild. Bakı, “Şərq-Qərb”, 2007, s.235.
oyk., sadə. AR Göyçay r-nunun Ləkçıplaq i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Çərəkə k.-dən çıxmış bir qrup ailənin Yalman adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yalman türk dillərində “keçilməz yer”, “dağ başı” mənasındadır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 270.
oyk., sadə. AR Göyçay r-nunun Qaraməryəm i.ə.v.-də kənd. Qaraməryəm tirəsinin ətəyindədir. Keçən əsrin əvvəllərində bu ərazidə Yekəxana Talib və Yekəxana İbrahim adlı iki kənd olmuşdur. 1870 ildə Pirsaat çayı yaxınlığında yaşamış yekəxana tayfası və bu tayfanın 72 ailədən ibarət Yekəxana Talib bəy, 32 ailədən ibarət Yekəxana İbrahim bəy adlı hissələrdən ibarət olması haqqında məlumat verilir. Oturaqlaşdıqdan sonra onlar iki kənd salmışdılar. Talib bəy və İbrahim bəy bu ailələrin başçıları olmuşlar. Sonralar oykonimin ikinci komponentləri ixtisar olunmuş, kəndin adı Yekəxana kimi rəsmiləşdirilmişdir.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 274.
oyk., sadə.AR Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. R-n mərkəzindən 12 km c.-q.-də, Göyçay–Ucar avtomobil yolunun kənarında, Şirvan düzündədir. Kənd Yeniarxın yaxınlığında salındığı üçün belə adlandırılmışdır.
Mənbə: ASE, 10 cilddə, V cild, Bakı, 1981, s. 117;
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 277.
Kürdşaban inzibatı ərazi dairəsi üzrə nümayəndiliyində kənddir. Ərazisi 841 ha, əhalisi 356 nəfər, təsərrüfatlarının sayı 66-dır. Göyçay r-nunun qədim tarixə malik kəndlərindəndir. XX əsrin əvvələrinə kimi kəndin əhalisi indikindən təqribən 2 dəfə çox olmuşdur. 1930 illərə kimi k. Yeykənd adlanmış, sonradan sözün tərkibindəki “Yey” (yaxşı) yeni sözü ilə əvəzlənmişdir. Kənd “yuxarı baş”, “orta məhəllə”, “orta küçə”, “aşağı baş” və “binaslı” adlı beş hissədən ibarətdir. K.-də Alı qoruğu, daşlı qoruq, Xanım arxı, Xəysə bərəsi, Komsamol yeri, Hacı İsmayıl meşəsi, baş bərə adlanan yerlər vardır. Hazırda “binaslı” adlı hissədə heç kim yaşamır. XX əsrin 30-60 illərində bu məhəllənin sakinləri Bakı, Göyçay, Ucar şəhərlərinə və kəndin “yuxarı baş” və “orta məhəllə” adlanan hissəsinə köçmüşdür. K.-in qədim qəbirstanlığı Bakı-Tblisi dəmiryolunun çəkilişi zamanı iki hissəyə bölünmüşdür. Hazırda orada dəfn olunan yoxdur. Kəndin ikinci qəbirstanlığı təqribən 200 il əvvəl salınmışdır. Kənddə bir neçə müqəddəs sayılan yer vardır. Pir qarağac, əncir piri, iydə piri və pir qovaq, nar piri, pir narlıq deyilən bağ və Məmməd oğlu Alı ocağı deyilən ziyarətgah vardır. Kənd Kürdşaban, Məlikənd, Qızılağac, Şıxəmir k.-ləri və Ucar rayonunun Küçəkənd, Pirkənd və Çiyni k.-ləri ilə həmsərhəddir.