HACIAĞABƏYLİ KƏND MƏSCİDİ
Hacıağabəyli k. məscidi yeni tikililərdəndir. Məscid 1998 ildə tikilmişdir. Məscidi Molla Bilal Əfəndi öz şəxsi vəsaiti hesabına tikdirib.
">
Hacıağabəyli k. məscidi yeni tikililərdəndir. Məscid 1998 ildə tikilmişdir. Məscidi Molla Bilal Əfəndi öz şəxsi vəsaiti hesabına tikdirib.
Həsən baba ocağı kimi tanınan bu ziyarətgah r-nun Bığır k.-i qəbiristanlığında yerləşir. Həsən baba əslən Şamaxı r-ndan olmuşdur. Həsən babanın soyu Şamaxı sufilərinə dayanır. XVI əsrdə Şah İsmayılın sufilərə qarşı çıxdığı zamandan sonra Həsən baba Şamaxıdan qaçıb və bu ərazidə məskunlaşıb.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, “İpək yolu”, 2014, s. 111.
İnçə k.-də yeni bir məsciddir. Amma vaxtilə bu məscidin yerində qədim bir məscid olmuşdur. Bu qədim məscidin tarixi və kim tərəfindən tikildiyi məlum deyil. İndiki yeni məsciddə köhnə məscidin taxta dirəkləri qorunub saxlanılır. Bu dirəklər üzərinə ərəbcə 133 rəqəmi yazılıb. Kənd camaatının iddia etdiyinə görə, bu məscid Çar Rusiyası zamanında 133-cü məscid olmuşdur. Hal-hazırda k.-də olan yeni məscid 1998 ildə İslam İrsinin Dirçəlişi Cəmiyyəti tərəfindən tikilib.
Tarixi Azərb. ərazisinin şm.-da geniş yayılmış qəbir tiplərindən olub, Mil-Qarabağ, Şirvan düzlərində və dağətəyi bölgələrdə, Kür çayı sahillərində qeydə alınmışdır. Küplərdə dəfnetmə adəti e.ə. I minilliyin ikinci yarısında başlanmış, eramızın 8 əsrinə qədər davam etmişdir.
Məscid k.-in mərkəzinə yaxın bir ərazidə yerləşir. Bu ərazi keçmişdən məscid məhləsi adlanır. Kürdəmiş k.-ində bir əsrdən çox yaşı olan məscid var idi. Kənd sakini T.Nəzərovun dediklərinə görə, k.-də yaşayan hərbiçi Əliyev Allahverdi Sadıq oğlu ağır döyüşlərdə olduğu zaman, sağ-salamat kəndimə qayıtsam, məscidi yenidən inşa etdirərəm demişdir. Döyüşdən qayıtdıqdan sonra kənd sakini T.Nəzərovla məsləhətləşərək yenidən məscidin tikintisinə başlamışdır. T.Nəzərovun dediklərinə görə, məscid sökülərkən mehrabının üzərində 1873 yazılmış kərpic var idi. Bu kərpic məscidin tikilmə tarixini göstərirdi. 1997 ildə köhnə məscidin yerində yeni məscidin inşasına başlandı. Bir il sonra 1998 ildə məscidin açılışı oldu. Məscid “Şəhidlər məscidi” adlanır. Məscidin həyətində şəhid Allahverdiyev Ruslan Ələsgər oğlunun əbədi xatirəsinə bulaq tikilmişdir.
Kürdşaban k.-də vaxtilə qədim məscid olmuşdur. Bu məsciddən, üç k.-in Kürdşaban, Yenikənd və Şəkili k.-lərinin əhalisi istifadə edirdi. K.-in imamı Seyran Əfəndinin dediyinə görə, k.-də məscid olmaqla bərabər, həm də Molla Kamal kişinin mədrəsəsi olmuşdur. Bu mədrəsədə çoxlu insanlar dərs almışdır. Molla Kamal kişi ərəb, fars dillərinin bilicisi olmuşdur. Molla Kamal kişinin davamçılarından biri də Molla Nüsrət baba olmuşdur. Bu insanlar mədrəsədə dərs verməklə bərabər həm də k.-də mollalıq etmişlər. Bu gün həmin insanlar xalq tərəfindən dərin hörmətlə yad edilir.
