oyk., sadə. AR Göyçay r-nunun Ləkçıplaq i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Çərəkə k.-dən çıxmış bir qrup ailənin Yalman adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yalman türk dillərində “keçilməz yer”, “dağ başı” mənasındadır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 270.
Yalman k. məscidi 2001 ildə Ümumdünya İslam Gəncləri Ansambleyası tərəfindən inşa edilmişdir. Bina (12 m x 8 m) 96 kv.m-dir. Binanın 2 qiblə tərəfdə, şm. tərəfdə, 1 ş.-də, 1 q.-də olmaqla 6 pəncərəsi və zala daxil olmaq üçün şm. hissədə 1 qapısı vardır. Məscidin 10 m hündürlüyündə 1 şərəfəli minarəsi vardır. Minarə binanın q.-də yerləşir. Məscidin damı ağ dəmir örtüklə örtülmüşdür. Ümumiyyətlə, bu məscidin inşasında yerli inşaat materiallarından istifadə olunmuşdur.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, “İpəkyolu”, 2014, s. 72-73.
(26.7.1941, Göyçay r. – 25.1.2015) – pedaqoq, prof.
Orta məktəbi bitirəndən sonra AZNKİ-na daxil olub. 1963 ildə buranı bitirib, iki ildən sonra isə həmin təhsil müəssisəsinin aspiranturasına daxil olub. 1968 ildə namizədlik dissertasiyasını müdafiə edib. On il müddətində AzPİ-da nəzəri mexanika fənnini tədris edib. Azərb. Memarlıq və İnşaat Universitetində mühazirələr oxuyub.
Sonralar İsrailə köçüb və həmin ölkədə Holon Texnologiya Universitetinin prof.-u olub. İsrail Azərbaycanlıları Konqresinin vitse-prezidenti olub.
Mənbə: Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi.
oyk., sadə. AR Göyçay r-nunun Qaraməryəm i.ə.v.-də kənd. Qaraməryəm tirəsinin ətəyindədir. Keçən əsrin əvvəllərində bu ərazidə Yekəxana Talib və Yekəxana İbrahim adlı iki kənd olmuşdur. 1870 ildə Pirsaat çayı yaxınlığında yaşamış yekəxana tayfası və bu tayfanın 72 ailədən ibarət Yekəxana Talib bəy, 32 ailədən ibarət Yekəxana İbrahim bəy adlı hissələrdən ibarət olması haqqında məlumat verilir. Oturaqlaşdıqdan sonra onlar iki kənd salmışdılar. Talib bəy və İbrahim bəy bu ailələrin başçıları olmuşlar. Sonralar oykonimin ikinci komponentləri ixtisar olunmuş, kəndin adı Yekəxana kimi rəsmiləşdirilmişdir.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 274.
F.Osmanov 1966-70 illərdə Bakı–Qaraməryəm yolunun şm.-da yerləşən Yekəxana k.-nin ərazisində antik və ilk orta əsrlərə aid maddi mədəniyyət nümunələri aşkara çıxarıb. Həmin tapıntılar içərisində kömürləşən taxıl qalıqları diqqəti cəlb edir. Akademik İ.Mustafayev həmin tapıntıları tədqiq edərək onların mədəni arpa və yumşaq buğda növündən ibarət olduğunu müəyyən edib.
hidr., mür. İsmayıllı r-nu ərazisində, Kürdmaşı k. ilə Göyçayın Yekəxana k. arasında, Dəvəbatan çayının yatağında yerləşir. 1963 ildə istifadəyə verilmişdir. Sahəsi – 3,7 kv.m, ümumi həcmi 19 mln. kub m, faydalı həcmi 18,5 mln. kub m-dir. Suyunu kanalla Aşıqbayramlı su anbarından alır. İsmayıllı və Göyçay r-nlarında 1900 ha (1981 il) əkin sahəsinin suvarılmasında istifadə edilir.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 274;
hidr., sadə. İsmayıllı və Göyçay r-nları ərazisində çay. Dəmiraparan çayından ayrılıb, sağ tərəfdən Göyçaya tökülür. Çay ərazisindən axdığı yerin adı ilə adlandırılmışdır. Yelikən və ya yelkən yayın isti günlərində yelin, küləyin tuta bildiyi nisbətən yüksək sahəyə deyilir.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 275.
oyk., sadə.AR Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. R-n mərkəzindən 12 km c.-q.-də, Göyçay–Ucar avtomobil yolunun kənarında, Şirvan düzündədir. Kənd Yeniarxın yaxınlığında salındığı üçün belə adlandırılmışdır.
Mənbə: ASE, 10 cilddə, V cild, Bakı, 1981, s. 117;
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 277.
Kürdşaban inzibatı ərazi dairəsi üzrə nümayəndiliyində kənddir. Ərazisi 841 ha, əhalisi 356 nəfər, təsərrüfatlarının sayı 66-dır. Göyçay r-nunun qədim tarixə malik kəndlərindəndir. XX əsrin əvvələrinə kimi kəndin əhalisi indikindən təqribən 2 dəfə çox olmuşdur. 1930 illərə kimi k. Yeykənd adlanmış, sonradan sözün tərkibindəki “Yey” (yaxşı) yeni sözü ilə əvəzlənmişdir. Kənd “yuxarı baş”, “orta məhəllə”, “orta küçə”, “aşağı baş” və “binaslı” adlı beş hissədən ibarətdir. K.-də Alı qoruğu, daşlı qoruq, Xanım arxı, Xəysə bərəsi, Komsamol yeri, Hacı İsmayıl meşəsi, baş bərə adlanan yerlər vardır. Hazırda “binaslı” adlı hissədə heç kim yaşamır. XX əsrin 30-60 illərində bu məhəllənin sakinləri Bakı, Göyçay, Ucar şəhərlərinə və kəndin “yuxarı baş” və “orta məhəllə” adlanan hissəsinə köçmüşdür. K.-in qədim qəbirstanlığı Bakı-Tblisi dəmiryolunun çəkilişi zamanı iki hissəyə bölünmüşdür. Hazırda orada dəfn olunan yoxdur. Kəndin ikinci qəbirstanlığı təqribən 200 il əvvəl salınmışdır. Kənddə bir neçə müqəddəs sayılan yer vardır. Pir qarağac, əncir piri, iydə piri və pir qovaq, nar piri, pir narlıq deyilən bağ və Məmməd oğlu Alı ocağı deyilən ziyarətgah vardır. Kənd Kürdşaban, Məlikənd, Qızılağac, Şıxəmir k.-ləri və Ucar rayonunun Küçəkənd, Pirkənd və Çiyni k.-ləri ilə həmsərhəddir.