Bu k.-in tarixi çox da qədim deyildir. Kənd sakini 90 yaşlı Məmməd Ağa oğlunun məlumatına görə, bu k.-də ilk məscid 1923 ildə kənd camaatının topladığı vəsait hesabına tikilmişdir. Məscid 1945 ilə qədər fəaliyyət göstərib. Məscid k.-in yuxarı hissəsində yerləşirdi. Bu k.-də vaxtilə çox savadlı din xadimləri mollalıq etmişdir. 1923 ildən təxminən 1944-45 illərə qədər Molla Məhəmməd, 1948 ildən 1980 ilə qədər Dadaş baba, 80 illərdən bir neçə il əvvələ qədər Şəfi baba mollalıq etmiş, insanlara dinin düzgün şəkildə çatdırılması üçün çox böyük əziyyət çəkmişdirlər. Bu kənddə öz dövrünə görə çox böyük kəramət sahibi övliyalar da olmuşdur. Onlardan Qəfər baba, Şıxmahmud baba insanlar arasında sevilib-seçilirdi. Sonralar Şıxmahmud baba Şamaxıda məskunlaşmışdır. Hal-hazırda Şamaxı r-nunda onun qəbri insanların ziyarət etdiyi yerlərdən biridir. Böyük kəramət sahibi olan Qəfər baba insanlar arasında ofsunçu kimi tanınsa da, o şəxsiyyət insanların yaddaşında dərin izlər buraxmışdır.
Mir İsmayıl Ağa ocağı adı ilə tanınan bu ziyarətgah r-n qəbiristanlığı ərazisində yerləşir. Bu qəbir 1880–1974 illərdə yaşamış Mir İsmayıl Mir Mövsüm Ağa oğluna aiddir. Bu qəbrin yanında nar ağacı əkilmiş, qəbrin üzərində ağ dəmirdən günbəz inşa edilmişdir. Bu ocağa adətən, övladı olmayanlar gəlirlər. Yerli sakinlərin inancına görə, ziyarətgaha gələn insanlar həmin nar ağacına parça bağlayır və həmin qəbrin üzərində şam yandırırlar.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, “İpəkyolu“, 2014, s. 111.
Məscid XIX əsrin əvvəllərində Şərif Əfəndinin babası Qədir Əfəndi tərəfindən öz həyətində tikdirilmişdir. Həmin məscidin yanında mədrəsə olmuşdur. İnqilabdan sonra bolşeviklər tərəfindən həmin məscid yandırılmışdır. Hal-hazırda k.-də yeni bir məscid vardır.
Məscid k.-in mərkəzinə yaxın ərazidə yerləşir. Bu məscid Şıx Nəbi məscidi adlanır. Məscid 1998 ildə İslam İrsinin Dirçəliş Cəmiyyəti tərəfindən tikilmişdir.
Mirzəhüseynli k.-nin iki yüz illik bir tarixi vardır. Bu k.-in əhalisinin Şamaxı r-nundan gəldiyini deyirlər. Kənd sakini 70 yaşlı E.Mustafayevin dediklərinə görə, bu k. salındığı zamandan burada məscid olmuşdur. Məscid k.-in mərkəzində yerləşir. Məscid çiy kərpicdən, kirəmit örtüklü idi. Burada kişi və qadınların ayrı-ayrılıqda ibadət etmələri üçün hər cür şərait vardır. Sovet hakimiyyəti qurulduqdan 1940 ilə qədər məsciddən pambıq qurutma məntəqəsi kimi istifadə olunmuş, 1946 ildən sovet hakimiyyəti dağılana qədər isə 4 illik məktəb kimi fəaliyyət göstərmişdir. 1992 ildə bu məscid tamamilə yararsız hala düşmüşdür. Həmin vaxt bu k.-ə Hacı Mahmud adında imkanlı bir şəxs gəlmişdir. O, xeyirxah bir insan kimi bu k.-də dəyirman tikdirmək istəyirdi. Kənd camaatı ilə məsləhətləşdikdən sonra camaat təklif etmişdir ki, məscidimiz çox yararsız haldadır. Bu məscidi yenidən bərpa etmək lazımdır. O bu təkliflə razılaşdıqdan sonra 1993 ildə köhnə məscid sökülmüş və həmin yerdə yeni məscidin inşasına başlanmışdır. Məscidin inşası üçün siyahı tutulmuş, hər gün beş evdən bir nəfər tikintidə çalışmışdır. Təxminən bir il sonra məscid istifadəyə verilmişdir.